NUH
NURLANDIRMAQ
OBASTAN VİKİ
Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Əli Nur
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Məqsəd Nur
Yazar Həyatı Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə "Mingəçevir işıqları" qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb. 1989-1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1993-1998-ci illər arasında həftəlik "Press-fakt" qəzetinin baş redaktoru və qurucusu olub. Qəzet bu illərdə ədəbi-bədii, ictimai-siyasi, intellektual mühitdə ən öndə gedən və art-sektorun ən avanqard sahələrini təmsil edən tanınmış mətbu orqanlardan biri olub. Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı "Yarıqaranlıq" rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda yazı və düşüncə stereotiplərini dağıdırdı. "Yarıqaranlıq"da yazıçı dövrün qarmaqarışıqlarını əks etdirir, qəhramanlarının psixoloji sıxıntılarını, lokal konfliktlər məngənəsində əziyyət çəkən sadə insanların əzablarını qələmə alırdı.
Nur-Sultan
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Nur (İran)
Nur — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,806 nəfər və 6,164 ailədən ibarət idi.
Nur Aysan
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. == Həyatı == Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Bayanov
Nur Bayanov (tatar. Нур Галим улы Баянов, Нур Баян; 15 may 1905, Ənək[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 23 aprel 1945, Avstriya) — tatar şair. == Bioqrafiyası == Nur Bayanov kasıb kəndlinin ailəsində anadan olub. 1921-ci ildə Nur Bayan Permə getdi və burada fəhlə kimi işə düzəldi. 1923-cü ildə təhsil almaq üçün Kazana gəldi və Tatar-Başqırd hərbi məktəbinə daxil oldu. Eyni zamanda özünü ədəbi yaradıcılıqda sınadı və artıq 1925-ci ildə dövri mətbuat səhifələrində dərc etməyə başladı. 1928-ci ildə Bayanov Nur artıq "Kyzlarmeets" qəzetinin redaksiyasında ədəbi işçi kimi çalışır. Elə həmin il onun "biçici qızlar" və "məhv edilmiş səngərlər" şeirlərinin ilk topluları nəşr olundu. 1929–1930-cu illərdə Nur Bayan "Kolxoz Yaşlara" jurnalının məsul katibi vəzifəsini aldı, sonra Chelninskaya regional qəzetinin redaktoru təyin edildi. Eyni zamanda "Yonca tarlaları", "Yağışlı gecə" şeirlərini və bir sıra şeirlərini yazdı.
Nur Bekri
Nur Bekri (uyğ. نۇر بەكرى; 9 avqust 1961) — uyğur mənşəli keçmiş Çin siyasətçisi. O, daha çox 2007-ci ilin dekabr ayından ÇKP partiya komitəsi rəhbərinin müavini və Sincan-Uyğur Muxtar Rayonunun regional hökumətinin sədri kimi tanınır. 1982-ci ilin dekabr ayından Çin Kommunist Partiyasının üzvü, 18-ci çağırış ÇKP Mərkəzi Komitəsinin üzvü (17-ci çağırışın namizədi). == Həyatı == Milliyətcə uyğurdur. 1983-cü ildə Sincan Universitetinin siyasət fakultəsini bitirdi. Elə həmin universitetdə 1983-84-cü illərdə gənclər liqasının rəhbəri və 1984-cü ildən rəhbər müavini, 1989-1992-ci illərdə komsomol komitəsinin rəhbəri, 1992-1993-cü illərdə partiya komitəsinin təbliğat şöbəsinin müdiri. 1986-89-cu illərdə ÇKP Mərkəzi Komitəsi nəzdindəki Partiya məktəbində siyasi nəzəriyyə ixtisası üzrə təhsil almışdır. Kaşğər administrasiyasının 1993-cü ildən köməkçisi, 1995-96-cı illərdə isə xüsusi nümayəndəsi olmuşdur. 1996-98-ci illərdə Sincan-Uyğur Muxtar Rayonu Regional Hökumətinin katibinin müavini olmuşdur.
