paritätisch
parken
OBASTAN VİKİ
Cənubi Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Park
Park (ing. park) — Park sözü ümumiyyətlə saxlamaq, qorumaq anlamına gəlir. Ona görə də park dedikdə nəyinsə qorunması və saxlanması üçün ayrılmış sahə nəzərdə tutulur. Buna misal olaraq: 1. Milli parklar — Vəhşi təbiətin, flora və faunanın qorunub saxlanması üçün ayrılmış və qorunan sahələr. 2. Şəhər mühitində insanların istirahəti üçün qorunan yaşıllıq sahələr — Xiyabanlar, Çiçəklikləri, və çəmənlik sahələri olan böyük bağ, ağaclıq. Mərkəzi mədəniyyət və istirahət parkı. 3. Nəqliyyat vasitələrinin və xüsusi texnikalarım saxlanıldığı, mühafizə və təmir olunduğu yer.
Hampden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Hayd-park
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi. Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir.
Hempden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Kuğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Kültür Park
Kültür Park — Türkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir. İlki 1933-cü ildə təşkil edilən 9 Sentyabr Sərgisi Cümhuriyyət Meydanının arxasındakı ərazidə Swissoteldə qurulmuşdur. Bələdiyyə sədrinin müavini Suat Yurtkoru, bələdiyyə başçısı Behçet Uza sərginin ərazisinin gələcəkdə kifayət etməyəcəyi və Qorki parkı kimi bir ərazinin şəhərə gətirilməsi fikrini irəli sürdü. Behçet Uzun tələbi ilə Yurtkoru tərəfindən hazırlanan hesabat 14 may 1934-cü ildə şəhər məclisi tərəfindən qəbul edildi və Kültürparkın inşası təsdiq edildi.
Linkin Park
Linkin Park — Alternativ metal üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür. 1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns (2010), Living Things (2012) və The Hunting Party (2014) Qrubun əsası əslində Los-Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk Şinoda, Rob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. Mayk, Brad, Rob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi.
Milli Park
Milli park — mühafizə olunan xüsusi ərazi; xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilər. Bütün növ insan fəaliyyətinin məhdud olduğu qoruqlardan fərqli olaraq milli parkların əraziləridə turistlərin gəzintisinə icazə verilir. Məhdud miqyaslı ərazilərdə insanların yaşamasına və təsərrüfat fəaliyyətinə yol verilir. Dünyada ilk milli park Yellouston Milli Parkı hesab edilir. 1872-ci ildə ABŞ Konqresində qəbul edilmiş və prezident Uliss Qrant tərəfindən imzalanmış qanunun əsasında əsası qoyulmuş bu milli park hazırda ABŞ-nin Vayominq, Montana və İdaho ştatlarının ərazilərində yerləşir. Sahəsinə görə ən böyük milli park isə 1974-cü ildə yaradılmış Şimal-Şərqi Qrenlandiya Milli Parkıdır ki, onun da sahəsi 972 min km²-dir. Eyni zamanda ABŞ-də yerləşən Hot-Sprinq Milli Parkının sahəsi cəmi 22 km² təşkil edir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin müəyyənləşdirdiyi mühafizə olunan ərazilərin koteqoriyalar üzrə bölgüsünə görə milli parklar II kateqoriyaya aiddirlər. Dünyada olan bir sıra parların salınmasında dövlət sərhədləri nəzərə alınmamışdır. Məsələn Niger, Benin və Burkina Faso ölkələrinin ərazilərində salınmış və UNESCO-nun ümumünya İrsinə daxil edilmiş “W” Milli Parkını göstərmək olar.
Olimpiya Park
Olimpiya Park — CAR-ın Rustenburq şəhərində yerləşən çoxfunksiyalı stadiondur. Stadionu 2010 FİFA Dünya Kubokunun keçirildiyi stadionlardan biri olan Kral Bafokenq stadionu ilə səhv salmaq olmaz. Hal-hazırda stadion futbol və reqbi oyunları üçün daha çox istifadə olunur. Stadiondan 2010 FİFA Dünya Çempionatında iştirak edən yığmalar üçün məşq meydanı kimi istifadə olunurdu. 1995 Reqbi üzrə Dünya Çempionatı zamanı qrup mərhələsinin üç oyunu bu stadionunda keçirilib. Stadionda qeyri-rəsmi ABSA Premyer Liqa oyunları keçirilir.
