QƏBİRİSTAN

\[ər. qəbr və fars. ...stan\] сущ. сурар, сурар авай чка (кьейибур кучукдай чка).
QƏBİREŞƏN
QƏBİRİSTANLIQ
OBASTAN VİKİ
Kensay qəbiristanlığı
Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir. == Tarixi == Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir. Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir.
Kensiko qəbiristanlığı
Kensiko Qəbristanlığı — Amerika Birləşmiş Ştatlarında tanınmış insanların məzarlarının yerləşdiyi qəbristanlıqdır.Valhalla, Nyu-York şəhərində 1889-cu ildə açılmışdır.
Kil hərbi qəbiristanlığı
Kil hərbi qəbiristanlığı (ing. Kiel War Cemetery) — Kil Şimal qəbiristanlığının (alm. Nordfriedhof‎) ərazisində hərbi qəbirstanlığıdır. Bu yerdə ittifaq qoşunlarının 992 hərbi qulluqçusu basdırılmışdı, onlardan çoxusu hərbi aviasiyada xidmət etmiş və İkinci Dünya müharibəsində ölənlərdən ibarətdir. Onların arasında 766 britaniyalı, 148 kanadalı, 33 Yeni Zelandiyalı və 9 polyak var. Qəbiristanlıq memar Filip Hepuortun (ing. Philip Hepworth) layihəsi əsasında Hərbi Dəfinlər üzrə Birlik Komissiyası (alm. Commonwealth War Graves Commission‎) tərəfindən tikilmişdi, həmçinin, komissiya qəbiristanlığın səliqə səhmanına nəzarət edir.
Kuntsevo qəbiristanlığı
Kuntsevo qəbiristanlığı (rus. Кунцевское кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Köhnə Kotam qəbiristanlığı
Köhnə Kotam qəbristanlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndinin şərq tərəfində arxeoloji abidə. == Tarixi == Qəbirlər torpaqda qazılmış və qərb-şərq istiqamətinə yönəlmişdir. Bəzi qəbirlərin ətrafında dördkünc formalı daş düzümlərinə rast gəlinir. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarından ibarətdir. Lakin qəbirlərin bir çoxunun baş daşları yonularaq dördkünc və tağvarı formada işlənmişdir. Bu tip baş daşlarında ərəb qrafikası ilə yazılmış kitabələr vardır. Kotam qəbiristanlığındakı qəbirlərin bir neçəsinin üstündə qoç daşlar olmuşdur. Arxeoloji və epiqrafık dəlillərə əsasən qəbiristanlığı 11-19 əsrlərə aid etmək olar.
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Malik İbrahim qəbiristanlığı
Malik İbrahim qəbiristanlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin şərqində, Qaradağın ətəyində yerləşən orta əsrlərə aid arxeoloji abidə. Şimaldan cənuba doğru uzanan qəbiristanlığın ümumi sahəsi 2 ha-dan artıqdır. Müasir dövrdə də istifadə olunmaqdadır. Qəbiristanlıqda indiyədək orta əsr sənətkarlarının əli ilə yaradılmış çoxlu sayda sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidəsi qalmışdır. Bu abidələrin əksəriyyətinin üzərində ərəb və fars dillərində nəsx, süls, süls elementli nəsx və nəstəliq xətləri ilə həkk edilmiş kitabələr vardır. Bu kitabələr üzərində aparılmış tədqiqatlar nəticəsində Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərinə dair zəngin məlumatlar əldə olunmuşdur. Burada bir sıra görkəmli şəxsiyyətlərin - dövlət xadimlərinin, alimlərin, sufi şeyxlərinin, sənətkarların və s. adları, titulları, vəfat tarixləri, qəbirlərinin yeri müəyyənləşdirilmişdir. Qəbiristanlıqda naxçıvanlı ustalarla yanaşı digər yerlərdən olan, xüsusilə də Qəzvin ustalarının əl işlərinə rast gəlinir. == Şeyx Əbu Səidin qəbri == Qəbiristanlıqda qeydə alınmış ən qədim məzar kitabəsi hicri 759, miladi 1357-ci ildə vəfat etmiş, Şeyx Əbu Səidin qəbri üstünə qoyulmuş başdaşı üzərindəki kitabədir.
