Olive

die; -, -n zeytun
Oligarchie
Olivenbaum
OBASTAN VİKİ
Garcinia oliveri
Garcinia oliveri (lat. Garcinia oliveri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Garcinia oliveri var. insularis Pierre ex Pit.
Laysla de Oliveriya
Laysla de Oliveriya (ing. Laysla De Oliveira; 11 yanvar 1992, Toronto) — kanadalı aktrisa. == Bioqrafiya == Oliveriya Ontario bölgəsinin Toronto şəhərində braziliya əsilli ailədə dünyaya gəlmişdir. Modellik karyerasına 14 yaşında başladı. Uşaq vaxtlarında həmişə aktrisa olmaq istəyirdi. Rosedale Heights incəsənət məktəbində dram və rəqs təhsili aldı. Universitetdə oxuyanda isə ilk aktrisalıq fəaliyyətinə başladı. Bir neçə televiziya filmində rol aldıqdan sonra 2017-ci ildə Natti Zavitin romantik-dram janrlı "Tanış olma" filmində Emma rolunu canlandırdı. Filmin premyerası 1 dekabr 2018-ci ildə Vistler film festivalında baş tutdu. 2018-ci ilin avqust ayında Stiven Kinq və Co Hillin romanına əsaslanan Netflix qorxu filmi "Uzun otların içində" filmində Beki Demut rolunda yer aldı.
Mespilus oliveriana
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Mikania oliveirae
Mikania oliveirae (lat. Mikania oliveirae) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Oliver! (film, 1968)
Oliver— musiqisi və sözləri Lionel Bart tərəfindən yazılmış eyni adlı səhnə müzikli əsasında Kerol Ridin rejissorluğu ilə 1968-ci ildə çəkilmiş musiqili Britaniya dram filmidir. Ssenari müəllifi Vernon Harrisdir. Həm film və həm də musiqili tamaşanın hər ikisi Çarlz Dikkensin Oliver Tvist romanından ilhamlanaraq yaradılıb. Filmə "Food, Glorious Food", "Consider Yourself", "As Long as He Needs Me", "You've Got to Pick a Pocket or Two" and "Where Is Love?" kimi musiqi nömrələri daxildir. Surreydə Shepperton Kinostudiyasında ekranlaşdırılmış film Romulus Films və Columbia Pictures tərəfindən beynəlxalq miqyasda yayılmışdır. 1969-cu ildə 41-ci Oskar mükafatının təqdim edilməsi zamanı Oliver Oskar mükafatının on bir nominasiyası uğrunda mübarizə aparıb və ən yaxşı filmə görə Oskar mükafatı və ən yaxşı rejissor işinə görə Oskar mükafatı da daxil olmaqla, altı nominasiyada qalib gəlib. 26-cı Qızıl Qlobus mükafatının təqdim edilməsi zamanı Ən yaxşı film-Musiqili və ya Komediya, Ən yaxşı aktyor-Musiqili və ya Komediyaya görə iki Qızıl Qlobus qazanıb.
Oliver Bias
Oliver Bias (15 iyun 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Bias Erzgebirge Aue akademiyası vasitəsilə inkişaf etmişdir. Bias öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə İbrahima Konateni əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Oliver Birhoff
OliverBirhoff (alm. Oliver Bierhoff‎; 1 may 1968[…], Karlsrue, Baden-Vürtemberq) — Karyerasını bitirmiş Alman futbolçu. Hücumçu mövqeyində çıxış edib. Hal hazırda Almaniya milli komandasının meneceridir. 1996-cı ildə keçirilmiş Avropa çempionatında ulduzu parlayıb. Klub karyerasında daha çox İtaliyanın Udineze və Milan klubundakı çıxışları ilə tanınıb.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Oliver Hart's home page at Harvard Oliver Hart - Facts Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Oliver Jozef Lodj
12 iyun 1851-ci ildə ingilis fiziki və mühəndisi, radionun ilk ixtiraçılarından biri olan Ser Oliver Jozef Lodge(Sir Oliver Joseph Lodge) anadan olmuşdur.1902-ci ildə o, Kral Eduard tərəfindən cəngavərlik tituluna layiq görülmüşdür. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraql; xronoloji faktlar.
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Oliver Kromvel
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[…] – 3 (13) sentyabr 1658[…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza). Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir. Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Oliver Sayks
Oliver Sayks (ing. Oliver Scott Sykes; 20 noyabr 1986, Şeffild, İngiltərə) — Böyük Britaniya musiqiçisi Oliver Sayks 1986-cı il noyabr ayının 20-də İngiltərənin Ashford bölgəsinin Kent qəsəbəsində anadan olmuşdur. Musiqi kolleci və Musiqi Akademiyasını qırmızı diplomlarla bitirmişdir. 2003-cü ildə peşəkar karyerasına başlamışdır. 2004-cü ildə dostları ilə birlikdə Bring Me the Horizon metal qrupunun əsasını qoymuşdur. Hal-hazırda da həmin qrupun vokalisti olaraq karyerasını davam etdirir. O, Bring Me the Horizon ilə birlikdə çıxartdıqları 4 studiya albomunun hamısında böyük pay sahibidir.
Oliver Sykes