Park (Vayominq)
Park Rayonu (ing. Park County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 25 768 nəfər olmuşdur. Rayon ərazisinin təxminən 53%-i Yellouston Milli Parkının bir hissəsini tutur. Rayonun paytaxtı Kodi şəhəridir.
Park (dəqiqləşdirmə)
Park
Park Bulvar
Park Bulvar — Bakı bulvarında yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. Mərkəz Baku Plaza Ltd tərəfindən 41.5 milyon dollara 7.500 kvadrat metrlik ərazidə tikilib. Park Bulvar Bakı metropoliteninin sahil stansiyasının yaxınlığında, Hökumət Evi ilə üzbəüz yerləşir. Ümumi ərazisi 17.000 kvadrat metr təşkil edir. 550 yerlik dayanacaq yeri var. Mərkəzdə 99 mağaza fəaliyyət göstərir. Hər birinin ərazisi 50 kvadrat metrdən 370 kvadrat metrə qədər dəyişir. Burada eləcə də 1207 kvadrat metr ərazisi olan supermarket, 6 kinoteatr, planetarium, 3D kinotetr, Happy Land uşaq meydançası, foto studiya, Bakı körfəzinə baxan restoranlar, boulinq və digər obyektlər yerləşir. 3-cü və 4-cü mərtəbələrdə Türk, Rus, İtalyan, Çin, Meksika və Azərbaycan mətbəxindən olan təamları təklif edən restoranlar yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ticarət mərkəzinin açılışında iştirak etmişdir.
Park Cimin
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Park Cinema
Park Cinema – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. Azərbaycanda ilk yeni nəsil kinoteatr şəbəkəsi hesab olunur. Park Cinema 26 oktyabr 2010-cu ildə fəaliyyət göstərməyə başlamışdır. 2020-ci ildə başlamış COVİD-19 pandemiyası səbəbilə kinoteatr 2021-ci ilin oktybarına qədər fəaliyyətinə dayandırmalı olmuşdu. Şəbəkənin kinoteatrları Park Bulvar, Metro Park, Zagulba Ticarət Mərkəzi, Alov qüllələrinin ticarət mərkəzi, dənizqırağı Amburan əyləncə kompleksi, Masallı, Şahdağ və Aygün Mall-da yerləşir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, bəzi filmlər və fanatları üçün kospleyli tədbirlər, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar, özəl günlərə aid kampaniyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Bədii və cizgi filmlərlə yanaşı BTS kimi K-pop qruplarının film-konsertləri nümayiş etdirilir. Socialbakers-ə görə Park Cinema səhifəsi istifadəçilərin sorğularının 98%-ni cavablandırdığına görə sertifikat alıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb. 2016-cı ildə "Warner Bros." və "Universal Pictures" tərəfindən aparılmış film icarəsi hesabatında kassa gəliri və tamaşaçı sayı baxımından "Park Cinema" Azərbaycanda birinci yerdə göstərilmişdir. Digər kinoteatrlar şəbəkəsi olan "CinemaPlus" ilə, eləcə də, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir.
