QADI

прил. диал.
1. знающий, бывалый
2. разг. о том, кто корчит из себя знающего, бывалого
QADASI
QADI-QADI
OBASTAN VİKİ
Gənc Qadının Kişisi (1988)
Gənc qadın təkbuynuzla
Gənc qadın təkbuynuzla (it. Dama col liocorno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadın təkbuynuzla" əsəri hal-hazırda İtaliyada, Roma şəhərində saxlanılır.
Gənc qadının kişisi (film, 1988)
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Gənc qadının porterti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Gənc qadının portreti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Gənc qadının portreti (İrəvani)
Gənc qadının portreti və ya Əyləşmiş qadın portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm XIX əsrin 70-ci illərinə aiddir və Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Portret “Populyar incəsənət ensiklopediyası”nda, rəssama aid məqalədə verilir. == Təsviri == Portret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib. Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir.
Heyranıdil Qadınəfəndi
Heyranıdil Qadınəfəndi (2 noyabr 1846, Qars, Ərzurum əyaləti – 26 noyabr 1898) — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı. == Həyatı == Heyranıdil xanım 1846-cı ildə Qarsda dünyaya gəlmişdir. Ailəsinin mənsubiyyəti və saraya necə alınması barədə heç bir məlumat yoxdur. 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə evlənmiş, bu nigahdan Nazimə Sultan adlı bir qızı və gələcəkdə son Osmanlı xəlifəsi olan Əbdülməcid Əfəndi adlı bir oğlu oldu. Ərinin devrilməsi və ardından müəmmalı ölümündən sonra övladlarıyla birlikdə Fəriyə sarayında gözaltına alındı. V Muradın qısa səltənətinin ardından azadlığa çıxdı və qızıyla birlikdə yaşamağa başladı. 26 noyabr 1895-ci ildə Ortaköydə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edildi.
Hörümçək-qadın (Qven Steysi)
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Kamboca milli futbol komandası (Qadınlar)
Kameliya ilə qadın (film, 1941)
Kameliya ilə qadın — 1941-ci ildə istehsal olunmuş Misir filmi. == Rollarda == Tanınmış müğənni Leyla Murad bu filmdə çəkilmişdir.
Kamerun qadın milli voleybol komandası
Kamerun qadın milli voleybol komandası — Kamerunu qadın voleybolunda beynəlxalq arenada və yoldaşlıq matçlarında təmsil edən milli komanda. Milli komandaya Kamerun Voleybol Federasiyası nəzarət edir. == Tarixi == Kamerun milli komandası son vaxtlar böyük çıxış yaxalayan Afrika komandasıdır. Komandanın Afrika çempionatındakı son uğurları və dünya çempionatına qazandığı vəsiqələr bunun bariz nümunəsidir. Afrika çempionatında iki dəfə ikincilik yaşayan komandanın bundan başqa da uğurları vardır. Belə ki, milli komanda beş qat Afrika üçüncüsüdür. Bununla yanaşı komanda son iki Afrika Oyunlarını da (2007 və 2011) gümüş medalla başa vurmuşdur. 1991-ci ildə də Kamerun millisi Afrika Oyunlarını medalla (bürünc medal) başa vura bilmişdi. 2006-cı ilin dünya çempionatına vəsiqə qazanmaqla tarixinin ən böyük nailiyyətlərindən birinə imza atan Kamerun millisi həmin dünya çempionatında son 4 yerdən birini tutmuşdu. Dörd il sonra keçirilən mundiala vəsiqə qazana bilməyən yığma İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanaraq adını bütün dünyaya tanıtmağa başlamışdı.
Kamurəs Qadınəfəndi
Kamurəs Qadınəfəndi (5 mart 1855, Şimali Qafqaz – 30 aprel 1921, İstanbul) — 35. Osmanlı sultanı V Mehmedin ilk xanımı. == Həyatı == Kamurəs xanım 1855-ci ildə əslən ubix olan əsilzadə ailəsində dünyaya gəlmişdir. Çox gənc yaşlarında saraya xidmətçi olaraq alınmış, 30 sentyabr 1872-ci ildə Çırağan sarayında V Mehmedlə evləndilər. Evləndikdən bir il sonra Şahzadə Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. 1918-ci ildə ölkəyə gələn Bolqarıstan kralı III Borisin qarşılanması mərasimində iştirak etdi. Sarayda təlim keçən kiçik sultanların təhsili ilə maraqlanırdı. Sultan V Mehmedin vəfatının ardından (1918) bir müddət sarayda qalan Kamurəs xanım daha sonra Beşiktaşdakı saraya köçürüldü. Çox keçmədən 30 aprel 1921-ci ildə burada vəfat etdi. Cənazəsi ərinin Əyyubsultandakı Sultan Rəşad türbəsinə dəfn edildi.
