QADI

прил. диал.
1. знающий, бывалый
2. разг. о том, кто корчит из себя знающего, бывалого
QADASI
QADI-QADI
OBASTAN VİKİ
Azad qadın (heykəl)
"Azad qadın" heykəli — Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanmışdır. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir. "Azad qadın" heykəltaraş Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti deyildi. Belə ki, sənətkar hələ 1951-ci ildə "Azərbaycan qadını" adlı heykəl işləmişdi. Bu heykəldə Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını müstəqil və güclü iradəyə malik zəngin şəxsiyyət kimi tərənnüm edir. Sənətkarın yaşadığı dövrün Azərbaycan qadınlarına xas olan səmimilik, daxili iradə və cazibədarlığı əks etdirən bu heykəl əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan mili geyimli qadın obrazını ifadə edir. 1957-ci ildə sənətkar ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir. Bu heykəl "Azadlıq" adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü bildirirlər.
Azərbaycan milli qadın bəzəkləri
Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. 3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir. Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır. XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.
Azərbaycan qadın milli kabaddi komandası
Azərbaycan qadın milli kabaddi komandası — kabaddi idman növü üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən qadınlardan ibarət yığma komanda. İlk dəfə Azərbaycan qadın milli kabaddi komandası 2014-cü ilin dekabr ayında Hindistanın Pəncab ştatında keçirilmiş kabaddi idman növünün dairəvi üslubu üzrə Dünya Kuboku uğrunda mübarizəyə qatılmış, qrup mərhələsində yalnız 1 oyunda qalib gələrək, 2 oyunu məğlub olmuş və öz qrupunda 3-cü yeri tutaraq mübarizəni dayandırmışdır. Növbəti mərhələdə mübarizəni davam etdirmək hüququ qazanmış komandalar 1. Həyat Aslanova 2. Layiqə Rəhimova 3. Sevinc Cəfərzadə 4. Ridana Qurbanova 5. Marziqet Baqomedova 6. Aida Səfərova 7. İlahə Ağamirzəyeva 8.
Azərbaycan qadın milli voleybol komandası
Azərbaycan qadın milli voleybol yığması — Azərbaycanı beynəlxalq səviyyədə baş tutan yarışlarda təmsil edən qadınlardan ibarət voleybol yığması. İnna Rıskal Azərbaycan qadın voleybolu tarixində ilk uğur qazanan qadın voleybolçu kimi tarixə düşüb. O, 1964-cü ildə Tokyoda keçirilən Yay Olimpiya Oyunlarında Qadınlardan ibarət SSRİ yığma komandası tərkibində gümüş medala sahib olub. Azərbaycan milli komandası adı altında komandanın ilk uğuru, 1967-ci ildə SSRİ ölkələri çempionatlarının bürünc mükafatı qazanmasıdır. 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Azərbaycanda, həmin il Voleybol Federasiyası və milli komanda yaradılıb. Federasiyanın birinci prezidenti Vahid Nadirli seçilib, baş məşqçisi postuna isə Faiq Qarayev gətirilib. Həmin illərdə klub voleybolu üçün şəraitin olmadığı üçün, yığmanın bir çox üzvləri "Neftyağ"-ın heyətində çıxış edib. Azərbaycan Voleybol Federasiyası 1992-ci ildən etibarən CEV və FİVB tərəfindən müstəqil federasiya kimi qəbul edilib. Qadınlardan ibarət Azərbaycan yığması kimi tarixdə ilk görüşünə 1993-cü il 20 oktyabrda Sofiya şəhərində, Kanada yığmasına qarşı keçirib. Müstəqillikdən sonra ilk dəfə 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edib və 9-cu yeri tutub.
Azərbaycan qadın milli voleybol komandasının nəticələri
Azərbaycan qadın milli voleybol komandasının nəticələri — Azərbaycan qadın milli voleybol komandasının göstərdiyi nəticələr.
Azərbaycan qadınlarının qurultayları
Azərbaycan qadınlarının qurultayları — Azərbaycan SSR və Azərbaycan Respublikasında Azərbaycan qadınlarının qurultayları. Birinci qurultay 1921-ci ildə, sonuncu qurultay isə 2018-ci ildə keçirilmişdir. Azərbaycan Bitərəf Qadınlarının Birinci Qurultayı 8–11 fevral 1921-ci il tarixlərində, Bakı şəhərində keçirilmişdir. Burada 1,188 nümayəndə iştirak etmişdir. 815 nəfəri Bakıdan, 373 nəfəri isə qəzalardan idi. Qurultayda sovet hakimiyyəti və qadın, xalq maarifi, kommunizmin Şərqdə vəzifələri və s. məsələlər müzakirə edilmişdir. Qurultayda Nəriman Nərimanov "Şərqdə kommunizm" haqqında məruzə etmişdir. Qurultayda Ruhulla Axundov, Səməd ağa Ağamalıoğlu, Mir Bəşir Qasımov, Dadaş Bünyadzadə və başqaları çıxış etmişlər. Qurultay Oktyabr inqilabının qadınlara verdiyi hüquqları həyata keçirməyə və onları sosializmin fəal qurucuları olmağa çağırmışdır.