Park Jimin
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Park landşaftı
Qramersi Park
Qramersi Park (ing. Gramercy Park) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən hasarlanmış özəl park və həmçinin sadəcə Qramersi adlanan rayon. Tarixi Qramersi Park Rayonunda yerləşən təxminən 2 akr (0,8 ha) sahəsi olan park Nyu-York şəhərinin iki (digəri Kuinsdəki Sanisayd Qardens parkıdır), Nyu-York ştatının isə 3 özəl parkından biridir; açar yalnız park ətrafında yaşayan və illik ödəmə ödəyən şəxslərdə var, parkın ətrafındakı səkilər qaçış, gəzmə və it gəzintisi üçün məşhur marşrutlar olsa da, açarsız parka giriş qadağandır. Rayon əsasən 6-cı bələdiyyə dairəsində yerləşir, kiçik hissəsi isə 5-ci bələdiyyə dairəsinə aiddir. Ümumiyyətlə sakit və təhlükəsiz ərazi hesab olunur. Rayon, müvafiq tarixi yerlər və bütövlükdə park müsbət rəylər qazanmışdır. Onu "ölməkdən imtina edən Viktoriyan centlmeni" adlandıran Şarlotta Deqri New York Times qəzetinə "ölkədə Qramersi Parka bənzər bir şey olmadığını" bildirmişdir.
Qrin-park
Qrin-park (ing. Green Park) — Vestminsterdə yerləşən kral parklarından biri. Hayd-park (şimal-qərbə doğru) və Sent-Ceyms parkı (şərqə doğru) arasında bir növ keçid rolunu oynayır. Qrin-park cənubda Mell, şimalda isə Pikadilli küçəsi ilə sonlanır. Parkın tarixi kral VIII Henrixin dövrünədək uzanır. Park uzun müddət britaniyalı zadəganların duel yerinə çevrilmişdi. Digər London parklarından fərqli olaraq, Qrin-parkda göl və ya tikili yoxdur və cəmi 2 abidə var — dünya müharibələrində həlak olmuş kanadalıların şərəfinə Kanada memorialı və II Dünya müharibəsinə həsr olunmuş Britaniya HHQ bombardman komandanlığı memorialı.
Qudison Park
"Qudison Park" (ing. Goodison Park) — İngiltərənin Liverpul şəhərindəki "Walton" səmtində "Everton" futbol klubunun stadionudur. 1892-ci ildə inşa edilən "Qudison Park", dünyanın ən qədim futbol stadionlarında biridir. Bu stadiona İngiltərədə "Möhtəşəm yaşlı qadın" ləqəbi verilmişdir. 1913-ci ildə Kral V. Corc "Qudison Parkı" ziyarət etdi. Bu İngiltərədə bir hökmdarın ilk stadion ziyarətiydi. 40.569 tamaşaçı tutumlu "Qudison Park" stadionu müxtəlif tarixlərdə əhəmiyyətli müsabiqələrə ev sahibliyi etmişdir.
Quğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Seltik Park
Seltik Park (ing. Celtic Park) — Qlazqo şəhərində yerləşən futbol stadionu. Seltik futbol klubuna məxsusdur. Seltik azarkeşləri arasında Paradise (Cənnət) deyə bilinir. Şotlandiyada ən böyük futbol stadionudur. Tutumu 60.830 nəfərdir.
Tranquility Park
Tranquility Park (ing. Sakitlik parkı) - Texas ştatının Hyuston şəhərinin mərkəzində yerləşən parkdır. İlk dəfə bu park 1979-cu ilin yayında açılmışdır. Park adını Sakitlik çayından götürmüşdür.
Triana Park
Triana Park (lat. Triānas Parks) — vokalist Aqnese Rakovska, gitaraçı Arturs Strautınış, təbilçi Edqars Vilyums və bassist Kristaps Erqlisdən təşkil olunan Latviyalı musiqi qrupu. Onlar Latviyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Triana Park qrupu Aqnese Rakovska və onun atası Aivars Rakovski tərəfindən yaradılmışdır. Daha sonra qrupa Edqars Vilyums və Kristaps Erqlis qoşulmuşdur. Onlar 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə Latviyanın LTV telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eirodziesma adlı milli seçim turunda iştirak etmiş və hər beş cəhd də qrup üçün məğlubiyyətlə nəticələnmişdir. Triana Park qrupunun EnterTainment adlı debüt albomu 2010-cu ildə işıq üzü görmüşdür. Triana Park 2017-ci ildə Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turu Supernova 2017-də "Line" mahnısı ilə iştirak etmiş və bu dəfə qrup yarışmada qalibiyyət əldə etməyə nail olmuşdur. Beləliklə Triana Park qrupu ifa etdikləri "Line" mahnısı ilə Latviyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. 9 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində qrup 18-ci yerdə qərarlaşaraq final mərhələsinə adlaya bilməmişdir.
