PİRS

сущ. морск. пирс (причальное сооружение в акватории порта, предназначенное для швартовки судов с двух сторон)
PİROTEXNİKA
PİRUET
OBASTAN VİKİ
Franklin Pirs
Franklin Pirs (ing. Franklin Pierce, 23 noyabr 1804[…] – 8 oktyabr 1869[…], Konkord) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853–1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. == Erkən həyatı == ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır. Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur.
Pirs 63
Pirs 63 (ing. Pier 63) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonu tərəfdə Hudzon çayı üzərində bir vaxtlar yerləşən "Delaware, Lackawanna and Western Railroad" dəmiryolu barjası. O, əvvəlcə Çelsi pirsi və Hudzon River Park yaxınlığında 23-cü küçədə yerləşirdi. Con Krevi onu 1996-cı ilin oktyabr ayında Staten-Aylenddə yaşayan istifadə olunmuş maşın alverçisindən almışdır və yedək gəmi ilə gətirmişdir. Bu barja, çayın altındaт keçən konteyner daşıyıcısı və ya tunellərin peydə olunmasından əvvəl Hudzon çayı üzərindən yük vaqonlarının daşınması üçün istifadə olunurdu. Pirs 63-ün quru tərəfi əvvəllər Baltimor və Ohayo dəmir yolları üçün malların barjadaki yük vaqonlarından yerli nəqliyyat vasitələrinə köçürüldüyü yükboşaltma stansiyası kimi istifadə olunurdu. Pier 66-dan məsul olan Con Krevi 4 fevral 2011-ci ildə vəfat etdi. Krevi, Hudzon River Parkın dostları cəmiyyətinin ən erkən üzvlərindən biri və 2010-cu ilə qədər Dostların direktorlar şurasının üzvü idi.
Pirs Brosnan
Pirs Brendan Brosnan (d. 16 may 1953) — İrlandiyalı film aktyoru. Əsasən Ceyms Bond xarakteri ilə tanınır.
Mildred Pirs (miniserial, 2011)
Mildred Pirs (ing. Mildred Pierce) - 2011-ci ildə çəkilmiş mini-serialdır. Mildred Pirs — Internet Movie Database saytında.
Norz River Pirs 66
Norz River Pirs 66 (ing. North River Pier 66) ― Nyu-York şəhəri Manhetten borosunun 12-ci prospekti və 26-cı küçəsində Hudzon çayı üzərində yerləşən ictimai qayıq evi. Pirs 66-da yerləşən New York River Sports şirkətinə "Hudson River Community Sailing", "NY Kayak Polo" və "New York Outrigger" daxildir, elə məhz onlar bütövlüklə tikilini əhatə edirlər. Hərdən kütləvi qayıq gəzintiləri təşkil olunan "Con Cey Harvi" adlı yanğınsöndürmə gəmisi və ictimaiyyətə açıq olan Frying Pan üzən mayakı Pirss 66-ya bağlanırlar.
Pirs-Ufimsev müdafiəsi (şahmat)
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.
Mildred Pirs (mini-serial, 2011)
Mildred Pirs (ing. Mildred Pierce) - 2011-ci ildə çəkilmiş mini-serialdır. Mildred Pirs — Internet Movie Database saytında.
Ceyn Pirs
Ceyn Pirs (ing. Jane Means Appleton Pierce; 12 mart 1806[…] – 2 dekabr 1863[…]) - ABŞ Prezidenti Franklin Pirsin həyat yoldaşıdır. == Həyatı == New Hampshire da anadan olmuş Ceyn, atasının ölümündən sonra on üç yaşından sonra nənə və babası ilə böyüdü. 19 noyabr 1834-cü ildə iyirmi səkkiz yaşında evləndiyi bir gənc vəkil Franklin Pirs ilə tanış oldu. Cütlüyün üç uşağı var idi, lakin üçü də gənc yaşda öldü: Franklin Pirs, Kiçik (1836-cı ildə anadan olub vəfat etdi), Frank Robert Pirs (1839–1843) və Benjamin Pirs (1841–1853). Pirs Nümayəndələr Palatasının üzvü idi və 1837-ci ildə senator oldu. Vaşinqtonda həyatdan nifrət edən Jane, Pirsin senator vəzifəsindən istefa etməsini və 1842-ci ildə baş verən Nyu Hampşirə qayıtmasına məcbur etdi. 1852-ci ildə Demokratik Partiya Pirs'i prezidentliyə namizəd seçəndə həyat yoldaşı xəbəri yaxşı qəbul etmədi. Oğlu Benjamin'in ölümü eyni vaxtda baş vermişdi. Kədərdən dağıdılmış Jane Pierce, birinci xanım fəaliyyətlərindən uzaq oldu.
