Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hobbi
Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər == Etimologiya == 16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Hobbit: Beş ordunun döyüşü
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. == Filmin mövzusu == 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Hobbit: Beş ordunun döyüşü (film, 2014)
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Bobbi-Bobbi
Bobbi-Bobbi – Avstraliyanın şimal ərazilərində məskunlaşmış Binbinqa adlı aborigen qruplarının miflərində keçən fövqəltəbii varlıq. == Əfsanə == Bobbi-Bobbi "yuxu zamanı" mifoloji erasında göylərdə yaşayırdı. O Əlvan İlana bənzər nəhəng ilan idi və əvvəllər insanlara müsbət yanaşırdı. Göylərdən o görür ki, həyatda qalmaq üçün insanlara təkcə su yetmir. Buna görə də o insanlar üçün uçan tülküləri (yarasa növü) yaradır ki, sonuncular onları tutub yeyə bilsin. Tülkülər insanların onları tuta bilməyəcəyi yüksəklikdə uçmağa başladıqda, Bobbi-Bobbi qabırğalarından birini çıxararaq insanlara verir və onlar qabırğanı tarixdə ilk bumeranq kimi istifadə edirlər. Deyilənlərə görə, bəzi insanlar verilən bu hədiyyələrədən razı deyildilər və səma cənnətinin necə olduğunu görmək istəyirdilər. İki kişi göydə keçid açıb Bobbi-Bobbiyə təşəkkür etmək adı ilə qabırğa-bumeranqı elə güclə atırlar ki, o buludlarda nəhəng dəlik açır. Bobbi-Bobbi çox qorxduğundan bumeranqı tuta bilmir və o geri qayıdaraq kişiləri öldürür. Bununla ilk dəfə Ölüm insan oğlu ilə tanış olur.
Bobbi Andonov
Bobbi Andonov (ing. Bobby Andonov, mak. Бобби Андонов; 28 avqust 1994 və ya 18 avqust 1994, Melburn) — Makedon əsilli Avstraliya müğənnisi, bəstəkar və model. == Həyatı == Bobbi Andonov 29 avqust 1994-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Melburn şəhərində anadan olmuşdur. Andonovun hər iki valideyni Makedoniya Respublikasının Strumitsa şəhərindəndir. Bobbi altı yaşından bəri oxuyur və eyni zamanda rəqslə məşğul olur. Müğənni müsahibələrindən birində musiqiyə Prins və Corc Maykldan ilhamlandığını bildirmişdir. Bobbi eyni zamanda piano və gitarada ifa etməyi kiçik yaşlarından öyrənmişdir. == Musiqi karyerası == Bobbi Andonov 14 yaşında ikən ana vətəni olan Makedoniya Respublikasını 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və 15 iştirakçı arasında 5-ci yerdə qərarlaşmışdır. Müsabiqədə özünün bəstələdiyi və ifa etdiyi "Prati mi SMS" mahnısı ilə əsasən Balkan ölkələrində şöhrət qazanan Andonov müsabiqənin ardınca həmin ölkələrdə turlar həyata keçirmişdir.
Bobbi Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). == Həyatı == Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Bobbi Makferrin
Bobbi Makferrin (ing. Bobby McFerrin; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı. == Həyatı == Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb. Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.
Bobbi Qiçard
Bobbi Qiçard (29 noyabr 1999) — Yeni Zelandiyalı üzgüçü. Bobbi Qiçard Yeni Zelandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Həyatı == Bobbi Qiçard 29 noyabr 1999-cu ildə doğulub. == Karyerası == Bobbi Qiçard birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:15.97 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 24-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Bobbi Robson
Ser Robert Uilyam "Bobbi" Robson SVE (ing. Sir Robert William "Bobby" Robson; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi. == Həyatı == Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb. Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb. İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb.
Bobbi Vinton
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır. == Həyatı == Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür. 1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss".
Bobbi Çarlton
Bobbi Çarlton (11 oktyabr 1937[…], Aşinqton[d], Nortamberlend qraflığı[d]) — ingilis keçmiş futbolçu, 1966-cı ildə İngiltərə yığmasının tərkibində dünya çempionu və "Qızıl top" laureatı olmuşdur. == Həyatı == Bobbi Çarlton 1937-ci ildə anadan olub. == Karyerası == Ser Bobbi Çarlton 1953-cü ildə "Mançester Yunayted"in akademiyasına daxil olub. 1956-cı ildə "qırmızı şeytanlar"ın heyətində debüt edib. Komandanın heyətində 758 oyun keçirib və komanda üçün rekord sayda 249 qol vurub.Son zamanlara qədər Çarlton həmçinin İngiltərə yığmasında qol rekordunu əlində saxlayırdı. O, 49 qol vurmuşdu. Onun rekordunu İsveçrə ilə oyunda Ueyn Runi qırdı. Qeyd edək ki, Runi Ser Bobbinin klub rekordunu da qırmağa ən yaxın namizəddir.