Villa Park
Villa Park — "Aston Villa" komandasının ev oyunlarını oynadığı futbol stadionudur. Stadion İngiltərənin Birminhem şəhərində yerləşir. 1897-ci ildə açılmışdır. "Villa Park" 42.573 nəfərlik bir tutuma malikdir.
Cuc Milli Parkı
Cuc milli parkı (Djoudj) — Seneqalda, Seneqal çayı deltasında milli park. 1971-ci ildə yaradılmışdır. Sahəsi 160 km2 -dir. Tropik quru iqlim, göyəm meşələri, savanna; mövsümi su bitkiləri zonasıdır. 100-dən çox quş növü, çoxlu palearktik köçəri quşlar (qışlamaya 3 mln.-dan çox quş uçub gəlir) məskunlaşmışdır. Flaminqo, qarabatdaq və vağın müxtəlif növləri səciyyəvidir; minlərcə çəhrayı qutan yuvalayır. Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənubi Koreya milli parklarının siyahısı
Təbiət koreyalıların əsas xəzinəsi hesab olunur. Buna görə də Cənubi Koreyada zəngin təbiətə, abidələrə, tarixi məbədlərə malik çoxlu sayda milli parklar mövcuddur. Seoraksan milli parkında 3500 KRW (3$) olaraq giriş pulu yığılır. Yığılan məbləğ ətraf mühitin qorunmasına xərclənir. Seoraksana yazda və ya payızda getmək tövsiyə olunur, halbuki, yayda da getsəniz özünüzlə isti paltar götürməli olacaqsınız. Parkın ərazisində avtomobil dayanacağı, düşərgə qurmaq istəyənlər üçün yer, otellər, yeməkxanalar, sport mağazaları mövcuddur. Cənubi Koreyanın ən böyük parkı olan Seoraksanın ərazisi 398 kvadrat kilometrdir. Həmçinin onun ərazisində 30 zirvə və müəyyən çətinlik dərəcəsinə və müddətinə(bir neçə saatdan 3 günə qədər) görə fərqlənən dağ yürüyüşü üçün marşrutlar vardır. Ən maraqlısı Ulsanbavi dağına olan yürüşdür. Son 888 pilləkən sildırım qayadan yuxarı doğru gedir.
Cənubi Şpitsbergen Milli Parkı
Cənubi Şpitsbergen Milli Parkı (norv. Sør-Spitsbergen nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının cənub hissəsində yerləşən milli park. Milli park ərazisi 8 504 km²-dir. Park 1973-cü ildə təşkil olunmuşdur. 1127 km²-dir. Onun tərkibinə Vedel Yarlsberq, Topel və Syorkap torpaqları daxildir. Əzazisinin 65 % buzlaq və ya qarla örtülü olur.
Dalğa Beach-Aqua Park
"Dalğa Beach-Aqua Park" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib.
Denali Milli Parkı
Denali Milli Parkı (İngilis dilində: Denali National Park and Preserve) Amerika Birləşmiş Ştatları, Şimali Amerika qitəsinin ən yüksək zirvəsi olan 6194 m hündürlüyü olan Denali (dağ)nı özündə cəmləşdirən, ABŞ Milli Park Xidmətləri tərəfindən idarə olunan Alanya əyalətindəki Denali Boroughda, Milli Park və qoruma sahəsidir. Denali Milli Parkı 24500 km²-dən çox ərazini əhatə edir, bunun 19120 km² federal dövlət mülkiyyətidir. Denali qoruma sahəsi ümumi sahəsi 5430 km²-dir. Bunlardan 5278 km² federal əyalətə aiddir. 2 dekabr 1980-ci ildə milli park daxilində 8677 km² ərazi daha əhatəli qorunmaya məruz qalan "Denali Səhrası" olaraq quruldu. Danalı yaşayış yerləri qarışıq, yarpaqlı, ən aşağı hündürlükdəki bölgələrdəki meşələrə aiddir. Tundra orta hündürlükdən qorunma zonasında da var. Daha yüksək hündür ərazilərinə buzlaqlar, qayalı dağlıq ərazilər və qarla örtülü ərazilər daxildir. Bu milli parkda və qorunma bölgəsindəki ən uzun buzlaq 71 km uzunluğunda "Kahiltna buzlağı" Makkinli dağının cənub-qərb yamaclarında yerləşir. Bu milli parka gələnlərin illik sayı 400 min nəfərdir.
