QIRICI

1. прил. рекьидай, къена телефдай, къирмишдай (мес. зарар гудай пепеяр рекьидай дарманар ва мс); 2. прил. душмандин гимияр, самолётар ва мс. кукӀвардай, душмандин диверсантрихъ галаз ва мс. женг тухудай (мес. авиация, дестеяр, самолётар ва мс); 3. сущ. душмандин самолётар кукӀвардай зарб фидай самолёт, истребитель.
QIRXYARPAQ
QIRIQ
OBASTAN VİKİ
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırıcı təyyarə

Çoxməqsədli qırıcı
Çoxməqsədli qırıcı — müharibə zamanı fərqli məqsədlər üçün istifadə edilən döyüş təyyarələri. Bu cür qırıcılar havadan kəşfiyyat, hava sahəsinə nəzarət və radioelektron mübarizə, bombardman, yaxın hava dəstəyi kimi tapşırıqları yerinə yetirirlər.
Beşinci nəsil qırıcı
Beşinci nəsil qırıcı — 2016-cı il üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır. Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var. Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki, tam və dəqiq müəyyən olunmayıb. Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır. Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlərdə, ABŞ və SSRİ-də başlanılmışdı. Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır: F-22 (2005-ci ildə) və F-35B (2015). F-35-in A və C növlərinin, həmçinin PAK FA, HAL AMCA, Sukhoi/HAL FGFA, TAI-TFX, Chengdu J-20 və J-31 qırıcılarının üzərində işlər getməkdədir. == Beşinci nəsil qırıcıya olan tələbatlar == Beşinci nəsil qırıcıların əsas göstəriciləri: Radiolokasiyanın və İnfraqırmızı şüalanma dalğalarının köməyi ilə təyyarəni müəyyən etmək mühüm dərəcədə çətinləşir. Təyyarənin sensorları yüksək gizlilik və passiv iş rejiminə keçir. Çoxfunksiyalılıq.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
Qırıcı təyyarələr üçün NATO kod adları siyahısı
SSRİ və Çin istehsalı olan qırıcı təyyarələr üçün NATO kod adları
Gecə qırıcısı
Gecə qırıcısı, gecə və ya pis hava şəraiti zamanında istifadə edilə biləcək şəkildə yaradılmış qırıcı təyyarə növüdür. Gecə qırıcı təyyarələrindən Birinci dünya müharibəsi dövründən başlayaraq istifadə edilməyə başlanılmış və xüsusi ilə gecələr hərbi əməliyyatlar aparmaq üçün yaradılmış növləri özündə birləşdirmişdir.

Digər lüğətlərdə