Greyfriars Bobbi
Greyfriars Bobbi (d. 1855 və ya 1856, Edinburq, Şotlandiya - ö. 1872, Edinburq, Şotlandiya) — Skye Teriyer cinsindən olan it. Ölən sahibi John Grayı iki yaşından 16 yaşında öz ölümünə qədər məzarı başında gözləməsi ilə məşhurlaşmışdır. Qarşılıqsız sevgi və sonsuz sədaqətilə Edinburq şəhərinin simvolu halına gəlmişdir. Ölümünün ertəsi ilində, Burdett-Coutts Baronessi Angela Burdett-Coutts- IV Coutts körpüsünün cənub çıxışında, Bobbinin xatirəsini yaşatmaq üçün bir heykəl və bulaq tikdirdi. == Sahibi Con Qrey == John Gray 14 may 1814-cü ildə Şotlandiyanın Forfar şəhərində anadan olub. Əvvəl atası kimi bağban olan Qrey, pis hava durumu səbəbiylə işsiz qalınca həyat yoldaşı və oğlu ilə birlikdə Edinburqa köçərək polis orqanlarında işləməyə başlayıb. Gecə növbəsində işlədiyi üçün özünə qoruma iti olaraq Bobbi verilmişdir. 1857-ci ildə vərəmə yoluxan Qrey, gündən-günə pisləşdi.
Marqo Robbi
Margo Elis Robbi (ing. Margot Elise Robbie; 2 iyul 1990, Delby, Queensland, Avstraliya) — avstraliyalı aktrisa və kinoprodüser. Robbi karyerasına 2007-ci ildə Avstraliyada başlayıb. Donna Fridmanın " Qonşular " serialındakı rolu (2008-2011) ona ölkəsində şöhrət qazandırıb. 2011-ci ildə ABŞ-yə köçdükdən sonra Pan Amerika televiziya seriyasında Laura Cameron rolunu oynamış, ardınca bədii filmlərdə əsas rollara dair bir çox təkliflər almışdır. Bunlardan ən diqqət çəkənləri - Gələcəyin Boyfriendi-ndəki Charlotte (2013), Wolf-dan Naomi Lapaglia (2013) və Tarzan. Əfsanə " - də Jane Porter (2016) rollarıdır. "Hamıya qarşı Tonya" (2017) filmindəki Toni Hardinqin rolu ona "AACTA Awards", "Critics’ Choice Movie Awards" mükafatlarına layiq görülmüşdür. == Həyatı == Marqo Robbi Dalby, Queensland, Avstraliyada 2 iyul 1990-cı ildə anadan olmuşdur. Fermer Mayk Robbi və fizioterapevt Sari Kesslerin 4 övladından üçüncüsüdü.
Miranda Hobbs
Miranda Hobbs — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə və serialda Miranda obrazı aktrisa Sintiya Nikson tərəfindən canlandırılmışdır. Nikson bu roluna görə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülmüşdür. == Obrazın tarixi == === Roman və serialda === Miranda Hobbs yalnız karyerası haqqında düşünən, kişilərə və onlarla münasibətə rişxəndlə yanaşan bir hüquqşünasdır. 1990-cı ildə Filadelfiyada Harvard Universitetinin hüquq fakultəsinin məzunu olduqdan sonra o, Kerrinin gevənilən dostu və vicdan səsi olub. Serialın erkən mövsümlərində o, insanlara güvənməyən, kişi xasiyyətli və tez inciyən biri kimi təsvir olunsa da, illər ərzində bu obraz tədricən dəyişir, xüsusilə hamilə qaldıqdan sonra bu daha çox hiss olunur və sonda o, Stiv Bredi ilə evlənir. Oğlu Bredi Hobbsun doğulması onun üçün yeni problemlərin meydana çıxmasına səbəb olur, işgüzar Miranda diqqətini istədiyi kimi işinə yönəldə bilmir, lakin bir müddət sonra işi ilə ailəsi arasında balans yarada bilir. Dörd rəfiqə arasında Miranda şəxsi evə malik olan ilk qadın olur (onun uğurunun göstəricisidir), lakin, serialın son mövsümündə genişlənən ailəsi üçün daha rahat şərait yaratmaq üçün Bruklin taunhausa köçür. === Böyük şəhərdə seks:Film === Böyük şəhərdə seks filmində Miranda artıq Stivlə evlidir və beş yaşlı oğlu Bredi ilə birgə Bruklindəki evlərində yaşayırlar. Ailə hələ də Maqdanı xidmət üçün yanında saxlayır.