Deodoro Olimpiya Parkı
Deodoro Olimpiya Parkı — Braziliyada, Rio-de-Janeyro şəhərinin Deodoro məhəlləsində idman kompleksi. 2016 Yay Olimpiya Oyunları və 2016 Yay Paralimpiya Oyunları üçün yaradılmışdır. Bu, Barra Olimpiya Parkı ilə yanaşı, 2016-cı ildə keçirilmiş olimpiya və paralimpiya pyunlarına ev sahibliyi etmək üçün istifadə edilən iki olimpiya parkından biri idi. Layihənin dizaynı və menecmenti "Hill International" şirkətinə həvalə edilmişdi.
Değirmenburnu Təbiət Parkı
Domen parkinqi
Domen parkinqi— domendən təyinatı üzrə istifadə etmədən (veb saytların yaradılması üçün) parkinq xidməti göstərən DNS serverlərində domen adının qeydiyyatıdır. Domen parkı istifadə olunmamış domen adını sahibinə rezerv etməyə (saxlamağa) imkan verir. Domen parkinqi həm tamamilə qeyri-kommersiya xidməti kimi, həm də pul münasibətləri əsasında təqdim edilə bilər. Qeyri-kommersiya parkı siz onlardan domen aldığınız zaman bir çox domen adı qeydiyyatçıları, həmçinin adətən "domeninizi əlavə edin" adlı xidməti təqdim edən hostinq provayderləri tərəfindən təmin edilir. Bundan əlavə, qeyri-kommersiya domen parkı üçün üçüncü tərəf İnternet xidmətləri var. Belə pulsuz xidmətlərə misal olaraq park edilmiş domeni idarə etmək üçün çox geniş xidmətlər təklif edən MyDomain.com-u deyə bilərik. (2012-ci il iyulun 1-dən xidmət pullu oldu və bir domenin saxlanması üçün 1 dollar alınır). Yerli xidmətlər arasında isə ən məşhur olan "Yandex DNS Hosting"-dir. Qeyri-kommersiya domen parkının əsas məqsədləri müvəqqəti istifadə olunmayan domeni rezerv etmək və ya onu aktiv sayta yönləndirməkdir. Kommersiya əsaslı domen parkı adətən reklamla, həmçinin kiberskvottinq, domenləşdirmə və bu hadisələrə qarşı mübarizə ilə əlaqələndirilir.
Donana Milli Parkı
Donyana Milli Parkı — İspaniyada yerləşən milli park. Donyana Milli Parkı Quadalkuivir çayı deltasında köçəri quşlar üçün əhəmiyyətli su sahəsindədir. Park Afrikaya köç edən quşların yolu üzərindədir və 360 növ quşa ev sahibliyi edir. Xüsusilə qışlayan quşların sayı 500 000 olaraq təsbit edilmişdir. Park eyni zamanda nəsli tükənməkdə olan İspan vaşağı, Adalbert qartalı, Mərmər çamurcun və Dikquyruk ördək üçün əsas yaşayış sahəsidir. Bölgəyə 2005-ci ildə Vest Trianql, Flud Playn of the Partido Strim və Los Karakols bölgələri daxil edilərək genişlənmişdir.
