planaalma
planauyğun
OBASTAN VİKİ
Planarilər
Planarılər (lat. Planariidae) — yastı qurdların kirpikli qurdlar sinfinə aid fəsilə. == Xarici quruluşu və həyat tərzi == Planarinin bədəni yastı və uzusov olub, kirpikİərlə örtülüdür. Onun uzunluğu 1, 5-3 sm-dir. Bədənin ön ucunda iki çıxıntı və onun da yanında bir cüt göz yerləşir. Gölməçələrdə və durğun sularda yaşayır. Ona su altında olan cisimlərin üzərində, sualtı ağacların yarpaqları altında və ya gövdələrində rast gəlmək olar. == Hərəkəti == Planari epiteli qatının üzərindəki kirpikİərin hərəkəti, əzələlərin yığılıb-açılması vasitəsilə müxtəlif cür hərəkət edir. İkitərəfli simmetriya. Planarinin bədəni boyunca ortadan bir müstəvi keçirsək, onun hər iki yanı-bədənin sağ və sol tərəfi bir-birinin güzgüdə əksi kimi gorünər.