Nur Cahan
Nur Cahan (pənc. نور جہاں ; urdu نور جہاں ; ing. Noor Jehan, 21 sentyabr 1926, Kasur[d], Britaniya Hindistanı – 23 dekabr 2000, Kəraçi) — Pakistanlı ifaçı və aktrisa idi. O, Hindistan yarımqitəsində dövrünün ən böyük müğənnilərindən biri kimi tanınır və ona Məlikəye tərənnüm (Urdu: ملکہ ترنم, melodiya kraliçası) fəxri adı verilmişdir. O, 1965-ci ildə ifa etdiyi vətənpərvər mahnıları ilə Pakistanda xüsusi milli tanınma və populyarlıq qazandı və bu, onu əlamətdar səviyyəyə qaldırdı. O, hind, pəncab, sindhi və urdu dillərində 10 mindən çox mahnı oxuyub. O, həmçinin Pakistanın ilk qadın kinorejissoru hesab olunur.
Nur Camaatı
Nur Camaatı — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmışdir Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir. Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. == Nur camaatının yayılması == Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur. 1996 ilində Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan raporda Nur camaatinin qolları və fəaliyetleri bu şəkilde açıqlanmışdır Yazıcılar Qurubu (Əhməd Hüsrəv Altınbaşak) Sözlər Gurubu (Mustafa Sunqur) Suffe Gurubu (Mehmet Kırkıncı) İstanbul Gurubu (Abdullah Yeğin,Hüsnü Bayram,Ahmet Aytimur) Kurdoğlu Gurubu (Mehmet Kurdoğlu) İhlas Nur Gurubu (M.Said Özdemir) Nesil Gurubu (Mehmet Fırıncı), Yeni Asya Gurubu (Yeni Asya Gazetesi, Mehmet Kutlular) Zehra Gurubu (İzzettin Yıldırım) Med-Zehra qrupu (Muhammed Sıddık Dursun) Azərbaycanda Nur camatının Mustafa Sunqur qurubu var.
Nur Fettahoğlu
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. == Həyatı == Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Otan
"Nur Otan" (qaz. Nur Otan; Нұр Отан — Vətən İşığı) — Qazaxıstandakı hakim və ən böyük prezident partiyası. 1999-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuşdur, eyni zamanda partiyanın lideri olmuşdur. == Adı == "Nur Otan" qazax dilindən azərbaycan dilinə "Vətən işığı" kimi tərcümə olunur. Nur Otan partiyasının gənclər qanadı "Gənc Vətən" kimi tərcümə olunan "Jas Otan" adlanır. 22 dekabr 2006-cı il tarixində "Otan" partiyasının X fövqəladə qurultayında Cümhuriyyət Siyasi Partiyasının "Otan" Xalq Demokratik Partiyası olaraq "Nur Otan" olaraq adlandırılması təklifi əlavə və dəyişikliklərə dair qərar layihəsi qəbul edildi. RPP "Otan" ın nizamnaməsi də qəbul edildi. 18 oktyabr 2013-cü il tarixində Nur Otan Xalq Demokratik Partiyası Nur Otan olaraq dəyişdirildi. == İdeologiyası == Partiyanın 2013-cü ildə qəbul etdiyi Doktrinada deyilir ki, Nur Otan "cəmiyyəti birləşdirən və Elbası Dövlət kursunun həyata keçirilməsini təmin edən hakim siyasi qüvvədir". Doktrina ideoloji dəstək və Nazarbayev siyasətinin həyata keçirilməsi üzərində qurulub.
Nur Surəsi
24-cü surə ən-Nur (Nur) surəsi (Məkkədə nazil olmuşdur, 64 ayədir) Surənin adı 35-ci ayədə çəkilən "nur" sözündən götürülmüşdür. Zinakar kişi və qadınların cəzalandırılması, eləcə də qadına zina isnad edənin 4 şahid gətirilməsi, əgər şahidlərin sayı 4-dən az olarsa, onların özünün cəzalandırılması, yaxud ərin öz həyat yoldaşını zinada ittiham etməsi və ittihamın nə vaxt sübut olunmuş qəbul olunması məsələləri bu surənin ilk ayələrində qeyd olunub. Surənin 31-ci ayəsi mömin qadınlarının örtünməsi (hicab) ilə bağlıdır və bu yöndən daha çox müzakirə olunan ayələrdəndir.