Donetsk Mədəniyyət və İstirahət parkı
Lenin Komsomolu adına Donetsk Mədəniyyət və İstirahət parkı (ukr. Парк культури і відпочинку ім. Ленінського комсомолу) — Ukraynanın Donetsk vilayətinin eyniadlı şəhərində yerləşən park. Parkın tikilməsi ilə bağlı qərar 1952-ci ildə qəbul edilmişdir. Bunun səbəbi Şerbakov adına Mədəniyyət və İstirahət Mərkəzinin şəhərin ehtiyaclarını müstəqil şəkildə yerinə yetirə bilməməsi idi. Layihədə park ərazisinin 180 hektar olması planlaşdırılmışdı. Layihəyə Məşhur İnsanlar Xiyabanı, bir hovuz və 3,500 nəfərlik bir yaşıl teatrı daxil idi. 1955-ci ilin oktyabr ayında Stalin Rayon Sovetinin icra komitəsi "1955–1964-cü illərdə Stalin rayonunun şəhər və işçi yaşayış məntəqələrində yaşıl zonalarının yaradılması və inkişafı üzrə on illik plan haqqında" qərar qəbul etdi. 1956-cı ildə park rəsmi olaraq qurulmuşdur. Ərazinin bir hissəsi başqa layihələr üçün qorunduğundan orijinal plana dəyişikliklər edildi.
Donyana Milli Parkı
Donyana Milli Parkı — İspaniyada yerləşən milli park. Donyana Milli Parkı Quadalkuivir çayı deltasında köçəri quşlar üçün əhəmiyyətli su sahəsindədir. Park Afrikaya köç edən quşların yolu üzərindədir və 360 növ quşa ev sahibliyi edir. Xüsusilə qışlayan quşların sayı 500 000 olaraq təsbit edilmişdir. Park eyni zamanda nəsli tükənməkdə olan İspan vaşağı, Adalbert qartalı, Mərmər çamurcun və Dikquyruk ördək üçün əsas yaşayış sahəsidir. Bölgəyə 2005-ci ildə Vest Trianql, Flud Playn of the Partido Strim və Los Karakols bölgələri daxil edilərək genişlənmişdir.
Dunay-Drava Milli Parkı
Dunay-Drava Milli Parkı (ing. Danube-Drava National Park, mac. Duna–Dráva Nemzeti Park) — Macarıstanın cənub-qərbində yerləşən milli park. Milli parkın hazırkı sahəsi 494,79km2-dir və Dunay və Drava ərazisində yerləşir. Yeddi onurğasız heyvan növü Macarıtanda yalnız bu ərazidə mövcuddur. Drava ərazisində 400-dən çox bitki və heyvan növü qorunur. Milli park ərazisindəki endemik növlərə qarameyvəli yemişan və bulaqçılar daxildir.
Dunay-İpoy Milli Parkı
Dunay-İpoy Milli Parkı (ing. Danube-Ipoly National Park, mac. Duna–Ipoly Nemzeti Park) — Macarıstan ərazisində yerləşən milli parklardan biri. Dunay-İpoy milli parkı 1997-ci ildə Piliş və Börjöni milli parklarının ərazisində yaradılmışdır. Milli park Budapeşt, Peşt əyaləti, Komarom-Esterqom və Feyer şəhərlərini əhatə edir. Ofisləri Budapeştdə yerləşir və baş qərargahları Esterqom şəhərindədir. Bəzi flora və fauna növləri, eləcə də, nəsli kəsilməkdə olan bəzi növlər milli parkın ərazisində mühafizə olunur.
Durmitor Milli Parkı
Durmitor Milli Parkı — Avropada, Çernoqoriyada yerləşən milli park. Adını yerli dağdan alır. YUNESKO-nun Dünya irsi siyahısındadır. Möhtəşəm mənzərəyə sahib olan milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çaylar və yeraltı çayları ilə meydana gəlmişdir. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Sıx şam meşələri və saf gölləri ilə çox zəngin endemik bitki örtüyünə malikdir. Milli park 3 hissədən ibarətdir: Mlinski çayı və Qaragöl bölgəsi Tara Keçidi Biosfer bölgəsi Skriçka gölləri və Susika Vadisi Milli parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Bu mağaradakı donmuş sırsıraların uzunluğu 3 metrə çatır.