Qay Pirs
Qay Pirs (tam adı: Qay Edvard Pirs, ing. Guy Edward Pearce; 5 oktyabr 1967) — ingilis əsilli avstraliyalı aktyor. O, Qonşular televiziya serialındakı Mayk Yanq rolu və Səhranın kraliçası Priskillanın macəraları (1994), Məxfi Los-Anceles (1997), Memento (2000), Qraf Monte Kristo (2002), Yol (2009), Kral Danışır! (2010), Prometey (2012) və Dəmir Adam 3 (2013) filmlərində oynaması ilə tanınır. Qay Pirs həmçinin Qanlı təklif (2005), Heyvan krallığı (2010), Qaranlıqdan qorxma və Təqib (2014) kimi filmlərdə də rol almışdır. O, "Emmi" televiziya mükafatının laureatıdır (2011). Bundan başqa o, "Qızıl Qlobus" (2012), "Ekran Aktyorları Dərnəyi" və "AACTA" mükafatlarına da namizəd olmuşdur. Qay Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub.
Roman Pirs
Roman Pirs — Forsaj franşizasında Tayriz Qibsonun canlandırdığı uydurma personaj. Braynın uşaqlıq dostudur. Kaliforniyanın Barstov şəhərində anadan olub, böyümüş Roman Pirs, Brayn Okannerin uşaqlıq dostudur. Xarakter etibarı ilə o, zarafatcıldır (Forsaj 5-də çərənçi, boşboğaz adlandırılır), yumoristik olsa da, lazım gəldikdə sərt də olur. Dostu Okanner polisə işə girəndə Roman ona daha az etibar etməyə başladı. Braynın işdən çıxardılmasından iki ay sonra Roman səkkiz oğurlanmış avtomobili saxladığı üçün həbs olundu. O vaxtdan bəri Roman Braynı xəbərdarlıq etməməkdə günahlandırsa da, Brayn dəfələrlə onun həbsindən xəbərsiz olduğunu söyləmişdi. Roman üç il həbs cəzasına məhkum edildikdən sonra sərbəst buraxılsa da, onun bir problemi var idi: evindən 100 metrdən çox məsafəyə çıxa bilməzdi (ona görə də treylerdə yaşayırdı). Brayn qaçaqmalçı Karter Veroneyi tutmaq üçün federallar tərəfindən işə götürüldükdə Brayn Romana Mayamidə görüşmək və əməliyyat müvəffəqiyyətli olduğu təqdirdə (Forsaj 2-də təsvir olunan bütün hadisələr) keçmiş cinayətlərinin hamısının silinməsini təklif edir. Bundan sonra Roman Las Veqasa köçdü və sonra Forsaj 5-də Hernan Reyesi qarət edən pilot komandasının bir hissəsi olaraq yenidən seçilmişdir.
Pirs-Ufimsev müdafiəsi
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.
Çarlz Sandres Pirs
Çarlz Sanders Piers (ing. Charles Sanders Peirce; 10 sentyabr 1839[…], Kembric, Massaçusets – 19 aprel 1914[…], Milford[d], Pensilvaniya) — amerikan praqmatik filosof. Praqmatizm və Utilitarizm fəlsəfi cərəyanlarının ana xətlərini müəyyənləşdirmişdir. Humanitar və dəqiq elmlərlə əlaqəli bir çox kitabın müəllifidir. Çarlz Sanders Piers 10 sentyabr 1839-cu ildə dünyaya gəlmişdir.