Robbi Koltreyn
Robbi Koltreyn (ing. Robbie Coltrane; 30 mart 1950, Razerqlen – 14 oktyabr 2022) — Böyük Britaniya aktyoru.
Robbi MakKenzi
Robbi MakKenzi (25 sentyabr 1998-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort doqquz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin iyul ayında klub ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0–2 hesabı ilə məğlub olmuşdur.
Robbi Rocers
Robert Hempton "Robbi" Rocers (ing. Robbie Rogers; doğum 12 may, 1987) - MLS-də çıxış edən "Los Anceles Qelaksi" komandasında oynayan ABŞ peşəkar futbolçusu. O, komandada yarımmüdafiəçi vəzifəsini yerinə yetirir. Rocers həm də ABŞ milli futbol komandasında çıxış edir. 2013-cü ilin fevralında kaminq aut edən Rocers 1990-cı ildə kamminq aut etmiş Castin Faşanudan sonra ikinci açıq gey Britaniya futbolçusu olmuşdur. 2013–cü ilin mayında Qelaksinin tərkibində ilk futbol oyununa çıxdıqdan sonra Rocers bütün Şimali Amerika peşəkar idman liqalarında çıxış edən komandalarda ilk açıq gey futbolçu kimi tarixə düşmüşdür.Bir il Merilend Universitetinin kollec komandasında oynadıqdan sonra, o, Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir. 2006-cı ilin avqustunda o, "Herenven"lə müqavilə imzalasa da, klubun tərkibində çıxış etməmiş müqavilə pozulur. 2007-ci ilin fevralında qarşılıqlı razılıq əsasında klubdan ayrılan Rocers ABŞ-yə qayıdır və "Kolambus Kryu" komandası ilə müqavilə bağlayır. Rocersin "Kolambus Kryu" komandasında dörd illik çıxışı uğurlu olur, həmin dövrdə komanda 2008-ci il MLS kubokunu qazanır, 2008 və 2009-cu illərdə isə “Supporters' Shield” mükafatını əldə edir. 2011-ci ilin dekabrında müqavilə müddəti başa çatan Rocers Kolambus Kryu komandasını tərk edir.
Robbi Uilyams
Robert Peter "Robbie" Vilyams (13 fevral 1974; Stok-on-Trent) — eyni zamanda pop qrupu Take That-in bir üzvü olan İngilis solo müğənni və söz yazıçısıdir. 1990'ların ilk illərində bir hissəsi olduğu Take That qrupu ilə eyni vaxtda tanınmağa başladı. Daha sonra yaşanan müxtəlif anlaşılmazlıqlar 1995'də qrupdan ayrılaraq solo karierinə başlamasına səbəb oldu. Qrupdan ayrıldıqdan sonrakı dövrdə həyat forması səbəbindən içki və narkotik asılılığı ilə mübarizə etdiyi çətin zamanlar keçirdi. Mətbuatda iştirak edən xəbərlər karierinin bitdiyini söyləyirdi və 1997-ci ildə Life Thru a Lens adıyla çıxardığı ilk albomu, içki və narkotik ilə döyüşünə davam etdiyi bu dövrdə reabilitasiya mərkəzindən icazə alıb albomun ikinci single'ı "Lazy Days"in klipinde iştirak etməsinə baxmayaraq, İngiltərə xaricində heç bir qeydə dəyər müvəffəqiyyət göstərə bilmədi. İngiltərədə də promosyon rəflərinə düşməsi uzun sürmədi. Albomdan çıxan 3 single ilə də qeydə dəyər bir müvəffəqiyyət qazanmadığından val şirkətinin onun gələcəyi haqqında endişeleriyle qarşılaşdı. Daha sonra, Birləşmiş Krallıq siyahılarında ən çox satış edən single olacağından xəbəri olmadığı bir parçanı, Angels'ı 4. single olaraq bazara sürdü. 2005 ilində Brit Mükafatları'nde, xalq səsverməsi nəticəsində son 25 ilin ən yaxşı mahnısı seçiləcək olan bu mahnı musiqi bazarındakı pillələri sürətlə dırmaşmağa başlamasını təmin etdi.
