OĞURSAQ

Oğur sözü “bala” deməkdir. Ehtimal ki, oğul sözü ilə kökdaşdır. Oğursaq balası ölmüş, amma yenə də sağılan heyvana deyirlər. –sa şəkilçisi arzu, istək bildirən feil düzəldir (su-sa-maq –su istəmək). Oğursa feili “balasını istəmək” deməkdir. –q (əsli:aq) şəkilçisi isə feildən ad düzəldir (müqayisə et: dar-a-q). Hər sağım vaxtı bala anasının yadına düşür, ana balasını arzulayır. Deməli, oğursaq “balanı arzulama” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OĞUL
OĞUZ

Digər lüğətlərdə