Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Mahnıya Həsr olunmuş Həyat (1969)
Mahnıya həsr olunmuş həyat (film, 1969)
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir. Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur. Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
77-ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.
77 –ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875–2010). Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir. Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə (Sumqayıt)
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş monument (şəhər sakinləri arasında: "41-45-in abidəsi") — Sumqayıt şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş monumental abidə. 1985-ci ildə V. Nəzirov tərəfindən hazırlanmışdır. Yerli əhəmiyyətli abidədir. Abidə Sumqayıt şəhəri 45-ci məhəllə ilə 4-cü mikrorayonları arasında, Heydər Əliyev prospektində yerləşən parkda qoyulmuşdur. Abidənin ətrafında abadlaşdırılmış kiçik xiyaban mövcuddur.
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Bir həsrətin nəğməsi (film, 1997)
Bir həsrətin nəğməsi — qısametrajlı sənədli filmi rejissor Ziya Şıxlinski tərəfindən 1997-ci ildə çəkilmişdir. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. Azərbaycan filmlərinin siyahısı 1997-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı İzlə Bir həsrət nəğməsi "Səs" qəzeti. 5 oktyabr 2007. səh. 12.
Cəh-Cəh Həsrətində (1983)
Cəh-cəh həsrətində (film, 1983)
Elməddin Həsrətov
Elməddin Sərdar oğlu Həsrətov (21 may 1997; Qarasuçu, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Elməddin Həsrətov 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açmışdır. Subay idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elməddin hərbi xidmət müddəti bitəndə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Həsrətov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Hizbulla Gülsizin-Həsrətov-Kusinov
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.
Həsrət Cəfərov
Həsrət Valeh oğlu Cəfərov (5 oktyabr 2002, Goranboy) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-cü il Avropa Çempionatının qalibi. Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. 2018-ci ildə isə Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. 2019-cu ildə Həsrət Cəfərov iyulda Avropa Gənclər Olimpiya Festivalının qalibi olsa da, Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillədə başa vurdu. 2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına sahib olan Həsrət Cəfərov, iyulda Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatının, avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra Həsrət Cəfərov Dünya Çempionatlarında debüt elədi. Oslo şəhərində (Norveç) baş turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Həsrət Cəfərov turniri beşinci pillədə başa vurdu. Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib oldu. 2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Həsrət Hüseynov
Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı. 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. 1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.
Həsrət Həsənov
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin] H.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur. Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır. Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur.
Həsrət Ələsgərov
Həsrət Vahid oğlu Ələsgərov (8 fevral 2001; Aşağı Quşçu, Tovuz rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həsrət Ələsgərov 2001-ci il fevralın 8-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Həsrət Ələsgərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsrət Ələsgərov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsrət Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həsrətan (Xudafərin)
Həsrətan (fars. حسرتان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 796 nəfər yaşayır (157 ailə).
Səmaya mən baxıram, həsrət ilə yanıram
Səmaya mən baxıram, həsrət ilə yanıram (ukr. Дивлюся на небо та й думку гадаю) — sözləri 1841-ci ildə ukraynalı romantik şair Mixailo Petrenko tərəfindən yazılmış mahnı. 1903-cü ildə Lyudmila Aleksandrova tərəfindən bu şeirə musiqi bəstələnib. Musiqiçi, xormeyster və musiqi müəllimi olan Vladislav Zaremba bu mahnını vokal və piano ifasına uyğunlaşdırmışdır. Bu həm də kosmosda ifa edilən ilk mahnı hesab edilir. Belə ki, 12 avqust 1962-ci ildə Ukrayna əsilli ilk kosmonavt Pavel Popoviç "Vostok-4" sovet kosmik gəmisinin göyərtəsində bu mahnını oxumuşdur. Михайло Петренко: Життя і творчість (художні тексти, дослідження, документи). // Упорядники О. Є. Петренко, О. О. Редчук. Оформлення Д. О. Редчук. «Фенікс».
Üç min illik həsrət (film, 2022)
Əbülfəz Hüseyni (Həsrət)
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Üç min illik həsrət
Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris Elba və Tilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır. Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır. Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Kəsr
Kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, "kəsr" sözü "sınıq xətt" sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan "sınıq" termini Əl-Xarəzminin "Hesab" kitabından götürülmüşdür. Bu termin "kəsr" sözü əvəzində işlədilirdi və "qırmaq", "sındırmaq", "parçalamaq" və s. mənaları verən ərəbcə "kəsərə" sözündən alınmışdır. Azərbaycan dilində isə "kəsr" sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur. a və b natural ədədlər olarsa, a b {\displaystyle {\frac {a}{b}}} şəklində olan ifadəyə adi kəsr deyilir. a b {\displaystyle {\frac {a}{b}}} =a÷b a<b olduqda a b {\displaystyle {\frac {a}{b}}} kəsrinə düzgün kəsr deyilir.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.