Keniya qadın milli voleybol komandası
Keniya qadın milli voleybol komandası — Keniyanın ən güclü voleybolçularının toplaşdığı milli komanda. Bütün digər ölkələrdəki kimi Keniyada da voleybola nəzarət edən qurum Keniya Voleybol Federasiyasıdır. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. == Tarixi == Keniya millisi Afrikanın ən güclü milli komandalarından sayılır. Milli komanda 8 dəfə Afrika çempionatının qalibi olmuşdur. Bütün Afrika ölkələri kimi onların da dünya çempionatında medalı yoxdur. Komanda 2 dəfə də Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bütün bunlarla yanaşı 3 dəfə də Afrika Oyunlarının qızıl medallarına yiyələnmişdir.
Kenya qadın milli voleybol komandası
Keniya qadın milli voleybol komandası — Keniyanın ən güclü voleybolçularının toplaşdığı milli komanda. Bütün digər ölkələrdəki kimi Keniyada da voleybola nəzarət edən qurum Keniya Voleybol Federasiyasıdır. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. == Tarixi == Keniya millisi Afrikanın ən güclü milli komandalarından sayılır. Milli komanda 8 dəfə Afrika çempionatının qalibi olmuşdur. Bütün Afrika ölkələri kimi onların da dünya çempionatında medalı yoxdur. Komanda 2 dəfə də Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bütün bunlarla yanaşı 3 dəfə də Afrika Oyunlarının qızıl medallarına yiyələnmişdir.
Lüksemburq milli futbol komandası (Qadınlar)
Lüksemburqun Qadınlardan ibarət milli futbol komandası — Lüksemburqu beynəlxalq futbol arenasında təmsil edən Lüksemburqun milli futbol komandasıdır. Lüksemburqun Qadınlardan ibarət milli futbol komandası 2003-cü ildə təsis edilmişdir. 2008-ci ildən beynəlxalq turnirlərdə çıxış etməyə başlamışdır. Lüksemburq komandası ilk oyununu 2009-cu ildə Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində oyunda keçirmişdir. Lüksemburq qrupda Slovakiya, Litva və Malta milli komandaları ilə üz-üzə gəlmişdir. Lüksemburq sonda qrupda ikinci yeri tutmuşdur. Lüksemburq millisi Almaniyada keçirilən Dünya Çempionatına vəsiqə qazana bilməmişdir. Komanda tez-tez kişilərin milli komandasından daha uğurlu olması ilə tanınır. == Dünya Çempionatı rekordları == *Penaltilərlə uduzulan oyunlar heç-heçə kimi qeyd edilir.
Macarıstan milli voleybol komandası (qadınlar)
Macarıstan qadın milli voleybol komandası — dörd dəfə Avropa çempionatının medallarını qazanmış milli komandadır. Bu medallardan əyarına görə ən yaxşısı isə 1975-ci ildə qazanılan gümüş medaldır. Milli komandanın son illərdə elə də böyük bir uğuru yoxdur. Avropa voleybolunun yatmış divlərindəndir. Bu divin nə vaxt oyanacağı isə hələ ki, bilinmir. Belə ki, milli komandanın heyətində yalnız Horvatı fəqləndirmək mümkündür. Hansı ki, bu voleybolçu vaxtı ilə Rabitənin heyətində oynamışdı.
Macarıstan qadın milli voleybol komandası
Macarıstan qadın milli voleybol komandası — dörd dəfə Avropa çempionatının medallarını qazanmış milli komandadır. Bu medallardan əyarına görə ən yaxşısı isə 1975-ci ildə qazanılan gümüş medaldır. Milli komandanın son illərdə elə də böyük bir uğuru yoxdur. Avropa voleybolunun yatmış divlərindəndir. Bu divin nə vaxt oyanacağı isə hələ ki, bilinmir. Belə ki, milli komandanın heyətində yalnız Horvatı fəqləndirmək mümkündür. Hansı ki, bu voleybolçu vaxtı ilə Rabitənin heyətində oynamışdı.
Macarıstanda qadınlar
Macarıstan qadınları xüsusilə son 200 ildə Macar cəmiyyətinin formalaşmasında böyük rol oynadılar. Macarıstan qadının imicinin meydana gəlməsinə qatqılar din (Roma katolikizmi, lüteranlıq, kalvinizm və qismən pravoslav), tarixin (kommunist ideologiyasının) gedişi və Macarıstanın Avropaya inteqrasiyası yolu ilə edildi. Hal-hazırda Macarıstan gender bərabərsizliyi indeksi üzrə 42-ci yeri tutur; qadınlar Macarıstan parlamentində orta hesabla 10,1% yer tutur; 25 yaşı olan qadınların 93,2% -i orta təhsilli, 57,8% -i isə rəsmi olaraq işləyir. Qlobal Cins Gap Hesabatı sıralamasında Macarıstan 87'ci sırada qərarlaşıb. == I Dünya müharibəsindən əvvəl == 1817-ci ildə, Macarıstanda, ilk qadın təşkilatı olan Peshtera Qadın Xeyriyyə Cəmiyyəti yaradılmışdır. Əsrin sonuna qədər ölkədə bir neçə yüz belə təşkilat var idi ki, onların siyasi çəkisi formalaşmamışdı. XIX əsrin ortalarında qadınlar orta təhsil almaq hüququ əldə etmiş, 1895-ci ildə isə universitetlərdə fəlsəfə, səhiyyə və dərman preparatları öyrənməyə icazə verilmişdir. Hüquq müdafiəçiləri Avstriya-Macarıstanda qadınların hüquqlarını genişləndirdilər. 1904-cü ildə Rozika Schwimmer, Macarıstanda Feminist Birliyi quraraq, qadınlara seçmə hüquqlarının verilməsi üçün üç dəfə parlamentə uğursuz müraciət təqdim etdi. Qadınların səsvermə hüququ üçün, 1910-cu ildə kişilərin liqası, 1913-cü ildə isə Suffragemets Beynəlxalq Qadınlar İttifaqının VII qurultayı Budapeştdə keçirilmişdir.