Mir Faseh qəbiristanlığı
Mir Faseh qəbiristanlığı — Şuşanın Cıdır düzündə yerləşən müsəlman qəbirstanlığı. == Tarixi == Şuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mirfəsehin kiçik, lakin çox mötəbər qəbiristanlığı var idi. Qəbirstanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır. Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün yaxınlığında, lap uçurumda dəfn edilib. Nəvvab "Təzkirə" adlı əsərlərindən biri də bu hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın qardaşı oğlu Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçdi. Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək, Xan, onu oğlu ilə birlikdə edam etməyi əmr etdi. Onlar Vaqifin göstərişi ilə çoxlu adamların atıldığı Xəznə qayasına "Adam atılan" ("intihar qayası" deməkdir) gətirildi. Onun hüzurunda qayadan ilk atılan oğlunun olacağını bilən Vaqif ağlayıb müqavimət göstərməyə başlayır.
Mirfəseh qəbiristanlığı
Mir Faseh qəbiristanlığı — Şuşanın Cıdır düzündə yerləşən müsəlman qəbirstanlığı. == Tarixi == Şuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mirfəsehin kiçik, lakin çox mötəbər qəbiristanlığı var idi. Qəbirstanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır. Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün yaxınlığında, lap uçurumda dəfn edilib. Nəvvab "Təzkirə" adlı əsərlərindən biri də bu hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın qardaşı oğlu Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçdi. Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək, Xan, onu oğlu ilə birlikdə edam etməyi əmr etdi. Onlar Vaqifin göstərişi ilə çoxlu adamların atıldığı Xəznə qayasına "Adam atılan" ("intihar qayası" deməkdir) gətirildi. Onun hüzurunda qayadan ilk atılan oğlunun olacağını bilən Vaqif ağlayıb müqavimət göstərməyə başlayır.
Mirzə Həsən qəbiristanlığı
Mirzə Həsən qəbiristanlığı — Şuşa şəhərinin üç müsəlman qəbrstanlığından biri. Əsası 1840-cı ildə qoyulmuş qəbirstanlığıdır. == Tarixi == Şuşanın şimal-şərqindəki qədim qəbiristanlıq Mirzə Həsən qəbiristanlığı adlanırdı. Həmin qəbiristanlıq XVIII əsrin axırları və XIX əsrin birinci yarısında yaşayıb-yaradan şair Mirzə Həsən Mirzə Cəfər bəy oğlu Vəzirovun adı ilə adlandırılıb. Uzun illər Vətən və sevgi həsrətilə Şəkidə yaşamış nakam şair ölümqabağı onu vətəni Şuşada — sevdiyi qızın gəlib-getdiyi yolun kənarında dəfn etməyi vəsiyyət etmişdi. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır. == Qəbristanlığın adlandırılması == 1840-cı ildə təxminən əlli yaşında həyatdan köçən Mirzə Həsəninin cənazəsi Şuşaya gətirilərək qala divarlarından bir qədər aralıda həmin yolun kənarında dəfn edilib. Bununla da Şuşada yeni bir qəbiristanlıq meydana gəlib və həmin vaxtdan da ona "Mirzə Həsən qəbiristanlığı" adı verilib. Qasım bəy Zakir (1984-cü ildə anadan olmasının 200 illiyi münasibətilə qəbirüstü büstü də qoyulub), Mirzə Camal Cavanşir Qarabaği, şair Mirzə Ələsgər Növrəs, Rzaqulu bəy Cavanşir (Vəzirov), Xosrov bəyə Fuladov və başqa görkəmli şəxslər orada dəfn olunub" Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların ailə qəbiristanlığı yerləşib. Qəbiristanlıq XIX əsrin 50-ci illərində, yəni Şahzədə Bəhmən Mirzə Qacar İrandan Şuşaya köçəndən sonra salınıb.
Monmartr qəbiristanlığı
Monmartr qəbiristanlığı (fr. Cimetière de Montmartre), "Cimitière du Nord" rəsmi adı ilə tanınır — Parisin şimalında, 18-ci bələdiyyə dairəsində qəbiristanlıq. 1 yanvar 1825-ci ildə açıldı. Tarixi abidə hesab olunur. Hazırda Monmartr qəbiristanlığında 20 min məzar var. Hər il 500-ə yaxın dəfn mərasimləri keçirilir. == Tarixi == Qəbiristanlıq 1825-ci il yanvarın 1-də köhnə gips karxanasının yerində açılmışdır. Qeyd olunan karxana Fransa İnqilabı zamanı kütləvi məzar kimi istifadə edilmişdir. Qəbiristanlıq əvvəlcə Böyük Karxana qəbiristanlığı (fr. Cimetière des Grandes Carrières) kimi tanınırdı.
Muncuqlutəpə qədim qəbiristanlığı
Muncuqlutəpə yaşayış yeri — Şəmkir rayonunun Qaracəmilli kəndindən 8 km şimalda, Kürün sağ sahilindən 120 metr aralıda yerləşir. Yaşayış yerinin narınqalası ən yüksək, hakim mövqedə yerləşməklə üç tərəfdən qala divarları ilə möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı hüdudlayırdı.Qalınlığı 1,7-1,8 metrə çatan mədəni təbəqə qatında IX-X və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilmişdir. Qazıntı zamanı çaydaşından və bişmiş kərpicdən hörülmüş tikili qalıqları, çoxlu təndir və ocaqlar, təsərrüfat quyuları üzə çıxarılıb öyrənilmişdir. Memarlıq hissələrinin, o cümlədən sütun başlıqlarının tapılması vaxtilə burada monumental binaların olmasına dəlalət edir. Mədəni təbəqədən tapılmış arxeoloji materiallar və şirsiz saxsı qab-qacaqla, dəmir alət və silahlarla metal məmulat və müxtəlif bəzək əşyaları ilə təmsil olunmuşdur. Şirli saxsı qabların tapıntılar arasında çoxluğu xüsusi qeyd olunmalıdır. == Mənbə == Azərbaycan arxeologiyası. VI cild.
Novodeviçye qəbiristanlığı
Novodeviçye qəbiristanlığı (rus. Новодевичье кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Onurğalıların Binəqədi qəbiristanlığı
Onurğalıların Binəqədi qəbiristanlığı dünyada məşhurdur və UNESCO-nun Ümumdünya Mədəniyyət və Təbiət İrsinin siyahısına daxil edilmişdir. Binəqədi qəbiristanlığı 70-80 min il bundan öncə, orta pleystosendə əmələ gəl­mişdir. Bu bitum gölü köklü süxurlardan səthə neft sızması nəticəsində yaran­mışdır və burada su içməyə gəlmiş müxtəlif nov heyvanların qalıqları balzam­lanmışdır. Alimlər göldə öküz, nəhəng maral, onurğalıların, sürünənlərin, məmə­li­lərin, həşərat və quşların nümayəndələrinın qalıqlarını aşkar etmişlər. Binəqə­dinin dördüncü dövr faunası kolleksiyasında 41 məməli, 110 quş, 2 sürünənlər, 1 suda-quruda yaşayanlar, 107 həşərat və 22 bitki növlərinin qalıqları top­lanmışdır. Onların arasında bu gün Azərbaycanda rast gəlinməyən qazıntı halında tapılmış atların, kərgədanın, nəcib maralın (binəqədi növü), ceyran və sayqak­ların, demək olar ki, bütöv skeletləri böyük elmi maraq doğurur. Yırtıcı məməli­lərdən pleystosen canavarı, mağara kaftarı, binəqədi ibtidai öküzü, ayı və b. növ heyvanların qalıqları, quşlardan isə çölördəyinin, qaz, durna, qutan, berkut, çala­ğan, yapalaq, qırğı və başqalarının skeletləri müəyyən edilmişdir. Hazırda bu tapıntılar Azərbaycan MEA Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət-Tarix Muzeyində saxlanılır. Sümük qalıqlarının ətraflı tədqiqi dördüncü dövr heyvanlarının xarici görünüşünü bərpa etməyə və bu günə qədər gəlib çıxmış növlərin təkamül prosesi nəticəsində uğradıqları dəyişiklikləri aydınlaşdırmağa imkan vermişdir.
Per-Laşez qəbiristanlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. == Per-Laşez qəbiristanlığında dəfn olunan məşhurlar == Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya == İstinadlar == == Xarici keçidlər == Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Per Laşez qəbiristanlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. == Per-Laşez qəbiristanlığında dəfn olunan məşhurlar == Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya == İstinadlar == == Xarici keçidlər == Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Qaraağacı qəbiristanlığı
Qarağacı qəbiristanlığı — Ağdamda qədim qəbrstanlıq == Tarixi == Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən qəbiristanlığın yaşının 3 min ilə dayandığı deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib. "Qarağacı"dakı dörd türbə olmuşdur. Uğurlubəyovların türbəsi Qədim Qarağac qəbiristanlığında yerləşirdi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona “Uğurlubəyovların türbəsi” adı verilib”. 24 fevral 1992-ci il Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər azərbaycanlı yaralanıb. Qəbrstanlıq dağıdılmış, 4 türbəsi məhv edilmişdir.
Qarabağ qəbiristanı
Qarabağ qəbiristanı — Ordubad şəhəri ərazisində son orta əsrlərə aid arxeoloji abidə. == Haqqında == Təbii aşınma nəticəsində torpaq örtüyü dağıldığından, qəbirlər bəzi hallarda çətin izlənilir. Bəzi qəbirlərin (qərbdən şərqə doğru istiqamətlənmişdir) dövrəsinə düzbucalıq formada xırda daşlar düzülmüşdür; bəzilərinin isə baş tərəfi tağvarı formada tamamlannmışdır. Qəbirüstü abidələr müxtəlif daşlardan hazırlanmışdır; yastı mərmər plitələrə rast gəlinir; ərəbdilli yazılar var. Qarabağ qəbiristanı 16-18-ci əsrlərə aid edilir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 255.
Qaracaəhməd qəbiristanlığı
Qaracaəhməd qəbiristanlığı — Türkiyənin ən böyük məzarlığı. İstanbul ilinin Üsküdar ilçəsində yerləşir. Qaraca Əhməd Sultan dərgahının da içində olduğu qəbiristanlığın ərazisi 750 hektardır və İstanbulun ən köhnə qəbiristanlığıdır. == Məlumat == İlk olaraq İstanbulun ərəblər tərəfindən hücum edilməsi əsnasında şəhid olan əsgərlərin bura basdırıldığı sanılmaqdadır.Qəbiristanlıq adını, İstanbula Hacı Bəktaş Vəli tərəfindən İslam dinini yaymaq üzrə göndərilən Qaraca Əhməddən götürür. Qaracaəhməd Qəbiristanlığı 1917, 1940, 1956 və 1974 tarixlərində olmaq üzrə dörd dəfə müsadirə edilmişdir. Bu müsadirələrdə, xüsusilə 1974-də Qarayollarının müsadirəsi əsnasında ciddi şəkildə təhrif olmuşdur. Cəmi dəfn sayı keçmişdə qeyd tutulmadığı üçün qəti olaraq bilinməməkdə amma milyonlarla ifadə edilməkdədir. Türk siyasət və mədəniyyət həyatının əhəmiyyətli bir çox şəxsiyyətlərinin məzarlarını saxlamaqdadır. Şahidələr və qəbirlər dəyişik növlərdəki başlıqlarıyla əhəmiyyətli bir sənət xüsusiyyəti ifadə edər. Şahidələrin üzərindəki kitabələr əgər bir xəttatın əliylə hazırlanmışsa sənət dəyəri daşımaqdadır.
Qoşadizə qəbiristanlığı
Qoşadizə qəbirstanlığı — Naxçıvan şəhəri yaxınlığında qədim qəbristanlıq. İki ədəd küp qəbir aşkar edilib. İçərisində yaşlı qadın skleti olan I qəbir qapaqla örtülüb, II qəbrin içərisində isə gənc oğlan skleti aşkarlanıb.Küplər qırmızı gildən olub dulus çarxında hazırlanmışdır. Qəbirlərin I-III əsrlərə aid olduğu güman edilir. Cəsədlər enenə və dizləri çənəsinə sıxılmışvəziyyətdə dəfn edilib.
Qreyfrayers qəbiristanlığı
Qreyfrayers qəbiristanlığı — Şotlandiyanın Edinburq şəhərində məzarlıq. == Ümumi məlumat == Edinburq şəhərinin tarixi hissəsində yerləşən bu qəbiristanlıq qədim tarixə malikdir. 1561-ci ildə salınan məzarlığın dünyada tanınmasına Bobbi adlı it səbəb olub. Bobbi 14 il öz sevimli sahibinin məzarından bir addım olsun belə aralanmayıb. İtin ölümündən sonra sahibinin şərəfinə onu məzrlığın darvazaları ağzında basdırıblar. Deyilənə görə bu məzarlıqda da tez-tez ruhlar görünür. Ruhlar ən çox 1691-ci ildə dəfn olunmuş hüquqşünas Corc Makenzinin məzarında peyda olur. 1990-cı ildən 2006-cı ilə qədər bu məzarlıqda 350 adam ona ruhun hücum etməsi barədə məlumat verib. Baş vermiş hadisələr barədə televiziyada xüsusi reportaj da hazırlanıb.
Qubaxəlilli qəbiristanlığı
Qubaxəlilli qəbristanı — İsmayıllı rayonu Qubaxəlilli qəsəbəsindən 2 km Cənub-Qərbdə Girdman çayının sağ sahilində e.ə. III - b.e. II əsrinə aid qəbristanlıq. Ölülər əsasən küp və torpaq qəbirlərdə basdırılıb. Arxeoloji qazıntılar zamanı Yaloylutəpə mədəniyyətinə aid saxsı məmulatı və dəmir alətlər tapılıb.
Qəbiristanlıq
Qəbiristanlıq və ya məzarlıq — ölülərin dəfn edildiyi ümumi ərazi. == Sözün mənşəyi == Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub. İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur.
Sao Joao Batişta qəbiristanlığı
Sao Joao Batişta qəbiristanlığı (port. Cemitério de São João Batista) — Braziliyanın Rio de Janeyro şəhərində yerləşən məzarlıq. == Tarixi == Bu məzarlıqda ilk dəfə 1852-ci ilin dekabr ayında Sao Joao Batişta adlı 4 yaşlı qız uşağı dəfn olunub. Hazırda məzarlıq xeyli böyüyüb. Burada o qədər məşhur adamlar dəfn olunub ki, məzarlıq "Ulduzalar qəbiristanlığı" adını alıb.
Sarayevoda yəhudi qəbiristanlığı
Sarayevo yəhudi qəbiristanlığı — Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təxminən 500 illik bir qəbiristanlıqdır. Ərazi Trebeviç dağının yamacında, şəhərin cənub-qərb hissəsində yerləşir. Cənub-Şərqi Avropadakı ən böyük yəhudi qəbiristanlıqlarından biridir. Qəbiristanlıq 16-17-ci əsrin əvvəlindən 1966-cı ilə qədər istifadə edilmişdir. == Tarixi == Osmanlı dövründə Səfərad yəhudiləri tərəfindən qurulan qəbiristanlıq 19-cu əsrin sonlarında Avstriya-Macarıstan İmperiyası ilə Sarayevoya gələn Aşkenazi yəhudiləri üçün dəfn yeri olmuşdur. Qəbiristanlıq 3850-dən çox məzar daşını ehtiva edir və 31160 kvadrat metr sahəni əhatə edir. Burada faşizmin qurbanlarına həsr olunmuş dörd qəbir: Jahiel Finci tərəfindən hazırlanan və 1952-ci ildə inşa edilən bir səfərad, iki Aşkenazi yəhudi və bir ustaşa qurbanına həsr olunmuş abidə var. === 1990-cı il müharibəsi zaman === Bosniya müharibəsi zamanı yəhudi qəbiristanlığı cəbhədə idi və Bosniya serbləri tərəfindən artilleriya mövqeyi kimi istifadə olunurdu. Beləliklə, partlayışlar və atəş nəticəsində qəbiristanlıq ciddi ziyan görmüşdü. Ayrıca ağır bir şəkildə minalanmış, lakin 1996-cı ildə tamamilə təmizlənmişdir.

Digər lüğətlərdə