Robbi Vilyams
Robert Peter "Robbie" Vilyams (13 fevral 1974; Stok-on-Trent) — eyni zamanda pop qrupu Take That-in bir üzvü olan İngilis solo müğənni və söz yazıçısıdir. 1990'ların ilk illərində bir hissəsi olduğu Take That qrupu ilə eyni vaxtda tanınmağa başladı. Daha sonra yaşanan müxtəlif anlaşılmazlıqlar 1995'də qrupdan ayrılaraq solo karierinə başlamasına səbəb oldu. Qrupdan ayrıldıqdan sonrakı dövrdə həyat forması səbəbindən içki və narkotik asılılığı ilə mübarizə etdiyi çətin zamanlar keçirdi. Mətbuatda iştirak edən xəbərlər karierinin bitdiyini söyləyirdi və 1997-ci ildə Life Thru a Lens adıyla çıxardığı ilk albomu, içki və narkotik ilə döyüşünə davam etdiyi bu dövrdə reabilitasiya mərkəzindən icazə alıb albomun ikinci single'ı "Lazy Days"in klipinde iştirak etməsinə baxmayaraq, İngiltərə xaricində heç bir qeydə dəyər müvəffəqiyyət göstərə bilmədi. İngiltərədə də promosyon rəflərinə düşməsi uzun sürmədi. Albomdan çıxan 3 single ilə də qeydə dəyər bir müvəffəqiyyət qazanmadığından val şirkətinin onun gələcəyi haqqında endişeleriyle qarşılaşdı. Daha sonra, Birləşmiş Krallıq siyahılarında ən çox satış edən single olacağından xəbəri olmadığı bir parçanı, Angels'ı 4. single olaraq bazara sürdü. 2005 ilində Brit Mükafatları'nde, xalq səsverməsi nəticəsində son 25 ilin ən yaxşı mahnısı seçiləcək olan bu mahnı musiqi bazarındakı pillələri sürətlə dırmaşmağa başlamasını təmin etdi.
Tito Qobbi
Tito Qobbi (24 oktyabr 1913[…] – 5 mart 1984[…], Roma) — İtalyan opera bariton müğənnisi. Opera səhnəsində ilk çıxışı 1938-ci ildə Romada olmuşdur. 1942-ci ildən La Skala teatrının solistidir. 1947-ci ildən bir çox ölkənin məşhur teatrlarında (Metropoliten opera, Qrand-opera və s.) çıxış etmişdir. Dünyanın müğənnilərindən olan Qobbi geniş diapazonlu gözəl səsə malikdir. Onun ifaçılığı üçün vokal partiyaların kamilliyi, yüksək üslub duyumu, müstəsna artistlik məharəti səciyyəvidir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1979.
Tomas Hobbs
Tomas Hobbs (ing. Thomas Hobbes; 5 aprel 1588[…] – 4 dekabr 1679[…]) — məşhur ingilis filosofu və siyasi mütəfəkkiri. XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. Hobbs özünün başlıca əsərlərində (Fəlsəfənin əsaslar (1642); Leviafan (1651); ―Begemot (1668)) İctimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == O, dövlət və siyasi hakimiyyəti problemlərini «Leviafan, və ya Materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti» adlı əsərində araşdırmışdır.
Bobbi Eden
Bobbi İden (4 yanvar 1980, Haaqa, Niderland) — Holland əsilli Amerika pornoqrafik film aktrisası və beynəlxalq jurnal modeli. O, böyüklər üçün kino sənayesinə, 2002-ci ildə 22 yaşında ikən qədəm qoyub. == Həyatı və karyerası == Bobbi İden şou-biznes modelliyinə 1998-ci ildə qədəm qoyub. O, Hollandiyanın Penthouse ev heyvanı qadını müsabiqəsində ikinci olub. Sonra o, Avropanın müxtəlif yerlərində, o cümlədən alt paltar kataloqlarında modellik etdi, corab promosyonlarında və həftəlik jurnallarda çalışdı. Şou-biznes modeli olduğu üçün 2 il boyunca evi 24 saat müşahidə edildiyini bildirib. İngiltərəyə getdi və Club, Men Only və Soho Maqazin kimi jurnalların 250 mövu, 100 dəfə də üz qabığına çıxdı. 3 il boyunca jurnallarda çalışdı. Jenna Jameson böyüklər üçün çəkilişlərdə yer almaq üçün görüşmələrə başladı; ancaq Bobbi hələ hazır deyildi. O, yarım il Avropada özəl erotik nümayişçi kimi çalışıb.
