polioensefalit
polioma
OBASTAN VİKİ
Poliolefinlər
Poliolefinlər – yüksəkmolekullu birləşmələr (polimerlər) sinfinə aid olub, aşağımolekullu maddələrdən – olefinlərdən (monomerlərdən) alınır. Neftdən və ya təbii qazdan eyni və ya müxtəlif monomerlərin katalizator iştirakında homopolimerləşməsi və ya birgə (so) polimerləşməsi yolu ilə emal olunur. Müxtəlif örtüklərin (plyonkaların) və liflərin sənaye istehsalında geniş istifadə olunur. == Müxtəlifliyi == Termoplastlar və elastomerlər məlumdur. Termoplastların ən mühüm nümayəndələri polietilen, polipropilen, polibutilenlərdir. Elastomerlərdən ən geniş tətbiq olunanı etilen-propilen kauçukudur. Kauçukabənzər xassələri olan isə poliizobutilendir. == Xassələri == Poliolefinlərin faza hallarının diapazonu jeleşəkilli olmaqdan bərk olmağa qədər dəyişir. Faza halı, birinci növbədə, molekul kütləsi və kristallaşma dərəcəsi ilə müəyyən olunur. Kristallik poliolefinlər yüksək dielektrik xassələri, mexaniki möhkəmliyi və aqressiv mühitin təsirinə qarşı (güclü oksidləşmədən başqa) davamlılığı ilə xarakterizə olunur[1].