Qəsr
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Yəsr
Yəsr (ərəb. يسر‎, fr. Issers) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 68 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 30 km cənub-şərqdə yerləşir. 2008 -ci ildə əhalinin sayı 32 580 nəfər idi.
Həşr Surəsi
59-cu surə
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Həsi Abdullayev
Həsi Abdullayev (25 dekabr 1910, Qaraağac, Qubadlı rayonu – 23 mart 1967, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1963), professor (1964). ADU-da baş müəllim (1941-1948, Bakı Ali Partiya Məktəbində kafedra müdiri (1945-1955) işləmiş, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan SSR EA Tarix İnstitutunda şöbə müdiri olmuşdur. Tədqiqatları Azərbaycan tarixinin son orta əsr dövrünün (18 əsr) öyrənilməsinə həsr edilmişdir. H. Abdullayev Azərbaycan-Rusiya münasibətləri tarixinin (XVIII əsrin ikinci yarısı) ilk tədqiqatçısıdır. Həsi Abdullayev 25 dekabr 1910-cu ildə Rusiya İmperiyasının Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa Pedoqoji Məktəbində oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol Məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedagoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir. H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Azərbaycan SSR EA-da elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSR Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur.
Həzr qəzası
Həzr qəzası (ərəb. قضاء الحضر‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi, inzibati mərkəzi Həzr şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 9.738 km² ərazini əhatə edir. İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Həzr nahiyyəsi (ərəbcə: ناحية الحضر) və Təl nahiyyəsi (ərəbcə: ناحية التل). 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həzr qəzasının əhalisi 49.420 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həzr qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 1.59%-ni təşkil edirdi.
Maqliç (qəsr)
Magliç (serb-kiril. Маглич) ― Serbiyada, Kralyevo şəhərindən təxminən 20 km məsafədə yerləşən 13-cü əsrə aid qəsr. Qəsr İbar çayının ətrafından döbdüyü, çaydan təxminən 100 m yüksəklikdə yerləşən təpənin üstündədir. Qala əvvəllər Böyük Morava vadisi ilə Kosovo-Pole şəhərlərini birləşdirən yeganə yolu qoruyurdu. Qəsrin adı seb dilində "duman" mənasını verən "Maqla" (serb-kiril. Магла) sözündən götürülüb. Maglič 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidələri" siyahısına daxil edilmişdir. Maqliç 13-cü əsrin ilk yarısında ya Stefan Nemaniç ya da oğlu I Stefan Uroş tərəfindən inşa edilmişdir. Qala iki mühüm monastırı: Sopoçani və Studenitsa monastırlarını qorumaq və gələcəkdə Serbiya torpaqlarına daha dərin monqol hücumunun qarşısını almaq üçün inşa edilmişdir. Serbiya imperiyası dövründə Magliç orada yaşayan məşhur aqioqraf və regioqraf olan baş yepiskop II Danilonun iqamətgahı idi.
Nəsr Surəsi
110-cu surə
Onluq kəsr
Onluq kəsr — həqiqi ədədləri ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0}{,}d_{-1}d_{-2}\ldots } şəklində göstərə bilən, kəsrlərin bir növü olmaqla, bir üsul sayılır. ± {\displaystyle \pm } — kəsr işarəsi: + {\displaystyle +} və ya − {\displaystyle -} , {\displaystyle ,} — onluq vergül, tam və kəsr hissələrinin ayrılmasını təmin edir, d k {\displaystyle d_{k}} — onluq ədədlər. Qeyd edək ki, ədədlərin vergülə qədər olan sırası (yəni vergüldən solda) sonlu sayda, ən azı bir rəqəm, vergüldən sonra isə (yəni vergüldən sağda) isə həm sonlu (xüsusi halda heç olmaya da bilər), həm də ki sonsuz ola bilər. Misallar: 123 , 45 {\displaystyle 123{,}45} (sonlu onluq kəsr) π ədədinin sonsuz onluq kəsrlə ifadəsi : 3,141 5926535897... {\displaystyle 3{,}1415926535897...