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. == Həyatı == Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. == Karyerası == Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır. Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. == Ədəbi karyera == Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. == Sosial fəaliyyəti == Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. == Əsərləri == Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Nur dağları
Nur və ya Amanos (türk. Nur Dağları, Amanos Dağları) — Türkiyədə sıra dağlar.
Nur şəhristanı
Nur şəhristanı - İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,807 nəfər və 27,699 ailədən ibarət idi.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. == Həyatı == Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. == Yaradıcılığı == Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Risaleyi Nur
Risale-i Nur — Səid Nursi tərəfindən qələmə alınmış Quran təfsiri. Orijinal variantı osmanlı türkcəsi ilə yazılmış bu kitablar toplusu ümumi səhifə sayı 6000 səhifəyə yaxındır və 15 kitabdan ibarətdir ("Sözlər", "Məktubat", "Ləm'ələr", "Şüalar", "İşarat-ül İ'caz", "Məsnəvi-i Nuriyə", "Tarixçə-i Həyat", "Barla lahiqəsi", "Qəstəmonu lahiqəsi", "Əmirdağ lahiqəsi", "Sikkə-i Təsdiq-i Qeybi","Əsa-yi Musa", "Zülfiqar", "Sirac-ün Nur", "Tilsimlər").
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. == Həyatı == Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Ubsu-Nur
Ubsu-nur, Ubsa Gölü, Uvs Gölü, (Monqol dili: Увс Нуур - Uvs Nuur, Rus dili: Убса - Ubsa, Tuva dili: Успа-Холь - Uspa Hol), Monqolustanda ən böyük göl. Dəniz səviyyesindən 759 metre hündürlükdə bulunur.
Ən-Nur
Ən-Nur (ər. النور) — Allahın adlarından biri. Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Zahir Nuriyev
Zahir Nuriyev (tam adı: Zahir Zəbi oğlu Nuriyev; 8 sentyabr 1971, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Zahir Nuriyev 1971-ci il sentyabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı şəhəri Nəsimi rayonunda 19 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 1988-ci ildə orta məktəbi bitirib indiki Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə qəbul olmuşdur. Şəhidlik ərəfəsində təhsilini həmin universitetdə davam etdirirdi. Subay idi. == Qanlı Yanvar faciəsi == 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evdən çıxmış və bir daha geri dönməmişdir. Atası elə həmin gecədən Zahiri axtarmağa başlamışdır. Əvvəlcə küçələrdə, sonrakı günlər isə xəstəxanaları, morqları, hətta həbsxanaları da axtarmış, lakin heç bir yerdə tapa bilməmişdir. 1997-ci ildə Zahirə şəhid statusu verilmiş, 2000-ci ildə isə şəkli Şəhidlər Xiyabanında əbədiləşdirilmişdir.
