numerofobiya
numizmatika
OBASTAN VİKİ
Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu 100 000-dən çох sikkənin sахlаnıldığı, tədqiq və təbliğ оlunduğu vаhid numizmаtik mərkəzdir. Fond 1920-ci ildə Аzərbаycаn SSR Dövlət Muzeyinin tərkibində yаrаdılmışdır. Yаrаdıldığı ilk illərdə 103 sikkədən ibаrət kiçik kоlleksiyаyа mаlik idi. Fondun kolleksiyasının əsаs hissəsini Аzərbаycаn Respublikаsı ərаzisində kəsilmiş və tаpılmış sikkələr təşkil edir. Bu sikkələr sırаsındа IX-XVIII əsrlər Аzərbаycаnın feоdаl dövlətləri – Şirvаnşаhlar, Sаcilər, Sаlаrilər, Şəddаdilər, Аzərbаycаn аtаbəyləri, Qаrаqоyunlu, Аğqоyunlu, Səfəvilərə, хаnlıqlаrа məхsus sikkələr хüsusi önəm dаşıyır. Fоnddа həmçinin аntik və Şərq sikkələrindən ibаrət kоlleksiyаlаr, qədim Yunаnıstаn şəhərlərinin, Rоmа, Bizаns imperiyalarının, ellinist dövlətlərinin (Selevkiyа, Pаrfiyа, Bаktriyа), Sаsаnilər, Ərəb Хilаfəti, Səlcuqlаr, Elxanilər, Cuçilər, Оsmаnlılаr, Əfşarlar, Baburilər və s. dövründə zərb оlunmuş və Аzərbаycаn ərаzisində tаpılаn sikkələr sахlаnılır. Fоnddа həmçinin Qərbi Аvrоpа, Rusiyа, Hindistаn, Çin və s. ölkələrdə kəsilmiş sikkə kоlleksiyаlаrı mövcuddur.
Azərbaycan numizmatikası
Azərbaycan numizmatikası - Azərbaycanda pul işinin və pul dövriyyəsinin mərhələləri toplusu. == Azərbaycan numizmatikası feodal dağınıqlığı dövründə == Azərbaycanın tarixində XVIII əsrin II yarısı XIX əsrin I rübü numizmatik nöqteyi-nəzərdən çox mürəkkəb, ziddiyyətli bir zamandır. Bu dövr əslində tarixi Azərbaycan torpaqlarının hissə-hissə parçalanması, Səfəvi imperiyasının sonu, Şərqi Avropanın və yeni Rusiya imperiyasının Qafqaza işğallarının başlanması və sona çatması dövrü idi. Əslində bu dövr numizmatik materialları olmadan yazılı sənədlər vasitəsi ilə araşdırılması mümkün olan bir zamandır. Buna baxmayaraq, Azərbaycanın son müstəqil pul və pul dövriyyəsinin öyrənilməsi baxımından müəyyən açılması mümkün olmayan məsələlərə aydınlıq gətirə bilər. == Xanlıqlar dövründə pul dövriyyəsində xarici ölkələrin pul vahidlərinin rolu == Beləliklə, göstərilən zamana aid olan dəfinələr və pul nominalları göstərir ki, Nadir şahın ölümündən sonra da Azərbaycanda ayrı-ayrı pul nominalları dövriyyədə istifadə olunurdu. Belə ki, XVIII əsrin 50-ci illərində son Səfəvilərdən I Süleymanın və III Abbasın gümüş pulları, Nadir şahın sikkələri, Böyük Moğol imperiyasının rupiləri, Osmanlıların Təbrizdə, Gəncədə, Tiflisdə və İrəvanda zərb etdikləri onluq və beşlikləri, o cümlədən İranda Azərbaycan hakimiyyətinə can atan ayrı-ayrı yerli hakimlərin İmam Rzanın və Mehdi-əz Zamanın adından zərb olunan anonim pullar dövriyyədə istifadə olunurdu. Bu sikkələr yazılı mənbələrdə «imami» pulları adlanırdı. Pul bazarında qarışıqlıq Qubalı Fətəli xanın hakimiyyəti zamanı nisbətən sabitləşdi. Vəziyyət Qacarın hakimiyyəti zamanı daha da yaxşılaşdı.
Azərbaycan numizmatikası (xanlıqlar dövrü)

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu — Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika Elmi Fond Şöbəsinin tərkibində numizmatik materialların toplanması, qorunması, sistemləşdirilməsi, tədqiqi və təbliği məqsədilə fəaliyyət göstərən vahid numizmatik mərkəz == Yaranması tarixi == 1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya, tarix və etnoqrafiya"şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir. Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4734–1939-cu ilə görə 1 6728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir. == Fonddakı materiallar == Fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmışvə zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarınaməxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədimYunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini(Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur. == Fondun elmi fəaliyyəti == Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri", "Gürcüstan sikkələri","Azərbaycan sikkələri " əsərləri Y. Paxomov qələminin məhsuludur. 1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə "Numizmatika və epiqrafika " şöbəsi yaradılmış və Y. Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyinedilmişdir.
Numizmatika
Numizmatika (lat. numisma - sikkə) — sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən elm. == Haqqında == Numizmatika sözünə ilk dəfə qədim Romanın yazılı mənbələrində rast gəlinir. Bu söz latın dilindən yunan dilinə keçərək müəyyən dəyişikliyə uğrayaraq "moneta" kimi tərcümə olunur və "təyin edirəm", "qanuniləşdirirəm" mənalarını verir. Sikkənin forma, təsvir, yazı, emblem tədqiqi, pul kəsən ölkələrin iqtisadi-siyasi, mədəni və ideoloji tarixinin öyrənilməsində mühüm rol oynayır. Pulların çəkisinin və metal nümunəsinin öyrənilməsi müxtəlif pul vahidləri münasibətlərini və bir sıra iqtisadi hadisələri müəyyənləşdirməyə imkan verir. Ayrı-ayrı sikkə və bütöv dəfinə tapıntılarının, zərbxanaların tədqiqi pul münasibətlərinin mahiyyətini, qədim ticarət yollarının istiqamətini, sənaye yollarının istiqamətini, əmtəəlik dərəcəsini, mübadilə formalarını təyin edir. Sikkələr yazılı və arxeoloji mənbələrin tədqiqi ilə sıx əlaqədə öyrənilir. Numizmatika sikkələri və s. numizmatik əşyaları, həmçinin onların hazırlanma texnikası və istehsalat sənəti nöqteyi-nəzərindən də öyrənir.

Digər lüğətlərdə

кадри́ст несравни́мо подно́счица потайно́й сма́чно старообра́зность уди́ть шо́ртики информа́тика набалова́ться негну́щийся подбо́йка ро́сплывь темля́чный есырь магазин horizontal Kensington kinship family physiognomist rath residue threshold Virunga Mountains жалость