} Onluq kəsrin qiyməti ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},d_{-1}d_{-2}\ldots } onluq ədəd olur, ± ( d m ⋅ 10 m + … + d 1 ⋅ 10 1 + d 0 ⋅ 10 0 + d − 1 ⋅ 10 − 1 + d − 2 ⋅ 10 − 2 + … ) , {\displaystyle \pm \left(d_{m}\cdot 10^{m}+\ldots +d_{1}\cdot 10^{1}+d_{0}\cdot 10^{0}+d_{-1}\cdot 10^{-1}+d_{-2}\cdot 10^{-2}+\ldots \right),} hansı ki sonlu və ya sonsuz sayda olan toplananların cəminə berabərdir. Onluq ədədlərin onluq kəsrlərlə göstərilməsi, tam ədədlərin onluq say sistemində ümumiləşmiş yazılışıdır. Onluq ədədin onluq kəsrlə ifadəsində, vergüldən sonrakı rəqəmlər olmur və beləliklə bu ifadə aşağıdakı kimi göstərilir ± d m … d 1 d 0 , {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},} hansı ki həmin ədədin onluq say sistemində yazılışı ilə üst-üstə düşür. Vergüldən sonra sonlu sayda rəqəm sayına malik olan onluq kəsr sonlu adlanır. ± a 0 , a 1 a 2 … a n {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots a_{n}} tərifə gorə bu kəsr belə bir rəqəm ifadə edir ± ∑ k = 0 n a k ⋅ 10 − k {\displaystyle \pm \sum _{k=0}^{n}a_{k}\cdot 10^{-k}} Məsələn:0,123;5,78;9,213 Sonsuz onluq kəsr ± a 0 , a 1 a 2 … {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots } tərifə görə, belə bir həqiqi ədədlə ifadə olunur. Sonsuz kəsrlərin yanında sonsuz sayda rəqəmlər olarsa bu sonsuz kəsrdir.məsələn 3,1266389904…..
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Qəsr-Qədir
Qəsr-Qədir (ərəb. قصر قدور‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir. Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir. Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C. 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi.
Qəsr (dəqiqləşdirmə)
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Qəsr (roman)
Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur. Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəsi diskussiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məktəb qulluqçusu kimi qalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır. Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır.
Qəsr (tikili)
Qəsr (ing. castle, alm. schloss, is. castillo, fr. chateau) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara) məxsus istehkam tikili.
Qəsr qənd
Qəsr qənd-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,826 nəfər və 1,586 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Umm-Kəsr
Umm-Kəsr (ərəb. أم قصر‎) — İraqın cənubunda, Bəsrə mühafəzəsində, Fars körfəzinə ən yaxın şəhər.1991-ci ildə Körfəz müharibəsində İraqla Küveyt arasında körpü rolunu oynayıb.
Əl-Həsa
Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء‎) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır.
Əl Nəsr
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
III əsr
III əsr — II əsrdən sonra və IV əsrdən əvvəlki əsr. Başlayır 200-ci ilin ilk günü və qurtarır 299-cu ilin son günü. İran, Orta Asiya və başqa qonşu ölkələrdə Mani təliminin yayılması. Mani dini təlimi digər dinləri əvəz etməli və ümumdünya dininə çevrilməli imiş.
II əsr
II əsr — 100-cü ilin ilk günündən sonra başlayır. İlk günü 100-cü ilin 1 yanvar tarixi, son günü isə 199-cu ilin 31 dekabrıdır. II əsrdən sonra isə III əsr gəlir.
Qəsr əl-Heyr əl-Qərbi
Qəsr əl-Heyr əl-Qərbi (ərəb. قصر الحير الغربي‎; mənası – "Qərbi rifah sarayı") — Suriyada, Hümsün şərqində ərəb qəsri. 727-ci ildə VI əsrə aid Bizans monastırının yerində tikilmişmişdir. Sarayın tikintisi zamanı Palmira xarabalıqlarından çıxarılmış sütunlar və digər dekorativ elementlərdən istifadə edilmişdir. Hal-hazırda xarabalıqdır, qala yerində tapılan freskalar, stükko relyeflər, heykəltəraşlıq parçaları Dəməşq Milli Muzeyində yerləşdirilmişdir.
I əsr
I əsr — İlk günü 1 yanvar tarixi, son günü isə 99-cu ilin 31 dekabrıdır. I əsrdən sonra isə II əsr gəlir. Albaniyada hakimiyyətin yerli hökmdarların əlinə keçməsi. Albaniya hökmdarları Roma ilə diplomatik əlaqələr saxlayır, xarici siyasətdə ona meyil edirdilər.