Döş giləsi pirsinqi
Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır. == Tarix == Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir. İlk olaraq bu növ pirsinqi Pretoriyanlar — Roma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur.
Elnur Pirseyidov
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Lester Pirson
Lester Bouls "Mayk" Pirson (23 aprel 1897[…], Toronto – 27 dekabr 1972[…], Ottava) — Kanadalı alim, dövlət xadimi, əsgər, baş nazir və diplomatı,1957-ci ildə Süveyş böhranını həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təcili Qüvvələrini təşkil etdiyinə görə Nobel sülh mükafatı laueratı. 1963-cü ildən 1968-ci ilə qədər Kanadanın 14-cü baş naziri, 1963-cü və 1965-ci illərdə keçirilən seçkilərdən sonra iki dəfə arxa-arxaya Liberal azlıq hökumətinin başçısı olmuşdur. Pirsonun baş nazir olduğu dövrdə, onun Liberal azlıq hökumətləri universal səhiyyə, tələbə kreditləri, Kanada pensiya planı, Kanada ordeni və Kanada bayrağını təqdim etdi. Onun Liberal hökuməti Kanadanın silahlı qüvvələrini də birləşdirdi. Pirson, Bilinqualizm və Bikurturalizm üzrə Kral Komissiyasını çağırdı(iki dil rəsmi dövlət dili olaraq qəbul edildi), və Kanadanı Vyetnam müharibəsindən kənarda saxladı. 1967-ci ildə, onun hökuməti, heç istifadə edilməmiş və 1976-cı ildə ləğv edilmiş faktiki olaraq Kanadada edam cəzasını bir neçə kapital cinayətinə məhdudlaşdıraraq ləğv edən Bill C-168-i qəbul etdi. Bu nailiyyətləri ilə, Birləşmiş Millətlər Təşkilatında və beynəlxalq diplomatiyada təməlqoyma işləri ilə birlikdə Pirson ümumiyyətlə XX əsrin ən nüfuzlu Kanadalılar sırasındadır və Kanadanın ən böyük baş nazirləri sırasında yer alır. == Erkən həyatı, ailəsi və təhsili == Pirson Ontario (indiki Torontonun bir hissəsi), Yorkun Nyutonbruk şəhərində, Anni Sarahın və metodist nazir (sonradan Birləşmiş Kanada Kilsəsi) Edvin Artur Pirsonun oğlu olaraq anadan olub. O, Veyqhan Vayter Pirson və Marmadyuk Pirsonun qardaşı idi. Lester Pirsonun atası, gənc ailəni, burada Yanq-Strit Orora metodist kilsəsində nazir olduğu Torontonun şimalındakı Orora(Ontario), şəhərinə köçürdü.
Pirsaat
Pirsaat (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonuda qəsəbə. Pirsaat (Qaradağ) — Azərbaycanın Qaradağ rayonuda qəsəbə. Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay.
Pirsaat (Hacıqabul)
Pirsaat — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Pirsaat burnu
Pirsaat burnu — inzibati cəhətdən Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daxildir. Burun ərazisində eyni adlı Pirsaat palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsinin əsas səsəblərindən biridə bu vulkanın fəaliyyətidir. Digər səbəb isə tektonik fəaliyyətdir. Burna ən yaxın yaşayış məntələri Pirsaat və Ələt qəsəbələridir. Şimaldan Ələt buxtası, cənubdan isə Pirsaat buxtası sahillərini yuyur. Buxtanın cənubundan bir necə kilometr aralıda Sualtı adaları yerləşir. Adalar tektonik fəaliyyətin nəticəsində əmələ gəlmişdir.
