Vaja Pşavela
Vaja Pşavela (14 (26) iyul 1861 – 27 iyun (10 iyul) 1915, Tiflis) — Gürcüstan yazıçısı.
Vaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib.
Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq universitetinin hüquq fakültəsində dinləyici olub. Çox qısa müddət sonra kasıblıq ucbatından təhsilini yarımçıq qoyub geri vətənə qayıdıb. 1888-ci ildə o, adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.