qəbilə-tayfa

qəbilə-tayfa
qəbilə
qəbillər 2021
OBASTAN VİKİ
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Bidri (qəbilə)
Bidri (türk. Bıdri) — əsasən Türkiyədə Qozluq və Sasonda yaşayan ərəb qəbiləsi. == Dili == Qəbilənin danışdığı ərəb dialekti Türkiyənin Şanlıurfa, Mardin və Hatay vilayətlərində, eləcə də ərəb dünyasında danışılanlardan əhəmiyyətli dərəcədə fərqlidir və başa düşülən deyil. == Tarixi == Regionda yaşayan ərəblər ermənilər ilə birgə yaşasalar da, sonda bir neçə tayfa istisna olmaqla, əksəriyyəti ermənilərin qırğınında iştirak etmişdilər.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
Nəxə (qəbilə)
Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə islam fəthlərində iştirak etmişdilər. Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeys və İbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var. Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.
Əd (qəbilə)
Əd Kavmi vəya Əd (Ərəbcə: عاد) İslam dinin müqəddəs kitabı Quranda keçən və Nuh Kavmi kimi Allahın qəzabına uğrayaraq yox olan qədim bir Ərəb qəbiləsidir. Kavmin atası olan Əd, Nuhun nəvələrindən Avsın oğludur. Avsın atası İrəm, onun atası Nuhun oğlu Samdır. Tarixi gerçəkliyi haqqında hərhansı hərhansı bir sənəd tapılmayan topluluq, günümüzdə vəya keçmişdə hərhansı bir millət ilə tam bir formada əlaqələndirilməməktədir. Quranda özlərinə öz qəbilələrindən olan Hudun peyğəmbər olaraq göndərildiyindən bəhsedilir. Kavmin yaşadığı yer, qum təpələri anlamına gələn Ahkaf olaraq adlandırılmışdır. Quranda əl-Fussilət surəsi 15. ayətdə keçməkdədir. Əd Kavmindən Quran təfsirlərində yüksək binalar inşa edən, yüksək abidələr tikən və bu etdikləri işin özlərini ölümsüz qılacağını Zənnedən bir qövm olaraq bəhsedilir. Qurana görə yaradılmış ən gözəl şəhər, Əd Kavminin saldırdığı İrəm şəhəridir.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Milanlı (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər. Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir.
Milli (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər. Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir.
Məsqət tayfa
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Qacarlar (tayfa)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Rafadan Tayfa
Su (tayfa)
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər. Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir.
Zilanlı (tayfa)
Zilanlı (kürd. Zîlanlî) — Azərbaycanda kürddilli tayfa ittifaqı. Rusiya-İran müharibəsindən (1826-1828) sonra zilanlılar İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar. Azərbaycanın Qubadlı rayonunda eyniadlı kənd mövcuddur. Zilanlı tayfa ittifaqının köçü ilk öncə Arazboyu ərazilərə olmuşdur. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan qəzasına köçmüşdür.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı "Məhsul" olub. "İmarət" tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. "İmarət" təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub. "İmarət tayfa" azad azarkeş qrupu 2009-cu ildə yarandı. "Qarabağ"ın tribunasında onsuz da, azarkeşlər vardı.
Məsudlar(tayfa)
Balaban (tayfa)
Balaban və ya Balabanlı — Türkiyənin Mərmərə, Egey, Mərkəzi Anadolu və Şərqi Anadolu bölgələrində yaşayan tayfası. Onların Əfşar boyundan olduğu da iddia edilir. Onlar XVI əvvəllərindən bəri Osmanlı daxilində ələvi tayfası kimi tanınırlar. Balaban tayfası Xorasan mənşəlidir. == Etimologiyası == "Balaban" farsmənşəli sözdür.
Qoçgiri (tayfa)
Qoçgiri — Türkiyədə daha çox Sivasın İmranlı və Zara rayonlarında, eyni zamanda Kayseri, Tunceli, Ərzincan və Qəhrəmanmaraş vilayətlərində yaşayan zaza tayfası. Onlar kurmanc dilində danışır və ələvi inanclıdırlar. Bu tayfa İranın Xorasan regionundan gəlmişdir, həmçinin onların mənşəcə türkmən olduğu güman edilir. Tayfa ən çox 1921-ci ildə Türkiyə əleyhinə qaldırılan Qoçgiri üsyanı ilə tanınır. Onlar Türkiyədə Sivasın İmranlı rayonuna bağlı kəndlərdə, eləcə də Zara başda olmaqla digər rayonların və digər vilayətlərin sərhədləri daxilində yaşayır. Tayfa başçıları Alişan və Heydər bəyin dəstəyi ilə 1921-ci ilin mart ayında Sivasda başlayan Qoçgiri üsyanı 11 aprel 1921-ci ildə Ankara hökumətinin həyata keçirdiyi əməliyyat ilə qısa müddətdə sona çatmışdır. Üsyan Nurəddin Paşa və Topal Osmanın başçılığı altında Girəsun Abazalı Könüllü Alayları tərəfindən yatırılmışdır.
Bucaq (tayfa)
Bucaq — Şanlıurfanın Sivərək və Hilvan rayonlarında məskunlaşmış zaza tayfası. 60 kənd var. Əhalisi 150 min nəfərdən ibarət olan tayfa XIX əsrin əvvəllərində Diyarbəkirdən Siverekə köçmüşdür. Şeyx Səid üsyanında dövlətin tərəfinə keçmişdilər. Onlar PKK ilə mübarizədə Türkiyənin yanında olmuşlar. Sədat Bucaq tayfanın tanınmış adları arasındadır.
Həsənan (tayfa)
Həsənan (kürd. Hesinan) — Kürdüstan regionunun müxtəlif yerlərində yerləşən kürd tayfası. Bu tayfanın ən böyük hissəsi Türkiyə Kürdüstanında yaşayır. Həsənan tayfası 1937-ci ildə Dersim üsyanında iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Agha, Shaikh and State: The Social and Political Structures of Kurdistan, Martin van Bruinessen The Kurds: A Contemporary Overview, Philip G. Kreyenbroek, Stefan Sperl == Xarici keçidlər == "Şêx Seîd's revolt" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF), about the Sheikh Said rebellion. "Assyrians and Syriacs during World War I".