QIRMIZ

сущ.
1. см. qırmızböcəyi
2. кармин (ярко-красная краска)
QIRMAVARİ
QIRMIZBÖCƏYİ
OBASTAN VİKİ
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir. Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.
Hindistan Qırmızı Xaç Cəmiyyəti
Hindistan Qırmızı Xaç Cəmiyyəti (ing. Indian Red Cross Society, IRCS) — insan həyatını və sağlamlığını qorumaq üçün Hindistanda yerləşən könüllü bir humanitar təşkilatdır. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyətin missiyası fəlakətlərə / fövqəladə hallara və həssas insanların və icmaların sağlamlığına və qayğılarına yardım etməkdir. Hindistanda 700-dən çox filial şəbəkəsi var. Cəmiyyət Qırmızı Xaç emblemini digər beynəlxalq Qırmızı Xaç cəmiyyətləri ilə vahid bir emblem kimi istifadə edir. Könüllülük, 1920-ci ildə qurulduğu gündən etibarən, Hindistan Qırmızı Xaç Cəmiyyətinin əsas diqqət mərkəzində olmuşdur, cəmiyyətin "Gənclik" və "Yeniyetmələr" adlı könüllülük proqramları mövcuddur. Cəmiyyət, Hindistandakı Müqəddəs Con Ambulansı ilə yaxından əlaqələndirilir. Birinci dünya müharibəsi dövründə Hindistanda yaralanan əsgərlər üçün yardım xidmətləri qurumları, Birgə Müharibə Komitəsinin şöbəsi tərəfindən, Müqəddəs Con Ambulans Assosiasiyası ilə Britaniya Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq etdi. 3 mart 1920-ci ildə Sir Klod Hill tərəfindən Hindistan Qanunvericilik Şurasına Britaniya Qırmızı Xaç Cəmiyyətindən müstəqil olaraq fəaliyyət göstərən Hindistan Qırmızı Xaç Cəmiyyəti yaratmaq üçün bir layihə təqdim edildi.
Macarıstanda Qırmızı terror
Macarıstanda Qırmızı Terror (mac. vörösterror) — 1919-cu ildə yaradılmış olan Macarıstan Sovet Respublikasının dörd ay davam etmiş hakimiyyəti dövründə antikommunist şəxslərə tətbiq edilən qırmızı terror. Sovet Rusiyasında həyata keçirilmiş olan Qırmızı terror ilə həm məqsəd, həm də təsir baxımından eyni olduğuna görə eyni ad ilə adlandırılmışdır. Qısa bir zaman sonra Rusiyada olduğu kimi kommunistlərə qarşı ağ terror başladılmışdır. İqtidara gələn Kommunistlər, iqtidara gəlmələrindən iki ay sonra Macarıstanın sərhədlərini Birinci Dünya müharibəsindən əvvəlki halına qaytarmağa çalışdılar. Birinci olaraq Çexoslovakiyaya girdilər. Slovakiyaya girərək burada Slovak Sovet Respublikası adlı dövlət yaratdılar. Hücumun uğursuz olmasından sonra Rumıniyaya aid olan, ancaq Macar əhalinin üstünlük təşkil etdiyi Transilvaniyayı geri almaq üçün hücuma başladılar. Ancaq bu hücumda uğursuzluğa düçar oldu. Bu uğursuzluqlar xalqın kommunistlərə olan dəstəyinin azalmasına səbəb oldu.
Mahsun Qırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Moldova Qırmızı Kitabı
Moldova Qırmızı Kitabı — Moldova Respublikasında yox olmaq təhlükəsində olan heyvan, bitki və göbələklər. Moldova Qırmızı Kitabına daxildir: 117 - bitki növü. 9 - göbələk növü. 116 - heyvan növü. Onlarda 14-ü məməlilər, 39-u quşlar, 8-i sürünənlər sinfinə daxildir. 12 - balıqlar. 37 - həşəratlar təşkil edir.