Zamanbek Nurkadilov
Zamanbek Kalabaevich Nurkadilov (15 yanvar 1944, Rayımbek rayonu[d], Almatı vilayəti – 12 noyabr 2005, Almatı) — Sovet və Qazaxıstanın siyasi və ictimai xadimi. == Tərcümeyi-hal == 15 yanvar 1944-cü ildə Çin ilə sərhəddə, Almatı vilayətinin Uyğur rayonunun Ketpen kəndində anadan olub. Ağsaqqal Cüzün Alban tayfasının Konyrborik qəbiləsindən gəlir. 1961-ci ildə Almatıya gəldi və Qazaxıstan Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsinin tələbəsi oldu və sonra oranı bitirərək iyirmi ilə yaxın şəhər və rayon inşaat təşkilatlarında çalışdı, ən uzun — məşhur "Kazselezashchita" da. Bunlar Medeo-da nəhəng bir bəndin inşası (1966–1970) və 1973-cü ilin iyul ayında güclü bir sel seqmenti ilə inşa edilmiş strukturun sınaqdan keçirildiyi illər idi. 70-ci illərin sonlarında Nurkadilov Kazselezaşchitanın, sonra Glavalmaatastroy şöbəsinin və 1985-ci ilin noyabrında Almatı şəhər icraiyyə komitəsinin sədri oldu. 1990-cı ilin martında Nurkadilov, Alma-Ata bələdiyyə başçısı olaraq ilk dəfə qismən alternativlik və rəqabət şəraitində seçilən XII çağırış Ali Sovetinin deputatı oldu. Bir il sonra, 1991-ci ilin yazında, Nurkadilov şəhər Xalq Deputatları Sovetinin sədri və eyni zamanda Kommunist Partiyası şəhər komitəsinin birinci katibi oldu (məlum olduğu kimi, tarixində sonuncusu). Avqust putçundan və KPSS-nin dağılmasından sonra Sovdep sədri vəzifəsini qorudu və 1992-ci ilin baharında regional, şəhər və rayon idarələri rəhbərləri institutunun yaradılmasından sonra Nurkadilov paytaxtın rəhbəri təyin edildi rəhbərliyi, 1994-cü ilin iyun ayının sonuna qədər hansı vəzifədə çalışdı. Almatı şəhər administrasiyasının rəhbəri vəzifəsindən yüksək səslə istefadan bir il yarım sonra, 1995-ci ilin dekabrında Nurkadilov özünü birinci çağırış məclis seçkilərinə namizəd göstərdi və yeni parlamentin üzvü oldu.
Zaur Nuridəliyev
Zaur İsmayıl oğlu Nudirəliyev (1 sentyabr 1978; Bakı, Azərbaycan SSR — 4 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, USTA dərəcəli pilot, "Su-25" hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırmışdır. Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur. Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı" reallaşdıran birinci pilotdur. == Həyatı == Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarında atasını itirib. === Təhsili === Zaur Nudirəliyev 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır.
Ziya Nuriyev
Ziya Nuriyev (başq. Зыя Нурый улы Нурыев; 8 (21) mart 1915 – 19 oktyabr 2012, Moskva) — Sovet dövlət xadimi və partiya lideri. 4-11 çağırış SSRİ Ali Sovetinin Başqırd Muxtar Sovet Sosialist Respublikasıdan olan millət vəkili (1954-1986). Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1961-1986). Sosialist Əməyi Qəhrəmanı (1975). Miliyyətcə başqırddır. == Təhsili == Birsk Pedaqoji Kolleci (1933) və Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini (1951) bitirmişdir. 1966-cı ildə İqtisad elmləri namizədi olmuş və "İqtisadiyyat və Taxıl istehsalı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Bioqrafiyası == 8 mart 1915-ci ildə Ufa quberniyasının Birsk qəzasının Verxne Laçentau kəndində (indiki Başqırdıstanın Birsk rayonunun Verxnelaçentau kəndi) kəndli ailəsində anadan olmuşdur. Anasının ulu babası bir volost rəhbəri idi.