Dənizkənarı Milli Park
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Erşeg Milli Parkı
Erşeg (mac. Őrségi Nemzeti Park) — Macarıstanın qərb hissəsində yerləşən milli park. Qoruq ölkənin Qərbi Transdunay vilayətində, Vaş rayonu ərazisində yerləşir. Parkın ümumi sahəsi 44 000 hektardır. 2002-ci ildə əsası qoyulan Erşeg parkı Macarıstanın ən cavan parkı hesab olunur. Ölkənin ucqar qərbində yerləşən bu parkın ərazisində Raba çayı yerləşir. Çay müəyyən hissədə Avstriya və Sloveniya ilə sərhəddən keçir. Park daxilində olan göl öz təmiz suyu ilə məşhurdur. Erşegdə Zala və Kerka çaylarının mənbələri yerləşir. Park yaxınlığında Kermend və Sentqotthard şəhərləri var.
Falih Rıfkı Atay Təbiət Parkı
Falih Rıfkı Atay Təbiət Parkı (türk. Falih Rıfkı Atay Tabiat Parkı) ― Türkiyənin İstanbul ilinin Sarıyer ilçəsində yerləşən təbiət parkı. Sarıyerin Bahçeköy məhəlləsindən 7 km şimal-qərbdə və Neşet Suyu Təbiət Parkının yanında yerləşən Falih Rıfkı Atay Təbiət Parkı 16,33 hektar ərazini əhatə edir. Park 2011-ci ildə yaradılmışdır və Belqrad meşəsi daxilində yerləşən doqquz parkdan biridir. Qorunan ərazi jurnalist, yazıçı və siyasətçi Falih Rıfkı Atayın (1894-1971) şərəfinə adlandırılmışdır. Osmanlı sultanı Qanuni Sultan Süleyman (1520–1566-cı illər) tərəfindən Belqrad mühasirəsində hərbi əsir olaraq götürülmüş serblər İstanbula gətirildi və əvvəllər park sərhədləri daxilində olan kənddə yerləşdirildilər. Təbiət parkında 1999-cu ilin noyabrında mədəni irs olaraq qeydiyyata alınmış qorunan tarixi tikili statuslu kilsənin dağıntıları var. Təbiət parkı ziyarətçilər üçün gündəlik olaraq gəzinti, velosiped və piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə uşaqlar üçün oyun meydançaları var. Parkda həmçinin, açıq hava restoranı fəlaiyyət göstərir.
Fandi Milli Parkı
Fandi Milli Parkı ya Fandi təbiət qoruğu (ing. Fundy National Park, fr. Parc national de Fundy) — 1948 ci ildə yaradılmış, 206 km² sahəyə malik Fandi körfəzində yerləşən, Kanada milli parklarından biri.
Forlandet Milli Parkı
Forlandet Milli Parkı (norv. Forlandet nasjonalpark) — Şpitsbergen arxipelaqının şimal qərbində yerləşən milli park. Milli park ərazisinə Şahzadə Karl Torpağı adası (616 km²) və onun ətraf akvatoriyası daxildir (4031 км²). Park 1 iyun 1973-cü il kral qətnaməsi əsasında təşkil olunmuşdur. Forlanet Milli Parkı şimal yarımkürəsinin Pərayaqlıların aralığının həddi olaraq tanınır. Milli park həm də Enlidimdik təmizçilərin şimal populyasiyasına ev sahibliyi edir. Burada rus, norveç balina ovçularına aid arxeoloji nümunə tapmaq mümkündür.