Pirsaat buxtası
Pirsaat buxtası - inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonunu ərazisinə daxil Körfəzə yaxın yaşayış məntəqəsi Pirsaat qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən bir necə milometrlik məsafədə Sualtı adaları yerləşir. Sahil hissəsi dəniz səviyyəsindən -29 metr (-95 feet) təşkil edir. Buxta şimaldan Pirsaat burnu, cənubdan isə Bəndovan burnu ilə əhatələnir. Dib hissəsində tektonik proseslərin təsiri ilə qalxır. Bu səbəbdən dərinlik elədə yüksək deyildir.
Pirsaat su anbarı
Pirsaat su anbarı — Azərbaycan Respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğu. Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur. Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir. Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir. İlk dəfə 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır. 2016 və 2022-ci ilin iyulunda neçə ildən sonra ilk dəfə su anbarı dolub.
Pirsaat çayı
Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay. Uzunluğu 119 km, hövzəsinin sahəsi 2280 km²-dir. Mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır. Axımının çox hissəsi yağış (80%), qismən də qar (14%), yeraltı (16%) sulardan əmələ gəlir. İl ərzində yağan yağışlar çayda daşqın əmələ gətirir. Çayın orta illik su sərfi 1,55 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 60?70%-i keçir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l-dən artıq) malikdir. Üzərində su anbarı tikilmişdir.
Pirsaatçay
Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay. Uzunluğu 119 km, hövzəsinin sahəsi 2280 km²-dir. Mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır. Axımının çox hissəsi yağış (80%), qismən də qar (14%), yeraltı (16%) sulardan əmələ gəlir. İl ərzində yağan yağışlar çayda daşqın əmələ gətirir. Çayın orta illik su sərfi 1,55 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 60?70%-i keçir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l-dən artıq) malikdir. Üzərində su anbarı tikilmişdir.
Pirsaatçay xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı. Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pirsaqqa (Çaroymaq)
Pirsaqqa (fars. پيرسقا‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (30 ailə).
Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.
Pirsultan
Pirsultan (Bostanabad) — İranda kənd. Pirsultan (dağ) — Daşkəsən rayonu ərazisində dağ. Qoşqar dağı silsiləsinin mərkəzi hissəsində, Gəncə çayı və Quşqara çayının suayrıcını təşkil edən qolun zirvələrindən biridir. Pirsultan (çay) — Daşkəsən rayonu ərazisində çay. Pirsultan dağından başlayaraq Qoşqar çayına tokülür.
Pirsultan (Bostanabad)
Pirsultan (fars. پيرسلطان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (92 ailə).
Pirsəid məscidi
Pirsəid məscidi — Nardaran qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid memarlıq abidəsi. Abidə 1363—1364-cü illərdə Şirvan-Abşeron memarlıq məktəbi üslubunda inşa edilmişdir. Tikili müxtəlif dövrlərdə inşa edilmiş bir neçə otaqdan ibarətdir ki, bu da onların həm planlaşdırmasında, həm də müxtəlif konstruktiv həll məsələlərində özünü büruzə verir. Binanın ən qədim hissəsi qəbir və məscid otağı olan hissədir. İbadət zalının giriş qapısı üzərində yerləşən, hazırda məscidin içərisində qalmış tikinti kitabında, tikilinin 1363—1364-cü illərdə inşa edildiyi göstərilmişdir. Tikili müxtəlif dövrlərdə inşa edilmiş bir neçə otaqdan ibarətdir ki, bu da onların həm planlaşdırmasında, həm də müxtəlif konstruktiv həll məsələlərində özünü büruzə verir. Binanın ən qədim hissəsi qəbir və məscid otağı olan hissədir. Bunu məscid otağının giriş qapısı üzərində yerləşdirilmiş, lakin, hazırda tikilinin içində qalmış kitabə də sübut edir. Bu cür kitabələr adətən binanın fasadına vurulurdu, Tikilidə kitabənin tikilinin içində qalması, məscid otağı qarşsındakı otaqların binaya sonradan əlavə edildiyini sübut edir. Məscid otağı, tağtavanla örtülmüş düzbucaqlı otaqdan ibarətdir.

Digər lüğətlərdə