Ziya Nurməmmədov
Ziya Zabil oğlu Nurməmmədov (29 avqust 2001, Sığırlı, Kürdəmir, Azərbaycan — 13 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziya Nurməmmədov 2001-cü ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə çağırilıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ziya Nurməmmədov Füzulinin azad edilməsində savaşıb. Ziya Nurməmmədov 2020-ci il 13 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kürdəmirdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Ziya Nurməmmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çoban Nurmətov
Çoban Razaddin oğlu Nurmətov (23 noyabr 1984, Cibir, Qusar rayonu – 23 oktyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Çoban Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. İlahə və Fatimə adında qızları, İmam adında isə oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Çoban Nurmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri Tehran Mənsimov olub. Çoban Nurmətov oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olub. Qusar rayonunun Cibir kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İncə-i Nurullah (Maku)
İncə-i Nurullah (fars. اينچه نوراله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Şeyx Fəzlullah Nuri
Şeyx Fəzlullah Nuri (1841–1909) — İran məşrutə hərəkatının əleyhidarı. == Həyatı == Şeyx Fəzlullah Nuri, Molla Abbas Nuri Mazandarani oğlu 1841-ci ildə anadan olmuş, 1909-cu ildə öldürülmüşdür. Ruhaniyyət tarixinin azad ruhlu mücahid alimləri sırasında ön yerlərdən birini tutan Şeyx Fəzlullah Nuri İran Məşrutə inqilabının tənqidçilərindən olmuş, bu inqilabın Britaniyanın siyasətlərinə xidmət etdiyinə inanmışdır. Şeyx Məşrutənin rəhbərliyi tərəfindən edama məhkum olunmuş və dar ağacından asılmaqla şəhadətə çatmışdır. Şeyx Fəzlullah Nurinin Məşrutə tərəfdarı olan Seyid Məhəmməd Təbatəbai, Abdullah Bəhbəhani, Nəcəf alimləri Axund Xorasani və Abdullah Lahici ilə müxalifətinin əsas səbəbi Məşrutə qanunlarında İslamın əsas götürülməməsi olmuşdur. Digər İslam alimləri Məşrutəni şah istibdadından qurtulmaq üçün vasitə saydığı halda Şeyx, Britaniyanın dəstəklədiyi bir hərəkatın müsəlmanlara heç bir fayda verməyəcəyini bəyan etmişdir. Şeyx Fəzlullahın edam hökmünü Məşrutənin nəzarəti altında Şeyx İbrahim Zəncani vermişdir. Şeyx Tehranda Topxana meydanında edam olunmuş, Qumda dəfn edilmişdir. Edam kürsüsündə Şeyxin əmmaməsi çıxarılan zaman xalqa müraciətlə demişdir: "Bu gün şeyxin əmmaməsini çıxaranlar unutmayın ki, sabah sizin xanımlarınızın hicabını açacaq!". Şeyxin edam hökmü məşrutə zabiti erməni Yeprem xanın rəhbərliyi altında həyata keçirilmişdir == İstinadlar == == Mənbə == Seyid Əhməd Kəsrəvi, Tārikh-e Mashruteh-ye Iran (تاریخ مشروطهٔ ایران) (History of the Iranian Constitutional Revolution), in Persian, 951 p.
Şeyx Nurullah Nəcəfi-İsfahani
Şeyx Nurullah Nəcəfi-İsfahani (tam adı: Şeyx Nurullah Məhəmməd Baqir oğlu Nəcəfi-İsfahani, fars. نورالله نجفی اصفهانی‎; 17 dekabr 1859, İsfahan – 1927, Tehran) — Məşrutə inqilabının tərəfdarı, üləma. == Həyatı == Son dövrlərin böyük fəqih və müctəhlərindən biri də Nurullah Nəcəfi-İsfahanidir. O, "Nur" və "Siqətülislam" adları ilə də tanınmışdı. Azadlığın vurğunu olan bu alim şeir və ədəbiyyatda da ustad idi. Atası Məhəmməd Baqir, qardaşları Məhəmmədtəqi İsfahani və Şeyx Məhəmmədəli vəfat etdikdən sonra Şeyx Nəcəfi "Siqətülislam" adlanmağa başladı. Ondan öncə qardaşı Məhəmmədtəqi İsfahani bu ləqəblə tanınırdı. Babası Şeyx Məhəmmədtəqi və onun atası Mirza Əbdürrəhim, İyvanəki və Vəramin məntəqələrində sakin olmuş, sonralar İsfahana köçmüşdülər. Hacı Nurullah da hicri təqivimlə 1278-ci ildə İsfahanda dünyaya göz açdı. Ədəbiyyat, sərf, nəhv, ərəb dili kimi ibtidai fənləri və üsuli-fiqhin bir hissəsini atasından öyrəndi.
