NÖQSAN

1. NÖQSAN (çatışmayan cəhət) Qeysər çirkinliyi özü üçün nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığımı söyləyirdi (M.Hüseyn); AYIB Gərdənində, qamətində ayıb yox (M.P.Vaqif); EYİB Allaha şükür, lalə yanağında eyib yox; Dişində, dəhanında, dodağında eyib yox (M.P.Vaqif); ƏSKİKLİK [Əkbər] özündə bir əskiklik duyurdu (Mir Cəlal); İRAD O qızışdıqca öz-özünü alovlandırırdı, baş nazirin iradlarına qarşı çıxıb döşünə döyməyindən qalmırdı... (S.Rəhimov); QÜSUR Xoş saatda xoş gəlibdi cahana; Yoxdu gözəlliyə qüsur, bahana.. (Aşıq Ələsgər); QƏBAHƏT.

2. nöqsan bax səhv

NÖKƏR
NÖQSANLI

Значение слова в других словарях