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Elektron nəşr
Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.). Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar, elektron məqalələr və göstəricilər, yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
HESA Azarakhsh
HESA Azarakhsh (fars. آذرخش‎ Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər. Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır. 1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir. 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır. 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
HESA Saeqeh
HESA Saeqeh (fars. : صاعق‎ azərb. : “ildırım”‎), həmçinin Sa'eqeh; Saegheh, və ya Saeqeh-80, adı ilə də tanınır. ABŞ istehsalı olan təkoturacaqlı Northrop F-5 reaktiv qırıcı hərbi təyyarəsinin İran versiyasıdır. Təyyarə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyinin ortaq məhsulu olub, HESA Azarakhsh qırıcısının ikinci nəsilidir. Saeqeh 20 sentyabr 2007-ci ildə İranda uğurla sınaqdan keçirilmişdir. Reaktiv təyyarənin ilk prototipinin sınaq uçuşunun görüntüləri 2004-cü ilin iyul ayında nümayiş etdirilmişdir. İran İslam Respublikasının Xəbərlər Şəbəkəsində verilmiş bir məlumatın mərkəzi Vaşinqton şəhərində yerləşən Yaxın Şərq üzrə Media Tədqiqatları Mərkəzinin etdiyi tərcüməyə görə, Saeqeh 6 sentyabr 2006-cı ildə İranda təşkil edilmiş olan “Zülfüqarın zərbəsi” adlı hərbi xarakterli oyunlarda iştirak edərkən fəaliyyətə başlamışdır. 19 avqust 2006-cı ildə başlayan bu təlimdə, yeni qırıcı “virtual düşmən hədəflərini bombalama missiyası” və “saxta bombalama missiyası” olaraq xarakterizə edilən vəzifələri həyata keçirmişdir. Daha əvvəl nümayiş etdirilənlərdən fərqli görünən iki prototip 20 sentyabr 2007-ci ildə Tehranın Mehrabad hava limanında uçuş keçirmişdir.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.
Heer (Vermaxt)
Nasist Almaniyası Quru Qoşunları (alm. Heer‎; azərb. Ordu‎) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlusdan sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Lüftvaffe) silahlı qüvvələri ilə birləşərək Vermaxt adlandırıldı.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Herr Manneliq
Herr Manneliq (həmçinin Bergatrollets frieri) orta əsrlərə aid İsveç xalq balladası. Bir dişi dağ trollu cəngavər cənab Manneliqə (İsveç dilində: Herr Mannelig) onunla evlənmək təklif edir və bunun müqabilində bir çox dəyərli hədiyyələr və gözəl həyat söz verir. Əgər Manneliq təklifi qəbul edərsə, troll insana dönə biləcək. Amma Manneliq trollun xristian olmaması səbəbindən bu təklifdən imtina edir. Təklifi qarşılıqsız qalan troll yaşadığı evinə qapanır və ağlayır. Onun ağlaması ilə dağlar sarsılır, ağaclardakı quşlar trollun yanına gəlir və onunla birlikdə ağlayırlar, amma trollun göz yaşları da cavabsız qalır.
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
Hess qanunu
Hess qanunu — 1836-cı ildə Hess tərəfindən təcrübi nəticələrə əsasən termokimyanın əsas qanunu kəşf edilmişdir. Hess qanunu həmçinin reaksiya istilikləri cəminin sabitliyi qanunu da adlanır və aşağıdakı kimi istifadə olunur: — reaksiyanın istilik effekti prosesin yolundan (aralıq mərhələlərdən) asılı olmayıb, yalnız sistemin başlanğıc maddələr və reaksiya məhsullarının təbiətindən və halından asılıdır. Hess qanunu izoxor-izotermik və izobar-izotermik şəraitdə gedən reaksiyalar üçün doğrudur. Bu qanun termodinamikanın birinci qanunundan əvvəl kəşf edilməsinə baxmayaraq onun riyazi nəticəsi olub, termokimyanın nəzəri əsasını təşkil edir. CH 4 ( q ) ⟶ C ( q ) + 4 H ( q ) {\displaystyle {\ce {CH4 (q) -> C (q) + 4H (q)}}} ; △H= 1664 kC/mol Bu qanundan müxtəlif termokimyəvi hesablamalardan istifadə olunur. Hess qanunu proseslərin istilik effektlərini təcrübi nəticələr olmadıqda və hətda onların ölçülməsi mümkün olmayan şəraitlərdə hesablamağa imkan verir. bu nəyinki kimyəvi proseslər, həm də həllolma, buxarlanma, sublimasiya, kristallaşma və s. proseslərədə aiddir. Bu qanunun tətbiqi istilik effektinə qoyulan tələblərin dəqiq ödənilməsini tələb edir. Termokimyəvi hesablamalar termokimyəvi tənliklərin köməyi ilə aparılır.
Heşi (İran)
Heşi (fars. هشي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (41 ailə).
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.