Şeyx Nurullah Əfəndi Ziyarətgahı
Şeyx Nurullah Əfəndi ziyarətgahı — Şəki rayonu Baş Layısqı kəndində yerləşən ziyarətgah. == Ziyarətgah haqqında == Şeyx Nurullah Əfəndi ziyarətgahı Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına yüksələn Şeyx Mahmud Əfəndinin müridlərindən olan Hacı Nurullah əfəndinin adı ilə bağlıdır. Belə ki, Hacı Nurullah əfəndi 1896-cı ildə vəfat edib və bu ziyarətgahın olduğu ərazidə dəfn edilmişdir. Zaman keçdikdən sonra yerli bölgə əhalisi bu ərazini ziyarətgaha çevirmişlər.
Əbdicəmil Nurpeysov
Əbdicəmil Kərim oğlu Nurpeysov (qaz. Әbdіzhәmіl Kәrіmұly Nұrpeyіsov; 22 oktyabr 1924 – 5 fevral 2022, Almatı) — Qazaxıstan-sovet yazıçısı, SSRİ Dövlət mükafatı laureatı (1974). == Həyatı == Əbdicəmil Kərim oğlu Nurpeysov 22 oktyabr 1924-cü il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin Türkistan MSSR-nin Aralsk şəhərində (indiki Qazaxıstanın Qızılorda vilayətində yerləşir) anadan olmuşdur. Əslən Alimoğlu boyundandır. İkinci Dünya müharibəsində iştirak etmişdir. O, 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. == Yaradıcılığı == Əbdicəmil Nurpeysov "Kurlyandiya" (1950, ikinci redaksiyası "İntizarlı gün", 1958) romanı iştirakçısı olduğu İkinci Dünya müharibəsinə həsr edilmişdir. Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi illərində Qazaxıstanda baş verən hadisələrdən bəhs edən tarixi-inqilabi "Qan və tər" (1961–1970) trilogiyasının müəllifidr. Müasir mövzuda "İri buz" (kitab 1, 1982) romanı, ədəbi-tənqidi məqalələri ("Düşüncələr" toplusu, 1972), tərcümələri var. == Təltif və mükafatlar == Əbdicəmil Nurpeysovun layiq görüldüyü təltif və mükafatlar: "Qırmızı Ulduz" ordeni; "Qırmızı əmək bayrağı" ordeni; "Şərəf nişanı" ordeni; SSRİ Dövlət mükafatı; Qazaxıstan SSR xalq yazıçısı; "Vətən" ordeni.
Əbdürrəhman Nurəddin Paşa
Əbdürrəhman Nurəddin Paşa (28 mart 1836, Kütahya, Osmanlı imperiyası – 7 avqust 1912, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 2 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Buz, Ayhan (2009) " Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Öngören, Reşat, "Abdurrahman Nureddin Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.31 ISBN 975-08-0072-9 İnal, İbnülemin Mahmut Kemal "Abdurrahman Nureddin Paşa", (1982) Son Sadrazamlar, İstanbul: Dergah Yayınları (3.
Əfqan Nuriyev
Əfqan Rövşən oğlu Nuriyev (11 aprel 1997, Sarıqamış, Samux, Azərbaycan — 3 noyabr 2020, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Nuriyev 11 aprel 1997-ci ildə Samux rayonu Sarıqamış kəndində anadan olub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əfqan Nuriyev Qubadlı və Laçın döyüşlərində savaşıb. 3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub. Əfqan Nuriyev Samuxda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Əhməd Nuri Öztəkin
Əhməd Nuri Öztəkin (türk. Ahmet Nuri Öztekin) (d. 1876, Bandırma – ö. 1951) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1886-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cü ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 25 avqust 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 12 apreldə 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1951-ci ildə vəfat etdi.
