peqmatit
pelagik
OBASTAN VİKİ
Pelagial
Pelagial (yun.pelagos-açıq dəniz)-canlı orqanizmlərin həyat tərzinə görə okean və dənizlərdə ayrılmış iki bioxordan biri-litoraldan kənar, açıq okeanın su layı sahəsinə deyilir.
Pelagial orqanizmlər
== Pelagial orqanizmlər == Pelagial orqanizmlər (yun.pelagos-açıq dəniz və orqanizmlər)-litoraldan kənarda, okean və dənizlərin ancaq su təbəqəsində yaşayan və dib ilə əlaqəsi olmayan orqanizmlərə deyilir. Pelagial orqanizmlərə planktonlar və nektonlar aiddirlər.
Pelagial çöküntülər
== Pelagial çöküntülər == Pelagial çöküntülər (yun. pelagos-açıq dəniz və çöküntülər)-litoral sahəsindən kənarda, açıq okeanın dibində toplanmış çöküntülərə deyilir. Pelagial çöküntülər plankton və nekton orqanizmlərinin qalıqlarından, vulkan külündən, kosmik tozdan, həmçinin materik mənşəli tozlardan əmələ gəlmişdir. Dünya okeanının dibini örtən qlobigerin, radiolyari, diatom, pteropod, foraminifor lilləri və qırmızı gil pelagial çöküntülərə aiddir.

Digər lüğətlərdə