protopter
protosistem 2021
OBASTAN VİKİ
Protorenessans
Protorenessans (q.yun. πρῶτος — «erkən» и fr. Renaissance — «İntibah») — italyan mədəniyyəti tarixinin erkən Renassans dövrü. XIII-XIV əsr İtaliya mədəniyyətində güclü Bizans və qotik ənənələr fonunda yeni sənət xüsusiyyətləri təzahür etməyə başladı ki, bu da gələcək İntibahın başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü, məhz Protorenessans (daha doğrusu, Renessansa giriş kimi də başa düşmək olar, Protorenessans yunanca «ilkin deməkdir») adlandırırlar. İtaliyada bu dövr yalnız Toskana və Romada mövcud idi. İtaliya mədəniyyətində köhnə və yeni sənət cizgiləri bir-birilə çulğalaşırdı. «Orta əsrlərin son şairi və yeni dövrün ilk şairi» Dante Aliqyeri (1265-1321) İtalyan ədəbi dilini yaratdı. Onun başladığı işin ardıcılları XIV əsrdə görkəmli florensiyalılar F. Petrarka (13041374), C. Bokkaçço (1313-1375), məşhur memar və heykəltaraşlar Nikkolo və C. Pizano, A. Kambio və rəngkar Otto di Bondone idi. Memarlıqda İtaliya sənəti uzun müddət orta əsr ənənələrinin qanunlarına uyğun mövcud idi ki, bu əsasən qotika motivlərində daha aydıncasına görünürdü.