Əhməd Nuri Əfəndi
Əhməd Nuri Əfəndi (19 dekabr 1878, Konstantinopol – 7 avqust 1944) — 34. Osmanlı sultanı II Əbdülhəmidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nuri Əfəndi 19 dekabr 1878-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Burhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Ardından onlarla birlikdə şahzadə məktəbində təhsil almağa başladı. Ardından Osmanlı hərb akademiyasına daxil olan Nuri Əfəndi ordu daxilində sürətlə yüksəlməyə başladı. Ulduz sarayı daxilində onun üçün xüsusi bir köşk təsis edildi. 1905-ci ildə atasıyla birlikdə cümə namazından qayıdarkən arabalarına bir bağlama atılmış, bunun bomba olmasından qorxan Nuri Əfəndi özünü arabadan çölə atmışdır. Bağlamanın bomba olmadığı anlaşılsa da, aldığı zədələrdən onurğa sütununda yırtıq əmələ gələn Nuri Əfəndi bu səbəblə bir neçə dəfə əməliyyat olundu.
Əhməd Nurmambet
Əhməd Nurmambet — Dobrucada anadan olmuş Krım tatarı. O, rumın ordusunda xidmət etmişdir. Əhməd Nurmambet tanınmış xalq musiqiləri ifaçısı Qədriyyə Nurmambetn atası və polkovnik Refiyik Qadirin bacısı oğlu olmuşdur. == Həyatı == Əhməd 1893-cü ildə Avstriya-Macarıstanda anadan olmuşdur. Onun dayısı olan polkovnik Refiyik Qadir onu hərbi karyera qurmağa yönəltmiş və 1900-cu ildə Əhməd İaşidəki hərbi məktəbdə təhsil almağa başlamışdır. Bazargicdə o, Kazarnadan olan Pakizə ilə tanış olmuş və onunla 1931-ci ildə evlənmişdir. Bu evlilikdən onların ik övladı olmuşdur: Qədriyyə və Çingiz. Qızı Qədriyyə Nurmambet tanınmış musiqi ifaçıs olmuş və "Dobruca bülbülü" ləqəbi ilə tanınmışdır. Əhməd Nurmambetov 1953-cü ildə vəfat etmişdir. == Karyerası == 1909-cu ildə buradakı təhsilini tamamladıqdan sonra leytenant rütbəsində rumın ordusunun süvari birliklərində xidmət etməyə başlamışdır.
Əhməd Nurəddin Əfəndi
Əhməd Nurəddin Əfəndi (22 iyun 1901, Yıldız Sarayı – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı oğlu, Osmanlı şahzadəsi. == Həyatı == === İlk illəri === Atası Sultan Əbdülhəmidin səltənətində 22 iyun 1901-ci ildə Ulduz sarayında dünyaya gəldi. Anası əslən gürcü olan Behicə xanım idi. Əkiz qardaşı Bədrəddin Əfəndidən bir neçə dəqiqə böyük idi. Yumurta əkizi olan qardaşından fərqlənməsi üçün birinə qırmız, digərinə mavi lent bağlanırmış. Ancaq əkiz tayı olan qardaşı Bədrəddin Əfəndi 2 yaşlarında meningitdən vəfat etdi və Yəhya Əfəndi məzarlığındadır. 8 yaşında ikən atası Sultan Əbdülhəmid 31 mart hadisələrinin ardından taxtdan endirildi. Ulduz sarayına basqın tərtibləyən üsyançı birliklər Sultan Əbdülhəmidi 5 xanımı, 3 qızı və 2 oğluyla birlikdə arabalara mindirib Salonikiyə sürgünə göndərdilər. Ancaq üsyan səbəbilə hərəm qapıları kilidləndiyi üçün sultanın ailəsinin bir qismi sarayda qaldı ki, bunlardan biri də Nurəddin Əfəndi idi.
Əhməd Nurəddin Əfəndi (Əbdülməcidin oğlu)
Əhməd Nurəddin Əfəndi (31 mart 1852, Çırağan sarayı, Konstantinopol və ya Osmanlı imperiyası – 3 yanvar 1884, Konstantinopol və ya Osmanlı imperiyası) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nurəddin Əfəndi 31 mart 1852-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun xanımlarından Mehtab Qadınəfəndidir. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının vəfatı və əmisi Əbdüləzizin taxta çıxmasının ardından anasıyla birlikdə Fəriyə sarayında yaşamağa başladılar. 1864-cü ilin fevralında əmisi oğlu İzzəddin Əfəndiylə birlikdə Osmanlı hərbi məktəbində təhsil almağa başladı. Gələcəkdə sədarətə yüksələcək olan Əhməd Muxtar Paşadan dərslər aldı. Təhsilini tamamladıqdan sonra 19 yanvar 1865-ci ildə Osmanlı ordusunda xidmət etməyə başladı və ertəsi il baş kapitan rütbəsinə yüksəldi. Buna baxmayaraq daha sonra hərbi fəaliyyətini dayandırdı.
Əhmət Nurmambet
Əhməd Nurmambet — Dobrucada anadan olmuş Krım tatarı. O, rumın ordusunda xidmət etmişdir. Əhməd Nurmambet tanınmış xalq musiqiləri ifaçısı Qədriyyə Nurmambetn atası və polkovnik Refiyik Qadirin bacısı oğlu olmuşdur. == Həyatı == Əhməd 1893-cü ildə Avstriya-Macarıstanda anadan olmuşdur. Onun dayısı olan polkovnik Refiyik Qadir onu hərbi karyera qurmağa yönəltmiş və 1900-cu ildə Əhməd İaşidəki hərbi məktəbdə təhsil almağa başlamışdır. Bazargicdə o, Kazarnadan olan Pakizə ilə tanış olmuş və onunla 1931-ci ildə evlənmişdir. Bu evlilikdən onların ik övladı olmuşdur: Qədriyyə və Çingiz. Qızı Qədriyyə Nurmambet tanınmış musiqi ifaçıs olmuş və "Dobruca bülbülü" ləqəbi ilə tanınmışdır. Əhməd Nurmambetov 1953-cü ildə vəfat etmişdir. == Karyerası == 1909-cu ildə buradakı təhsilini tamamladıqdan sonra leytenant rütbəsində rumın ordusunun süvari birliklərində xidmət etməyə başlamışdır.
Əl Nur məscidi
Əl Nur məscidi — Yeni Zelandiyada məscid.
Əli Nuri Zangir
Əli Nuri Zangir (2 yanvar 1996-cı ildə İranın Əlburz ostanının Kərəc şəhərində anadan olub) — Oman təmsilçilərindən olan Samail SC klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı və İranlı futbolçudur. == Həyatı == Əli Nuri Zangir 2 yanvar 1996-cı il tarixində İranın Əlburz ostanının paytaxtı olan, Tehranın 20 km qərbində yerləşən - Kərəc şəhərində anadan olub. 7 yaşında futbol oynamağa başlayıb. 11 yaşına kimi "Poora Tehran" komandasının aşağı yaş qruplarında çıxış edib. İlk məşqçisi Fərhad Dadaşi olub. === Vətəndaşlığı === 2014-cü ildə ailəsi ilə birlikdə Azəbaycana köçüb. İran vətəndaşlığında qalmaqla, Azərbaycan vətəndaşlığını da qəbul edib. == Klub karyerası == === İran === ==== "Fulad FK" ==== 2008-ci ildə, 12 yaşından etibarən, İranın Xuzistan ostanının Əhvaz şəhərini təmsil edən "Fulad FK" komandasında çıxış etməyə başlayıb. 2014-cü ilə qədər bu komandanın U-15, U-16, U-17 və U-18 yaş qruplarının şərəfini qoruyub. 2012/2013-cü illər mövsümündə, U-18 komandasının heyətində İran çempionatının qalibi olub.
Əli Nuriyev
Əli Nuriyev (kimyaçı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA -nın müxbir üzvü (2007). Əli Nuriyev (iqtisadçı) — İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001).
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.

Digər lüğətlərdə