oynaqlı-çubuq 2021

oynaqlı-çubuq
oynaqlı 2021
oynaqlı-tərpənən 2021
OBASTAN VİKİ
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Sehrli çubuq
Sehrli çubuq (ing.magic wand, ru. волшебная палочка ) - formasından asılı olmayaraq ayrıca rəngdə olan bütöv sahəni seçdirən redaktə aləti; qrafik redaktorların əksəriyyətində (Adobe Photoshop, Aldus Photostyler, Corol PhotoPaint) sehrli çubuq aləti vardır. Redaktə ediləsi sahəni seçdirmək üçün bu alətdən istifadə olunur. Onun başlıca gücü istifadəçini çox yorucu və sıxıcı işlərdən azad etməsindədir. Hər hansı pikseli siçan vasitəsilə çıqqıldatdıqda sehrli çubuq onunla eyni rəngdə olan sahəni (qıraqların nə qədər girinti-çıxıntılı olmasından asılı olmayaraq) seçdirir. Bundan sonra, həmin sahəni tək obyekt kimi kopiyalamaq (COPY), uzaqlaşdırmaq (DELETE), sürüşdürmək (MOVE), döndərmək (FLIP), fırlatmaq (ROTATE), büzmək (SHRINK), dartmaq (STRETCH), yaxud ona sücgəclər (FILTER) tətbiq etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Burcugül Çubuq
Burcugül Çubuq (1985, Afyonqarahisar ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Burcugül Çubuq 1985-ci ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. 2001-ci ildə Antalyada liseydə təhsil alan illərdə İnqilabçı Lisey Şagirdlərinin (DEV-LİS) üzvü olub. Anadolu Universiteti Təhsil Bölməsindən məzun olub. Gənc-Sən Tələbə Gənclər Birliyinin qurucularından olub. SDP üzvü olub. Qadınların Azadlığı Qrupunda təmsil olunub. 2009-cu ildə Sülh Naminə Qadınlar Təşəbbüsünün yaradılmasında yer alıb. 2015-ci ildə İnqilabçı Partiyasının qurucularından olub və sədr müavini vəzisində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Kök və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Yerkökü və çubuq