Mənim adım qırmızı
Mənim adım qırmızı (Benim adım kırmızı) Nobel mükafatı sahibi Orxan Pamukun 1998-ci ildə yazdığı roman. Mənim adın qırmızı romanında hadisələr 1591-ci ildə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda cərəyan edir. Saray xəttat və nəqqaşları gizlicə sultanın əmri ilə hazırlanan bir kitab üçün Avropa təsirli rəsmlər çəkillər. Romanın əsas qəhrəmanı sənətkarları evində saxlayan evin qızı Şeküre və ona aşiq olmuş xalası oğlu Karadır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Mənim adım qırmızı romanının özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar. • "My Name is Red" : Erdağ M. Göknar, Nyuyork: Knopf, 2001 (İngiliscə). • "Mənim Adım Qırmızı"Türkcədən tərcümə edən Nəriman Əbdurrəhmanlı : [Bakı] 2007 (Azərbaycanca) • "Mon nom est Rouge" : Türkcədən tərcümə edən: Gilles Authier, Paris : Gallimard, 2001 (Fransızca). • "Rot ist mein Name" Türkcədən tərcümə edən: Ingrid Iren, Münih : Hanser, 2001 (Alman dili). • "Me llamo Rojo" Türkcədən tərcümə edən: Rafael Carpintero, Madrid, Alfaguara, 2003 ISBN 84-204-6618-2 (İspan dili).
No 1 (kral qırmızısı və mavi)
No. 61 (pas və mavi) (ing. No. 61 (Rust and Blue)) — rus-amerikalı abstrakt ekspressionist rəssam Mark Rotko tərəfindən 1954-cü ildə çəkilmiş rəsm əsəri. Rəng sahəsi üslubu ilə çəkilmişdir. 2012-ci ilin noyabrında bu rəsm əsəri Sotbis hərracında 75,1 milyon ABŞ dolları qarşılığında satılmışdır.
Pakistan Qırmızı Aypara Cəmiyyəti
Pakistan Qırmızı Aypara Cəmiyyəti — Pakistanlılar üçün təcili tibbi yardım və xilasetmə xidmətləri təmin edən bir təşkilat. Cəmiyyət 1947-ci ildə Pakistanın müstəqilliyindən sonra Saloni Malikin rəhbərliyi altında Pakistan Qırmızı Xaç Nizamnaməsi adı altında yaradılıb. Daha sonra adı Qırmızı Aypara Cəmiyyəti kimi dəyişdirildi. Onun mərkəzi İslamabaddadır. Pakistan Qırmızı Aypara Cəmiyyəti yemək, təmiz su və müalicə xidmətləri daxil olmaqla dəstək xidmətləri təmin etməklə milyonlarla pakistanlıya xəstəlik və fəlakətlərin aradan qaldırılmasında yardım edir. 2010-cu ildə Pakistan tarixində ən böyük daşqınların baş verdikdən sonra Pakistan Qırmızı Aypara Cəmiyyəti yerli pakistanlıları su və ərzaqla təmin etdi. Onlar bu hadisə zamanı Qırmızı Xaç cəmiyyətləri ilə güclərini birləşdirərək daşqının səbəb olduğu fəlakətləri aradan qaldırmaq üçün 100 min dollar yardım göstərdilər. 2014-cü ildə Sind əyalətində Pakistan Qırmızı Aypara Cəmiyyəti JDC Rifah Təşkilatı ilə birgə Karaçi şəhərində Aşura günü ilə əlaqəli iki gün davam edən tibbi düşərgə təşkil edərək həkimlər, paramedikal heyət və könüllülər təmin edərək 300-ə yaxın adamın tibbi yardım göstərdi.
Petya və Qırmızı Papaq (cizgi filmi, 1958)
Petya və Qırmızı Papaq — 1958-ci ildə çəkilmiş sovet cizgi filmi.
Qafqaz Qırmızı Ordusunun Hərbi İnqilab Komitəsi
Qafqaz Qırmızı Ordusunun hərbi inqilab komitəsi - Oktyabr inqilabından (1917) sonra Qafqazda qalmış rus ordusunun parçalanmasının qarşısını almaq onun bu regionda bolşevizmin dayağına çevrilməsini təmin etmək məqsədilə bolşeviklərin rəhbərliyi ilə təşkil edilmiş hərbi-siyasi qurum. Bu qurum Qafqaz ordusunun 1917 il dekabrın 10-dan 23-dək Tiflisdə çağırılmış ikinci diyar qurultayından sonra meydana gəlmişdi. Həmin qurultayın çağırılmasında da məqsəd ordunun siyasiləşməsinə, onun bolşevizmin xidmətinə cəlb olunmasına, region xalqlarının milli azadlıq hərəkatına qarşı istifadə edilməsinə nail olmaq idi. Bolşeviklər məqsədlərinə yetişmək üçün ciddi hazırlıq işləri apardılar, yerli xalqların milli azadlıq hərəkatının qarşısını almaq üçün əsgərlər arasında şovinizm təbliğatını gücləndirdilər. 1917 il noyabrın 30-da RSDF(b)P Qafqaz Diyar Komitəsi qurultayla bağlı Qafqaz ordusunun əsgərlərinə müraciət edərək, onlan bolşevik nümayəndələrinə səs verməyə çağırdı. Nəticədə, Qafqaz ordusunun 2-ci diyar qurultayının nümayəndələri arasında bolşeviklər və bolşevikpərəstlər üstünlük təşkil etdilər. Onların sayı 160-a yaxın idi. Bu nümayəndələrin üstünlüyü ilə qəbul edilmiş qərarda Zaqafqaziya komissarlığının yaradılması pislənilir, çağırılacaq Müəssislər məclisinin qərarlarının bolşevikpərəst olmayacağı halda, onların boykot ediləcəyi bildirilirdi. Qafqaz ordusunun diyar şurasına seçkilər də bolşeviklərin azacıq üstünlüyü ilə başa çatdı. Diyar Şurasının 100 üzvündən 52-si bolşevik meylli, 48 nəfəri isə bolşevizmə əks olan və daha çox regionun milli azadlıq hərəkatı tərə- findən müdafiə olunan nümayəndələr idi.