Frumsenq Milli Parkı
Frumsenq Milli Parkı (dz. ཕྲུམ་སེང་རྒྱལ་ཡོང་གླིང་ག; keçmiş adı Thrumşinq Milli Parkı) — Butanın mərkəzində yerləşən və 905,05 km2 ərazini əhatə edən milli park. Milli park Butanın 4 dzonqxasını əhatə etsə də, əsas hissəsi Monqar dzonqxasındadır. Butan yan avtomagistralı milli parkı tən ikiyə bölür. Milli park ərazisində Thrumşinq-La keçidi yerləşir. Frumsenq Milli Parkında xeyli qədim küknar meşələrindən ibarət sahələr var. Parkın dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 4.400 metrə qədər dəyişir. Frumsenq Milli Parkında nəsli təhlükədə olan 6 quş növü yaşayır: Nepal kərgədan quşu (Aceros nipalensis), kürənboğaz çoxdanışan çalıquşu (Spelaeornis caudatus), traqopan-satir (Tragopan satyra), gözəl sitta (Sitta formosa), Uard troqonu (Harpactes wardi), şabalıdsinə kəklik (Arborophila mandellii) və nəsli demək olar ki, kəsilmək üzrə olan qaramtılsinə çoxdanışan (Sphenocichla humei). Milli parkda gözəl mənzərələr var, xüsusilə meşə mənzərələri daha çox diqqət çəkir. Frumsenqdəki biomların torpaqları kövrək olduğuna görə burada inkişaf işləri aparmaq əlverişsizdir.
Görəmə Milli Parkı
Görəmə Milli Parkı — Türkiyənin Nevşəhər vilayətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısındadır. Milli park Orta Anadolunun Həsən-Ərciyəs vulkanik dağı bölgəsində yerləşir. Milli park sıldırımlı yamaclardan, allüvial vadilərdən, eroziyaya uğramış təbəqələrdən ibarətdir. Vulkanik quruluşa malik parkın tarixi bölgəsində isə Bizans memarlığı sərgilənir. Bölgədə bir zaman yaşayanlar digərlərindən fərqli olaraq uzun müddət Bizans hakimiyyətindən uzaq qalmışdırlar. Bura olan yolların uzaqlığı və girintili-çıxıntılı relyrfi burada gizlənənlər üçün ideal şərait yaratmışdır. Burada ilk monastrlar III-IV əsrlərdə tikilmişdir. Monastrlar tikilmiş və divarlar rənglənmişdir. Milli parkda Ürgüp, Ovçular, Üçhisar, Çavuşini, Yeni Zelve kimi zəngin tarixə və mədəniyyətə sahib yaşayış məntəqələri də yerləşir.
Göygöl Milli Parkı
Göygöl Milli Parkı — Azərbaycanın Göygöl və Gəncə şəhərlərinin ərazisində milli park. 2008-ci ildə yaranmışdır, 12755 hektar sahəni əhatə edir. Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ilin 1 aprel tarixində yaradılmışdır. Milli Park Azərbaycanın qərbində Xanlar və Gəncə inzibati rayonlarının ərazisində yerləşir. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Ərazisi 6739 hektar idi. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000–3060 m hündürlükdə yerləşir.
Haleakala Milli Parkı
Haleakala Milli Parkı — ABŞ-nin Havay ştatının Maui adasında yerləşən milli park. Milli parkın sahəsi 134,62 km2-dir və bunun 77.92 km2-lik hissəsi "Vəhşi Həyat Bölgəsi" adı ilə qorunmaqdadır. Milli park ərazisinin 100 km2-i çöllükdür. Adını parkda Maui adasının şərqində yerləşən Haleakala dağından alır. "Haleakala" sözü havay dilində "Günəşin evi" deməkdir və yerli Maui əfsanəsinə görə yarıtanrı olan Maui günü daha uzun etmək üçün günəşi bu dağda həbs edib. Haleakala dağı qeyri-aktiv vulkandır və ən son püskürməsi 1480–1600 illərində olmuşdur. Bu milli park iki hissədən ibarətdir: Haleakala dağı bölgəsi və Kıpahulku sahili bölgəsi. Haleakala dağının ən məşhur hissəsi Haleakala krateridir. Bu krater kifayət qədər böyükdür: boyu 11.25 km, eni 3.2 km və dərinliyi 790 m qədərdir. Kraterin içində vulkanik qalıqlar və vulkanik kül vardır.

Digər lüğətlərdə