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Azərbaycan qadını (film, 1974)
Azərbaycan qadını filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film aylıq ictimai-siyasi və ədəbi-bədii "Azərbaycan qadını" jurnalının nəşrinin 50 illiyinə həsr olunmuşdur. Kinolentdə bu jurnalın və onun yaradıcılarının fəaliyyətindən danışılır.
Azərbaycan qadını (jurnal)
Azərbaycan qadını — ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnalın əsası 1923-cü ildə qoyulmuş, 1938-ci ilə qədər “Şərq qadını” adlanmışdır. Bakıda nəşr olunur. Azərbaycanda ilk qadın jurnalıdır. Azərbaycanda ilk qadın jurnalı 1923-cü ilin noyabrında təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb. 1920-ci illərdə onun redaktoru ilk azərbaycanlı inqilabçılardan biri olan Ayna Sultanova idi. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqaları ilk burada əsərlərini nəşr etdilər. "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Gülarə Qədirbəyova (Köylüqızı) "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur.
Ağ corablı qadın (Kurbe)
"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir. Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır. Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır. Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi.
Balaca qadınlar
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Balaca qadınlar (roman)
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Bamba Qadınəfəndi
Bamba Qadınəfəndi və ya Ümmü Abbas (ö. 1871) — Kavalalı Mehmed Əli Paşanın oğlu Tosun Paşanın xanımı, Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın anası, Misirin ilk Validə Paşası. Doğum tarixi bilinməyən Bamba xanım Mehmed Arif bəyin qızı və Fatma Zəhra xanımın (Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın xanımı) bacısı idi. 16 yaşında Mehmed Əli Paşanın oğlu Tosun Paşa ilə evləndi və 1 iyul 1812-ci ildə yeganə övladı olan Abbas Hilmi adlı oğlu dünyaya gəldi. Tosun Paşanın bundan başqa doğum tarixi bəlli olmayan 4 övladı daha olsa da, onların Bamba xanımdan olmadığı və adı bəlli olmayan başqa bir qadından dünyaya gəldiyi dəqiqdir. Ancaq qısa zaman sonra Tosun Paşa hələ 23 yaşında vəbadan vəfat etdi (28 sentyabr 1816) və dul qalan Bamba xanımla oğlu Əminə xanımın himayəsində Qahirəyə döndülər. 1824-cü ildə Əminə xanımıın vəfatıyla daha sərbəst həyat yaşamağa başlayan Bamba xanım haqqında oğlunun Misir taxtına əyləşdiyi 1848-ci ilədək məlumat yoxdur. Qaynı Kavalalı İbrahim Paşanın vəfatı və Abbas Hilmi Paşanın Misir hakimi təyin edilməsiylə (10 noyabr 1848) Bamba xanım Misirin Validə Paşası elan edildi. O, bu ünvanı alan ilk xanım olaraq Misir tarixinə düşdü. Oğlunun Misir səltənətində dövlət məsələlərindən uzaq qalan Bamba xanım daha çox xeyriyyə işləriylə məşğul oldu.
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti (başq. Башҡортостан Республикаһының Башҡорт ҡатын-ҡыҙҙары йәмғиәте) — cəmiyyətdə qadınların vəziyyətini yaxşılaşdırmaq, respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qadınların rolunu artırmaq, ailəni möhkəmləndirmək, onların mədəniyyəti və dilini, xalq ənənələri və sənətkarlıqlarını qorumaq və inkişaf etdirmək üçün yaradılmış ictimai təşkilat. Baş qərargah Başqırdıstanda Ufa şəhərində yerləşir. 1990-cı il noyabrın 17-də, Ufa şəhərində təsis qurultayında, Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti yaradılmışdır. 2007-ci ildən etibarən Başqırd Qadın Cəmiyyəti Şurasında 30 nəfər var idi. Təşkilat rayon və şəhərlərin xüsusi günlərində, milli bayramlar, müsabiqələr, elmi və praktik konfranslar, uşaq evlərinə xeyirxahlıq, səmərəli həyat tərzinin təşviqi və s. kimi müxtəlif sosial tədbirlərdə fəal iştirak edir. Başqırd Qadınlar Cəmiyyəti Respublika ("Nümunəvi Gənc Ailə", "Xıllıca", "Başqırd Milli Kostyumu" və s.) və rayon üzrə (Başqırd Seseni, "Ən Yaxşı Ana", "Salam, həmkəndlilər", "Jejere" və s.) tədbir və müasbiqələrin təşkilatçısıdır. Təşkilat, Sermenevski uşaq evinə, Verxni Avzyan kəndində xüsusi internat məktəbinə və Beloretsk rayonunun Uzyan kəndində bir uşaq evinə maliyyə yardımı göstərir. Müxtəlif xeyriyyə tədbirləri keçirir.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.
Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanıyıb. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu. 1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
Bidar Qadınəfəndi
Bidar Qadınəfəndi (5 may 1858, Qafqaz – 1 yanvar 1918, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı. Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi. Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi.
Bizim Müasir Qadınlar (1976)
Bizim müasir qadınlar qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Serebrovski Adına NQÇİ-nin operatoru Sara Vəzirova, elektromontajçı Pakizə Qasımova, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Sürəyya Kərimova, Sosialist Əməyi Qəhrəmanı, tütünçü Zalxa Həsənova, gəncəli toxucu Rimma Quliyeva, heykəltaraş Elmira Hüseynova, şair Nigar Rəfibəyli, təyyarəçi Züleyxa Seyidməmmədova, pedaqoq, xoreoqrafiya məktəbinin müəlliməsi Mərziyə İbrahimova filmin qəhrəmanlarıdırlar. Burada söhbət heykəltaraş Elmira Hüseynovanın adından aparılır.
Bizim Qadınlar (1965)
Bizim qadınlar — rejissor Nazim Yüzbaşovun 1965-ci ildə çəkdiyi film. Film Azərbaycanın tanınmış qadınlarına həsr olunmuşdur. Kinolent dörd novelladan ibarətdir: Texnika elmləri doktoru İzzət Oruczadə, rəssam Maral Rəhmanzadə, rəssamın əsərinin qəhrəmanlarından biri, kolxozçu Sürəyya Kərimova və kar oğluna tanınmış heykəltaraş olmaqda kömək edən ana Ceyran Mirqasımova.
Bizim müasir qadınlar (film, 1976)
Bizim müasir qadınlar qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Serebrovski Adına NQÇİ-nin operatoru Sara Vəzirova, elektromontajçı Pakizə Qasımova, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Sürəyya Kərimova, Sosialist Əməyi Qəhrəmanı, tütünçü Zalxa Həsənova, gəncəli toxucu Rimma Quliyeva, heykəltaraş Elmira Hüseynova, şair Nigar Rəfibəyli, təyyarəçi Züleyxa Seyidməmmədova, pedaqoq, xoreoqrafiya məktəbinin müəlliməsi Mərziyə İbrahimova filmin qəhrəmanlarıdırlar. Burada söhbət heykəltaraş Elmira Hüseynovanın adından aparılır.
Bizim qadınlar (film, 1965)
Bizim qadınlar — rejissor Nazim Yüzbaşovun 1965-ci ildə çəkdiyi film. Film Azərbaycanın tanınmış qadınlarına həsr olunmuşdur. Kinolent dörd novelladan ibarətdir: Texnika elmləri doktoru İzzət Oruczadə, rəssam Maral Rəhmanzadə, rəssamın əsərinin qəhrəmanlarından biri, kolxozçu Sürəyya Kərimova və kar oğluna tanınmış heykəltaraş olmaqda kömək edən ana Ceyran Mirqasımova.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Gürzə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Gürzə) — 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 19.200 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.550 xal toplayan Ukrayna idmançısı Anna Rizatdinova qazandı. Bürünc medalı isə 18.150 xal toplayan Belarus idmançısı Melitina Staniouta qazandı. Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Həlqə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Həlqə) — 19, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Yarışların finalı isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 18.850 xal toplayan Rusiya Federasiyasının idmançısı Marqarita Mamun qazandı. Gümüş medalı 18.500 xal toplayan Belarusnın idmançısı Melitina Staniouta qazandı. Bürünc medalı isə 18.150 xal toplayan İsrail idmançısı Neta Rivkin qazandı. Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Lent) — 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 19.000 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.200 xal toplayan Azərbaycan idmançısı Marina Durunda qazandı. Bürünc medalı isə 17.950 xal toplayan Gürcüstan idmançısı Salome Pajava qazandı. Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Top)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Top) — 19, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Yarışların finalı isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 18.950 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.250 xal toplayan Ukraynanın idmançısı Anna Rizatdinova qazandı. Bürünc medalı isə 18.200 xal toplayan Belarus idmançısı Melitina Staniouta qazandı. Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.

Digər lüğətlərdə