Qanlı çay və qırmızı sap (animasiya)
Qanlı çay və qırmızı sap (ing. Blood Tea and Red String) — ailəvi cizgi film, 2006-cı ildə Kristiana Seqavske tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi filmində möcüzələr ölkəsində hündür bir palıd ağacında yaşayan qarğaya bənzər məxluqların hazırladıqları marionet kukla üstündə onlarla düşmən kəsilən siçanlar haqqda rəvayət edir. "Stop-mouşn" (ing. Stop-motion) üsulu ilə yaradılmış animasiya filmini K.Seqavske böyüklərin izləmələri üçün hazırlandığını bildirmişdi. Bu film digərlərindən heç bir dialoq və monoloqların olmaması ilə diqqəti cəlb edir, burada səslənilən musiqiləri isə bəstəkar Mark Qrouden bəstələyib. Böyük və hündür palıd ağacının içində dörd qarğaya bənzər canlı yaşayır. Bir gün onların evinə 3 ağ siçan qonaq gəlir. Siçanlar bir qadının portreti əsasında gözəl kukla hazırlamaları üçün onlara pul verərək bu işin vaxtında həll olunmasını tapşırırlar.
Qanlı çay və qırmızı sap (cizgi filmi, 2006)
Qanlı çay və qırmızı sap (ing. Blood Tea and Red String) — ailəvi cizgi film, 2006-cı ildə Kristiana Seqavske tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi filmində möcüzələr ölkəsində hündür bir palıd ağacında yaşayan qarğaya bənzər məxluqların hazırladıqları marionet kukla üstündə onlarla düşmən kəsilən siçanlar haqqda rəvayət edir. "Stop-mouşn" (ing. Stop-motion) üsulu ilə yaradılmış animasiya filmini K.Seqavske böyüklərin izləmələri üçün hazırlandığını bildirmişdi. Bu film digərlərindən heç bir dialoq və monoloqların olmaması ilə diqqəti cəlb edir, burada səslənilən musiqiləri isə bəstəkar Mark Qrouden bəstələyib. Böyük və hündür palıd ağacının içində dörd qarğaya bənzər canlı yaşayır. Bir gün onların evinə 3 ağ siçan qonaq gəlir. Siçanlar bir qadının portreti əsasında gözəl kukla hazırlamaları üçün onlara pul verərək bu işin vaxtında həll olunmasını tapşırırlar.
Qara-qırmızı ağac
Qara-qırmızı ağac — özünü balanslaşdıran ikili ağac. Bu ağacın hər bir qovşağı özündə əlavə rəng göstərən bit saxlayır. Rəng bitləri ağaca yeni qovşaq əlavə etdikdə və ya ondan mövcud qovşağı sildikdə, ağacın təqribən balanslı qalmasını təmin etmək üçün istifadə edilirlər. Bu tipli ağaclarda balans onların qovşaqlarını rəngləməklə (adətən, şərti olaraq qırmızı və qara) təmin edilir. Rəngləmə qaydası elə seçilir ki, bütövlükdə rənglər verilən ağacın balansının pozulmasını məhdudlaşdırır. Hər dəfə ağacı redaktə edildikdə, rəngləmə prosessi yenidən yerinə yetirilir ki, ağacın əvvəlki balansını təmin edən xassələr qorunsun. Bu xassələri xüsusi qaydada hazırlamaqla redaktə edilmiş ağacda rəngləmə prosessinin sürətli olmasını təmin etmək mümkündür. Qara-qırmızı ağaclarda balans ideal olmasa da, o O ( log ⁡ n ) {\displaystyle O(\log n)} zamanda axtarışa təminat verir. Burada n ağacın qovşaqlarının sayıdır. Bundan başqa yeni qovşağın yaradılması, silinməsi və ağacın yenidən rənglənməsi mürəkkəbliyi də O ( log ⁡ n ) {\displaystyle O(\log n)} ilə məhduddur.
Qırmızı Ordu Ansamblı (1937)
Film XI Qırmızı Ordu ansamblının hərbi hissələrdə əsgərlər qarşısında konsert proqramları ilə çıxışlarından söhbət açır.
Qırmızı Ordu Ansamblı (film, 1937)
Film XI Qırmızı Ordu ansamblının hərbi hissələrdə əsgərlər qarşısında konsert proqramları ilə çıxışlarından söhbət açır.
Qırmızı Ordu Fraksiyası
Qırmızı Ordu Fraksiyası (ing. Red Army Faction, ilkin mərhələlərdə Baader-Meinhof Group) — Qərbi Almaniyanın ən məşhur sol yönümlü militant qrupu. 1970-ci ildə Andreas Baader, Gudrun Enslin, Horst Mahler, Yan-Karl Raspe, İmgrad Möller və başqaları tərəfindən formalaşdırılmışdır. Onların aralarında Ulrike Meinhof da var idi. Qırmızı Ordu Fraksiyası Avropada bu formatda yaranmış ilk birlik idi. 60-ci ilər tələbə hərəkatlarından və üsyanlarından sonra tam formalaşmış ardıcıl təşkilata çevrildi. Pasifist xarakterli hadisələr 1968-ci ilin mayında Parisdə başlasa da, solun – şəhər gerillası modelində triumfu QOF(RAF) oldu.
Qırmızı Ordu boğazı
Qızıl Ordu boğazı rus. Прoлив Красной Армии - Oktyabr İnqilabı adasını Komsomoles (ada) və Pioner adalarından ayırır. Şimal Buzlu okeana daxil olan Kara dənizində yerləşir. Uzunluğu 110 km., eni 10–18 km., dərinliyi 460 m. təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. İl boyu buzla örtülü olur və təsadüfü vaxtlarda buzdan azad olur. Boğazda Mostovıy, Kaştanki,Vısokiy, Otkritıy və İzvestnyanovıy adaları, Kammunar, Sedova arxipelaqları vardır. Sahillərində Poslednıy, Kommunar, Yunost, Obristıy (Komsomoleç), Ojidanıy Korrenıy (Pioner), Qvardeycev, Starıy, Oktyabrski, Sovetski, Serp i Molot (Oktyabr İnqilabı) burunları vardır. Mərkəzi hissədə Yunıy boğazı yerləşir.
Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946)
Filmin ayrı-ayrı epizodları Təbrizdə, Xoyda çəkilmişdir. Kinolentdə Sovet ordusu hissələrinin təntənə ilə İrandan Vətənə yola salınması mərasiminə həsr olunmuşdur. Rejissor: M.Slavinskaya Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov Musiqi Tərtibatı: D.Blok Səs operatoru: D.Ovsyannikov Montaj Rejissoru: M.Slavinskaya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Qırmızı Ordunun Onilliyi (1928)
Film Sovet Ordusunun yaranmasının on illiyinin Azərbaycanda bayram edilməsindən danışılır.
Qırmızı Ordunun onilliyi (film, 1928)
Film Sovet Ordusunun yaranmasının on illiyinin Azərbaycanda bayram edilməsindən danışılır.
Qırmızı Oxlar
Red Arrows (azərb. Qırmızı Oxlar‎) - Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1965-cü ildə, Kral Hərbi Hava Qüvvələri tərəfində maliyyələşdirilən qeyri-rəsmi komandaların əvəzinə yaradılıb. Öncədən komanda uçuşlar üçün əvvəllər Yellowjacks-a məxsus olan Folland Gnat təyyarələrindən istifadə edirdi. 1968-cı ildə şouda istifadə olunan təyyarələrin sayı doqquza qədər artırıldı. 1979-cu ildən etibarən komanda aviaşoular üçün BAE Hawk təyyarəsi istifadə edir. 29 avqust 2022: Aviaşouda quş dəstəsinə tuş gələn təyyarənin füzelyajı deşilib. Pilot təyyarəni yerə endirə bilib.
Qırmızı Professorlar İnstitutu
Qırmızı Professorlar İnstitutu (QPİ)- partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlərin hazırlanması üçün (Sov. İKP MK) Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi ali təhsil müəssisəsidir. RSFSR Xalq Komissarları Sovetinin11 fevral 1921-ci il tarixli "Qırmızı professorların hazırlanması üçün institutlarının yaradılması haqqında" fərmanına uyğun olaraq yaradılmışdır: "1. Moskvada və Petroqradda respublikanın ali məktəblərində nəzəri iqtisadiyyat, tarixi materializm, ictimai formaların inkişafı, müasir tarix və sovet quruculuğunun tədrisi üçün qırmızı professorların hazırlanması üçün institutlar yaradılsın. 2. Qırmızı Professor İnstitutlarında Moskva üçün 200 və Petroqrad üçün 100 işçi sayı təyin edilsin. 3. Xalq Təhsil Komissarlığına göstərilən institutları təcili olaraq təşkil etməyə başlamaq tapşırılsın. 4. Bütün Sovet qurumları bu institutların erkən təşkilində Xalq Təhsil Komissarlığına hər cür kömək göstərməyə cəlb edilsin." Müəllim çatışmazlığı səbəbindən 1921-ci ilin oktyabrında yalnız Moskvada açılmışdır.
Qırmızı Qala (Hindistan)
Qırmızı Qala — Yeni Dehli şəhərinin şimal-şərqindəki bölgədə, Chandni Chowk-un yaxınlığındadır. Qırmızı Qala, ya da Lal Qilanın adı, divarlarını inşa etməsində istifadə edilən qırmızı qum daşından gəlir. Ancaq içəridəki saraylar və qəbul salonları qiymətli materiallardan düzəldilmişdir. Qala 1638 - 1648 illəri arasında Monqol İmperatoru Şah Jehanın zənginliyini təbrik etmək adına keçirildiyi üçün, inşasında mərmər, gümüş və qızıl kimi zinətlər müsrifçə istifadə edilmişdir. Gözlənildiyi kimi, bu sərvətin böyük qismi illər içərisində itmiş və bəzi orijinal binalar dağıdılmışdır. Yenə də geridə qalanlar, Monqol İmperiyasının kulminasiya nöqtəsində olduğu zamanlar nə qədər güclü olduğuna dair ipucu verir. Şah Jehan, xatirəsinə Tac Mahalı inşa etdirdiyi arvadının ölümündən sonra, imperiyanın paytaxtını Agra-dan Dehliyə, ya da başlı başına bir kral şəhəri olan Qırmızı Qalanı tikdirdiyi Shahjehanabad adlı yeni şəhərə köçürmək istədi. Monqol saraylarının standart faktorları, Diwan-i-am və Diwan-i-khas adlarını daşıyan iki qəbul salonu idi. İlkində, xalqla imperator bir araya gəlir, ikincisində isə xüsusi toplantılar keçirilirdi. Bu gün hər ikisi də Qırmızı Qalada görülə bilər.
Qırmızı Qatar (1993)
"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir. Film 2 seriyalıdır. Ssenari müəllifi : Hafiz Fətullayev Quruluşçu rejissor : Hafiz Fətullayev Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov Quruluşçu rəssam : Bəxtiyar Nəzərov Bəstəkar : Yevgeni Şiryayev Səs operatoru : İlkin Kayumov Geyim rəssamı : Mehriban Əfəndiyeva Həsən Məmmədov-Həkim Şəhidə-Pərvinə Rüstəm Urazayev-Pərvin Fuad Poladov-Laber Telman Adıgözəlov-Sısqa oğlan Viktor Pavlenko-Lebi Səyavuş Aslan-Nixes Nikolay İvanov-Qomis Tamara Şakirova-Qomisin arvadı Ulmas Əlixocayev-Turan Mətlubə Əlimova-Gözəl Mixail Kaminski-Zoba Xocaəkbər Nurmatov-Anim Hafiz Fətullayev-Sivi Yelena Orrik-Akimin arvadı "Rimur" Konserni Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Qırmızı Qazax malı
Qırmızı Qazax malı — Azərbaycanda yetişdirilən xalq seleksiyasının məhsulu olan iribuynuzlu heyvan cinsi. Rəngi qızılı qırmızı, bəzən də tünd qırmızıdır. Möhkəm bədən quruluşuna sahib, mütənasib gövdə quruluşuna, normal yelin formasına malikdir. Çətin iqlim şəraitinə dözümlülüyü və normal bala verməsi ilə fərqlənir. Laktasiya ərzində inəklərin süd məhsuldarlığı 1900-2000 kq, südünün yağlılığı isə 3,7 3,9 % olur. İnəklərdə diri çəki 380-400 kq, buğalarda isə 450-500 kq olur. Cavan malın təmiz ət ümumi bədən kütləsindən 50 faizdən yüksək olur. Qırmızı Qazax malı çox az miqdarda Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarının fermer təsərrüfatlarında qalmışdır.

Digər lüğətlərdə