Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur.Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası Dəyişkən rütubətli meşələr (o cümlədən musson) == Yer səthinin enlik zonallığı bölgüsü == C.Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C.Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C.Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.
Nival qurşaq
== Nival qurşaq == Nival qurşaq (lat. nivalis-qarlı, soyuq)-qütbətrafı ərazilərin və qar xəttindən yuxarıda yerləşən yüksək dağlıq rayonlarına bərk atmosfer çöküntülərinin üstünlüyü ilə səciyyələnən sahələrinə deyilir. Nival qurşaqda fiziki aşınma, xüsusilə şaxta aşınması, soliflükasiya və qravitasiya prossesləri üstünlük təşkil edir.
İsti qurşaq
İsti qurşaq - İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
Oğurluq
Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək.​ Bir impuls kontrol pozuntusudur. Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.
Oğurca
Oğurca (türkm. Ogurjaly adasy) — Xəzər dənizinin cənub-şərqində yerləşir. Şimaldan cənuba doğru 42 km uzanır, eni 1-1,5 km təşkil edir. Qumluqlardan ibarətdir. == Adlanması == Ruslar adanın xiyara bənzəməsi ilə onu rusca “Oqureç” adlandırıblar. Əslində isə hələ 1392-ci ildə adada yaşayan oğurçalı türk tayfası ilə bağlıdır. Oğurçalı isə Dəniz qulduru mənasını verir. Doğrudanda 15-17 əsrlər ərzində dəniz quldurları fars karvanlarına basqınlar təşkil edirdilər. == Coğrafiyası == Qışda güçlü dalğalar adanın üzərindən keçərək onu bölür. Çələkən yarımadasından Çələkən Oğurçalı boğazı ayırır.
Omurtaq xan
Qurucu Omurtaq xan (bolq. Кан Омуртаг; bilinmir – 831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır == Xarici siyasəti == === İlk illəri === Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.
Oğulcaq xan
Oğulcaq xan - Qaraxanilər dövlətinin üçüncü xaqanı. == Hakimiyyəti == Qardaşının dövründə Buğra xaqan yəni kiçik xaqan kimi tanınırdı. Hakimiyyəti dövründə I İsmayıl tərəfindən qovulmuş I Nəsr Qaraxanilər dövlətinə pənah gətirmişdi. Artış şəhərinin idarəsini Nəsrə verən Oğulcaq xaqan ona məscid tikməyə də icazə vermişdir. Ticarət şəhərinə çevrilməsi və müsəlman tacirlərin artması halı qardaşı oğlu, şahzadə Satıq Buğranın da müsəlman olmasına səbəb oldu. == Ölümü == Oğulcaq xaqan Satıq Buğranın müsəlman olmasına eşidib ona Tenqri məbədi hazırlamağı əmr etdi. Satıq Nəsrin məsləhəti ilə bu məbədi ucaltdı. Daha sonra açıq şəkildə əmisinə qarşı gələn Satıq Buğra xan tərəfindən Oğulcaq öldürüldü.
Oğurluq (cinayət)
Oğurluq, yazılı qanunlar və ya sosial legitimlik səviyyəsində özünə aid olmayan daşınar bir əmlakı ələ keçirmək, ondan istifadə etmək, obyektdən fayda əldə etməkdir. Bütün dinlərin qadağan etdiyi bir hadisədir. İqtisadi dəyəri olan hər hansı bir enerji də daşına bilən sayılır və oğurluğa məruz qala bilər. Danışıq dilində dələduzluqla eyni şəkildə istifadə olunmasına baxmayaraq, saxtakarlıq və oğurluq cinayət qanunlarında ayrıca tənzimlənən cinayətlərdir. Aralarındakı ən vacib fərq, oğurluqda sahibinin özünün razılığı olmadan malın sahibindən götürülməsi, saxtakarlıqda isə mal sahibinin əli ilə və yaxud onun razılığı ilə malını itirməsidir. == Oğurluq == Oğurluq, yazılı qanun və ya sosial legitimlik səviyyəsində mülkiyyəti özünə aid olmayan bir obyektdən istifadə, ondan mənfəət əldə etməkdir. Bundan əlavə, iqtisadi dəyəri olan hər cür enerji də daşına bilən əmlak sayılır və oğurluğa məruz qala bilər. Çoxları tərəfindən fırıldaqçılıqla eyni mənada istifadə olunsa da, oğurluq həm meydana gəlməsi, həm də təsirləri ilə saxtakarlıqdan fərqləndirilməlidir. Hakimin müdaxiləsi ümumiyyətlə qəribə və ya qeyri-adi bir xarakter göstərən oğurluq hadisələri ilə məhdudlaşmalıdır; məsələn, uşaqların cinayətlərdə istifadə edilməsi və ya müəyyən formalara bürünən (məsələn, dükan oğurluğu, qadın keçidlərindən paltar oğurlamaq) və ya bəzi əşyaların bir neçə dəfə oğurlanması halları. Təcavüzkarlıq, ehtiras, qısqanclıq və pis niyyət oğurluqda müntəzəm surətdə müşahidə olunan ümumi emosional əsaslardır.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi. İtalyansayağı oğurluq (videooyun, 2001) — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunu.