Bobbi İden
Bobbi İden (4 yanvar 1980, Haaqa, Niderland) — Holland əsilli Amerika pornoqrafik film aktrisası və beynəlxalq jurnal modeli. O, böyüklər üçün kino sənayesinə, 2002-ci ildə 22 yaşında ikən qədəm qoyub. == Həyatı və karyerası == Bobbi İden şou-biznes modelliyinə 1998-ci ildə qədəm qoyub. O, Hollandiyanın Penthouse ev heyvanı qadını müsabiqəsində ikinci olub. Sonra o, Avropanın müxtəlif yerlərində, o cümlədən alt paltar kataloqlarında modellik etdi, corab promosyonlarında və həftəlik jurnallarda çalışdı. Şou-biznes modeli olduğu üçün 2 il boyunca evi 24 saat müşahidə edildiyini bildirib. İngiltərəyə getdi və Club, Men Only və Soho Maqazin kimi jurnalların 250 mövu, 100 dəfə də üz qabığına çıxdı. 3 il boyunca jurnallarda çalışdı. Jenna Jameson böyüklər üçün çəkilişlərdə yer almaq üçün görüşmələrə başladı; ancaq Bobbi hələ hazır deyildi. O, yarım il Avropada özəl erotik nümayişçi kimi çalışıb.
Bobbi (film, 1973)
"Bobbi" (hind बॉबी , ing. Bobby) — rejissor Rac Kapurun 1973-cü ildə çəkdiyi melodram film. == Məzmun == Rac (Rişi Kapur) varlı və tanınmış bir ailənin övladıdır. Onun gələcəyinin qərarı artıq on il əvvəldən verilib: nüfuzlu institutda oxuyub, vəkil olmaq və atasının şərikinin qızıyla ailə qurmaq. Lakin Rac Bobbiyə (Dimpl Kapadiya), adi balıqçı qızına aşiq olur. İndi valideynlərinə nə cavab verəcək?
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Hebei
Hebei (Hibei), (çin. 河北省), Çinin şərq hissəsində vilayətdir. Hebei vilayətinin şimalında Daxili Monqolustan Muxtar Rayonu, cənubunda Shandonq və Henan vilayətləri, şərqində Bohai dənizi, qərbində isə Şansi vilayəti yerləşmişdir. İdarə mərkəzi Şiciacuanq şəhəridir. Ərazisi 187700 km²-dir. == Din == 2007 və 2009-cu illərdə aparılan statistikaya görə Hebei vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 5.52% öz ulu babalarına sitayiş edir. Əhalinin 3.05% Xristian , 0.82% isə Müsəlmandır. == Əhali == 2015-ci ilin siyahıya almasına əsasən əhalisi 73,326,101 olan Hebei vilayəti Çinin altıncı böyük əhaliyə malik vilayətidir. Hebei vilayətinin əhalisi az sayda Huey xalqı (Müsəlman Çinli), Mancurlar, Monqollar və əhalinin böyük hissəsini təşkil edən Xan xalqıdır. == Tarix == Şimali Çin ovalığı əsrlər ərzində ən qədim insan məskəni olmuşdur.
Holzi
Eşli Nikolett Francipani (ing. Ashley Nicolette Frangipane; 29 sentyabr 1994, Edison (Nyu-Cersi), Nyu Cersi, ABŞ) və ya səhnə adı ilə Holzi (ing. Halsey) — ABŞ müğənnisi və mahnı yazarı. Onun səhnə adı Nyu-York metropoliteninin Bruklində yerləşən Holzi Strit stansiyası ilə bağlıdır və onun adının anaqramıdır. == Həyatı == Əsl adı Eşli Nikolett Francipanidir. 29 sentyabr 1994-cü ildə Nyu-Cersi ştatının Klark şəhərciyində anadan olmuşdur. Anası Nikol Francipani bir xəstəxanada təhlükəsizlik əməkdaşı, atası Kris Francipani maşın satıcısıdır. İki balaca qardaşı var: Sevian və Dante. Anası italyan və macar əsilli, atası isə afroamerikalı və irland əsillidir. == Karyerası == Sosial şəbəkələrdə tanınmasının ardından 2014-cü ildə Astralwerks şirkəti ilə müqavilə imzalamışdır.