Orta Paleolit
Orta paleolit — təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə.35–cı minilliyə qədər davam etmişdir.
Bu dövr Mustye mədəniyyəti adlanır. Orta Paleolit dövründə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar.
Arxeoloqlarımız Qarabağda Tağlar,Zar,AzıxNaxçıvanda Qazma, Qazaxda Damcılı,Daşsalahlımağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar.
Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri.