E.ə. təxminən 1200-cü ildə başlayan Troya müharibəsindən qabaq yunan gəmiləri Troya yaxınlığındakı boğazlar vasitəsilə Qara dənizə keçməyə cəsarət edirdi. Qara dənizin uzaq sahillərində, qədim əfsanəyə görə, qızıl qoyun dərisi saxlanılan Kolxida yerləşirdi. Kolxidanın o tayında isə əfsanəvi Qafqaz dağı ucalırsı. Kolxidanın əsas çayına yunanlar Fasis deyirdilər. E.ə. VIII əsrdə yunan şəhəri olan Miletdən gələn insanlar bu çayın mənsəbində özlərinə məskən salıb buranın da adını Fasis qoydular. Bu çayın müasir adı Rionidir və Gürcüstanın əsas çayıdır. Rioninin mənsəbində Poti şəhəri yerləşir.
Qara dəniz sahillərindən Yunanıstana parlaq rəngi və uzun quyruğu olan bir quş gətirdilər. Şərqdən gələn hər bir şey kimi bu quşa da valeh olan yunanlar onun adını “phasianos”, yəni Fasisdən olan quş qoydular. Bu söz ingilis dilinə fransız dilindən bir az təhrif olunaraq keçdiyindən indi bu quşa “pheasant”, yəni “fazan” deyirik. (Ayzek Azimov. Sözlərin tarixi)