PRAQMATİZM

\[alm. Pragmatismus; fr. Pragmatisme; ing. Pragmatism; yun. Pragma – iş, hadisə, faydalı; tr. pragmaçilik\] – düzgünlüyü və həqiqəti təktərəfli olaraq ancaq doğurduğu hərə-kətlərin nəticələri və uğurları ilə dəyərləndirilən fəlsəfi təlim. müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan
PRAQMATİKA
PRAQSİOLOGİYA
OBASTAN VİKİ
Praqmatizm
Praqmatizm – həqiqətin meyarı kimi praktikaya əsaslanan fəlsəfi cərəyan. XIX əsrdə amerikalı filosof Çarlz Sanders tərəfindən əsası qoyulmuşdur. == Tarixi == Praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Pirsin yuxarıda adlarını göstərdiyimiz məqalələri işıq üzü görəndə diqqətdən kənar qaldılar. Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir. == Pirsin praqmatizmi == Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır.

Значение слова в других словарях

вы́красить гипертерми́я масо́нка нигили́стский опроме́тчивый выда́лбливать перепре́ть ребя́чливо тьмутарака́нь угрева́ться amorphism Bacchantic calico bush equivorous grogram potsy Scotch collops three-position tolite vacuum chamber virulence жесткокрылый кровохарканье солярий чаща