Oqurlar
Oqurlar və ya Oqur boyu — qədim türk boylarından biri. Müxtəlif corafi ərazilərə yayılmışdilər. Onlara bəzən Bulqar boyu da deyilməkdədir. == Haqqında == Tarixi qaynaqlara görə, Tinq-linqlərin qərb qrupundan çıxdıqları bilinən Oqurlar Şərqi Avropaya doğru köç etmədən əvvəl 3 ayrı kütlə halında yaşayırdılar. Birinci kütlə Sır Dərya və Çu çayları arasında, ikinci kütlə Emba çayı hövzəsində, yəni qərbi Qazaxıstan bozqırlarında, üçüncü kütlə isə Yayık çayı civarında yaşayırdı. Böyük ehtimalla, birinci kütlə On Oqurları, ikinci kütlə Otuz Oqurları, üçüncü kütlə isə Doqquz Oqurlarını meydana gətirirdi. Oqurlar daha sonra Saroqur, Bittioqur, Ultinqur-Altziaqır, Kutriqur-kuturqur, Unqur-Hunnuqur, Utriqur kim boy birlikləri halında tarixdə görülməkdədir. Sabarlar tərəfindən 461-465-ci illərdə Ural dağlarının şərqindən qərbinə doğru sıxışdırılmışdırlar. Bu zaman onların bir qismi Cənubi və Şimali Qafqaz ərazilərində də məskunlaşmış və buranın tarixində mühüm rol oynamışdır. Qafqaz ərazisində adının kökü Oqurlardan gələn çox saylı yaşayış məskəni vardır.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. == Süjet xətti == İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Qorşaq
Qorşaq - türk və altay xalq inancında heyvan cini. Eşşək, köpək, donuz, keçi qılığına girdiyinə inanılan bir varlıq. Gecə qapıları döyüb, ev sahibinin verdiyi bir səs və kılıkla onu aldadaraq çölə çağırıb qaçırır. Gecələri çox çox çölə çıxmanın doğru olmadığını vurğular. == Etimologiya == (Qor/Kor) kökündən törəmişdir. Qorxmaq feli ilə əlaqəlidir. Boz rəngi de ifadə edər.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunudur. 2001-ci ildə Sony PlayStation üçün buraxılan oyun 2002-ci ildə Windows platforması üçün uyğunlaşdırılıb.
İtalyansayağı oğurluq (video oyun, 2003)
İtalyansayağı oğurluq — 1 oktyabr 2002-ci ildə PlayStation 2, Xbox, GameCube və Mobile platformaları üçün bazara çıxarıldığı elan edilmişdir. PlayStation 2 və Xbox üçün 3 yanvar 2003-cü ildə, Mobile üçün 20 fevral 2003-cü ildə və GameCube üçün 29 aprel 2003-cü ildə buraxılmışdır.
Alp qurşağı
Alp qurşağı — dağda qısaboylu ot bitkilərindən ibarət çəmənlik (yaylaq) deməkdir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Asteroid qurşağı
Asteroid qurşağı — Mars və Yupiter planetləri arasında yerləşən, Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi bölgə. Bəzi fərziyyələrə görə parçalanmış qədim planet Faetonun qalığıdır. Bu fərziyyələr Titsius-Bode qanunu ilə də təsdiq olunur. Qurşaqda yerləşən asteroidlərin ən iriləri Serera, Pallada, (4) Vesta və (3) Yunonadır. İlk asteroid Serera 1801-ci ildə kəşf edilmişdir. O həm də asteroidlərin ən böyüyüdür. Ən parlaq asteroid Vestadır. Qurşaqdakı asteroidlərin diametrləri 800 m — 1 km arasında dəyişir. Asteroid kəşfi, planetlərin riyazi bir seriala görə sıralandığını nəzərdə tutan (lakin Neptunun kəşfi etibarlılığını itirən) Titius-Bode qanunu sayəsində başlamışdır. Bu düstur J. D. Titius tərəfindən 1766-cı ildə, J. E. Bode tərəfindən isə 1778-ci ildə ifadə edilmişdir .