Oliver Tri
Oliver Tri Nikell (29 iyun 1993, Santa-Kruz[d], Kaliforniya) — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü. Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb". Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.
Oliver Tvist
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Oliver Tvist (dəqiqləşdirmə)
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Oliver Tvist (film)
Oliver Tvist (Oliver Twist) — macəra filmidir. Rejisoru Roman Polanskidir. Film 2005-ci ildə işıq üzü görmüşdür. Çarlz Dikkensin "Oliver Tvistin macəraları" romanı əsasında ekranlaşdırılmışdır. Bir yetimxanada dünyaya gələn Oliver Tvistin həyatı təsvir edilməkdədir. Oliver Tvist bir yetimxanada dünyaya gəlir. Yetimxana müdiri bəy Bumble, ona adını qoyar. Uşaqlığını qadın Mann' ın yanında keçirər. 11 yaşındaykən bəy Sowerberyin yanına övladlıq verilər. Bəy Sowerbery cənazə işləriylə məşğul olan biridir.
Oliver Tvist (film, 2005)

Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları — Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur. Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir.
Oliver Uilyamson
Oliver Uilyamson (ing. Oliver E. Williamson; 27 sentyabr 1932[…] – 21 may 2020, Berkli, Kaliforniya) — amerikalı iqtisadçı. 2009-cu ildə Elinor Ostromla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Oliver Uilyamson 27 sentyabr 1932-ci ildə ABŞ-nin Viskonsin ştatında anadan olmuşdur. Universitet təhsilini 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda Menecment üzrə almışdır. Bazarda və bazar xaricində qərar verməyə, idarə etməyə və xidmət göstərməyə diqqət çəkən Oliver Uilyamson 1980-1990-cı illərdə özəl sektor və ictimai sektorlar arasındakı sərhədlə bağlı araşdırmaçılar arasındakı mübahisələrə çox dəyərli nəzəri töhfələr vermişdir. Oliver Uilyamson bir qərar qəbul etmək üçün informasiya toqquşma təsirləri terminini ilk istifadə edən tədqiqatçı olaraq qəbul edilir. Bu termin ilə Oliver Uilyamson bir qərar qəbul edərkən istənilən və istifadə edilən informasiyanın maliyyə xərclərinin əvvəlcədən müəyyən edilməsinin çətin olduğu halları və bunların vacibliyini açıqlamışdır. Williamson O.E., Markets and Hierarchies : Analysis and Antitrust Implications, Free Press, 1975 Williamson O.E., The Economic Institutions of Capitalism, Free Press, 1985 Williamson O.E., "Managerial Discretion and Business Behaviour", American Economic Review, 1963 Williamson O.E., "Hierarchical Control and Optimum Firm Size", Journal of Political Economy, № 75, Cild. 2, 1967 Williamson O.E., "The Modern Corporation : Origins, Evolution, Attributes", Journal of Economic Literature, Cild.
Oliver Vilyamson

Oliver kiçik sufərəsi
Oliver kiçik sufərəsi (lat. Amaurornis olivieri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Oliver və kompaniya (cizgi filmi, 1988)
Oliver və kompaniya (ing. Oliver & Company) — Disney studiyası tərəfindən yaradılmış sayca 27-ci cizgi filmi. Filmdə pişiyi balası Oliver rolunu azyaşlı aktyor Coi Lourens səsləndirmişdir. Rəsmi sayt Oliver və kompaniya — Internet Movie Database saytında.
Olivera Despina Xatun
Olivera Despina Xatun (1372 – 1444) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. 1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı Stefan hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular. Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz Stefan Lazareviçin bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi.

Digər lüğətlərdə