Dağ qurşağı
Dağ qurşağı — geniş zolaq şəklində ardıcıl yerləşən dağlıq ölkələr.Dağ qurumlarının rayonlaşdırılmasında ən iri vahid hesab olunur.Dağ qurşağının uzunluğu bir neçə 10 min km, eni isə bir neçə kilometrə qədər olur.(Mis: Avrasiya boyu uzanan dağ qurşağı). Geostruktur cəhətdən qırışıqlıq qurşağına uyğun gəlir./ Mis: Alp, Karpat, Qafqaz, Himalay/.
Göy qurşağı
Göy qurşağı — atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur. == Göy qurşağı haqqında məlumat == Bir çox mədəniyyət göyqurşağını cənnət ilə dünya arasındakı körpü olaraq görməkdədir. Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göy qurşağı qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin hər birinin bir mənası vardır. Yaşıl bolluq, qırmızı döyüş, sarı isə ölüm mənasını verir. Sibirdə göyqgurşağının Günəşin dili olduğu düşünülür. Cənubi Amerika aborigenləri isə göyqurşağının dənizin üzərində görülməsinin bir şans olduğuna inanırlar.
Koyper qurşağı
Ecvort-Koyper qurşağı və ya Koyper qurşağı — Neptun orbitindən, yəni Günəşdən 30 a.v., Günəşdən 55 a.v.-ya qədər ucalan Günəş sistemin bölgəsi. O, Asteroid qurşağına oxşayır, lakin ondan 20 dəfə geniş və 20-200 dəfə ağırdır.Günəş Sisteminin sonuncu planeti Neptunun arxasında, kosmik boşluqda milyardlarla km genişlikdə bir "Uçurum" var. Adına Koyper qurşağı deyirik. Milyonlarla irili-xırdalı daş-buz- qaya yığınından ibarətdir. Pluton da onlardan biridir. Günəşdən 5 milyard km uzaqlıqdan başlayıb onlarla milyard km`ə qədər uzanan qurşağın üzvləri ümumilikdə Neptunarxası cisimlər adlanır. Günəş Sisteminin formalaşmasından geriyə qalan həmin daş qaya yığınını, məhz Günəş Sisteminin bünövrə daşları adlandırmaq olar.
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı(24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Subantarktika qurşağı
Subantarktika qurşağı - cənub yarımkürəsində yerləşən coğrafi qurşaq. 58—60° ilə 65—67°Cənub en dairələri arasında qərarlaşır. Ərazisinin böyük hissəsi okeanlarda yerləşir. Sakit, Atlantik və Hind okeanlarının bir hissəsini əhatə edir. Ərazisində çoxlu sayda kiçik adalar vardır. Ərazisi Qərb küləklərinin təsirinə məruz qalır. Cənub sərhədi Cənub okeanı, şimal sərhədi bəzən Tristan-da-Kunya və Amsterdam adası olaraq götürülür. Digər mənbələrdə isə 65—67° və 58—60 °C. e arasında olan bölgə nəzərdə tutulur. Subantarktika qurşağı üçün hava kütlələrinin mövsüm üzrə bir-birini əvəz etməsi xarakterikdir. Qışda Antarktika, yayda isə mulayim enliklərin hava kütlələri hakimdir.
Vulkan qurşaqı
Vulkan qurşaqı – (rus. вулканический пояс, ing. volcanic belt) yer səthində bir neçə min kilometrlərlə xətti uzanan, vulka­nizmin inkişafı ilə səciyyələnən zona. Cavan qırışıqlıq və tektonik cəhətdən fəal vilayətlər üçün səciy-yəvidir.
İqlim qurşağı
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. == İqlim amilləri == İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.
Gürşad Hüseynov
Gürşad Əsəd bəy oğlu Hüseynov (1920, Çərəli – avqust 1979) — Tibb elmləri doktoru, professor. == Həyatı == Gürşad Əsəd oğlu Hüseynov 1920-ci ldə Qubadlı rayonunda Çərəli kəndində anadan olub. " Gürşad Gur Yaz Yağışıdır". Bu ad ona yaraşırdı. O, həm həkim, həm də həkimanə adam idi. 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnistutunu bitirib, elə həmin il də aspiranturaya daxil olur. Sonralar İnistutun Müalicə-profilaktika fakkultəsində dekan müavini,"Pataloji-fizoloji" kafedrasının müdiri, Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnistutunun direktoru, Tibb elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi G. Hüseynovun xidmətləri Qırmızı Əmək Bayrağı ordeni ilə qiymətləndirilir. O, Ümumittifak Patofiziololar Cəmiyyətinin üzvü, 200-dən çox elmi əsərin, neçə-neçə elmlər namizədi və elmlər doktoru yetişdirib. Ömrünün son günlərində "Tələbə" adlı poema yazmışdır. 1979-cu il avqust ayında vəfat etmişdir.