Mariinski Qadın Gimnaziyası (Bakı)
Mariinski Qadın Gimnaziyası — 1887-ci il, sentyabrin 26-sı, saat 11:30 radələrində çoxsaylı qonaq və akademik heyətin iştiraki ilə Mariya Qızlar Məktəbinin (Mariinski Qadın Gimnaziyası) açılış mərasimi keçirildi. Gimnaziya fəaliyyətini dayandırana kimi onun üçün tikilmiş bu binada fəaliyyət göstərmişdi. .
Mariinski Qadın Gimnaziyası (Şuşa)
Mariinski Qadın Gimnaziyası — 1875-cı il oktyabrın 26-da Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilmiş və Şuşada fəaliyyət göstərmiş qızlar məktəbi. Məktəbdə dini etiqadından və mənşəyindən asılı olmayaraq bütün qızlar təhsil ala bilərdilər. Tədris planına oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Məktəbdə təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri keçilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olub, pulsuz keçirilirdi. Rus dili Konstantin Uşinskinin “Vətən dili” hesab isə Vasili Yevtuşevskinin “Hesab məsələləri” kitabı əsasında tədris edilirdi. Şuşa Marinski Qız Məktəbi 1894-cü ildən dördsinifli gimnaziyaya çevrildi. 1901-ci il burada təhsil alan şagirdlərin yeddisi azərbaycanlı idi. == Binası == Sovet işğalından sonra binada internat məktəbi fəaliyyət göstərib.
Milli Qadın Şöhrəti Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. == Üzvləri == Anna Dadli Ella Fitscerald Eleonora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri == Xarici keçidlər == Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Milli Qadın Şərəfi Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. == Üzvləri == Anna Dadli Ella Fitscerald Eleonora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri == Xarici keçidlər == Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Milli qadın bəzəkləri
== Tarixi == Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. 3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir. Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır. XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.
Mimozalı qadın (rəsm əsəri)
Mimozalı Qadın — Osman Hamdi Bey'in, həyat yoldaşı Marienin (sonrakı adıyla Nailə xanım) təsvir etdiyi 1906-cı il tarixli tablosudur. == Məlumat == Osman Həmdi Bəy, bu əsərini digər hesabatlarının əksinə şərqşünas bir şəkildə deyil, Avropada görülən axınlara uyğun olaraq çəkmişdir. Fonda hər hansı bir detal və desen yerleştirmemiş, fonu yalnız fon funksiyası görməsi üçün istifadə etmişdir. Fransız olan yoldaşının geyimləri yenə tamamilə dövrün Fransız modasına uyğundur. Həyat yoldaşı, əlində sarı rəngli bir dəstə mimoza çiçəyi tutmaqdadır.
Monteneqroda qadınlar
Monteneqroda qadınlar — cəmiyyətin həyatında mühüm rol oynayırlar. Müasir cəmiyyətdə bir əsr əvvəlki vəziyyətlə müqayisədə qadınlara qarşı daha hörmətli bir münasibət var. == tarix == Monteneqro cəmiyyətindəki qadınların rolunun ən erkən təsvirlərindən biri The New York Times tərəfindən 5 noyabr 1880-ci ildə verilmiş və istehza ilə qeyd etmişdir ki, qadınlar və kişilər bu sahədə işlərini bərabər bölüşsələr də, keçişlər zamanı qadın özü ilə ərinin gətirdiyi hər şeyi daşıyır. Üstəlik həmin qəzetin yazdığına görə qadınlar evi idarə edir, parça toxuyur və sap əyirirdilər. Hollandiyalı yazıçı Henri van der Mandere Monteneqro cəmiyyətindəki qadınların rolunu daha da tənqid edir: arvadın praktik olaraq gücsüz olduğunu və ərindən sonra yükü daşımaq məcburiyyətində olduğunu, qızının isə iradəsinə tabe olmaq məcburiyyətində qaldığını iddia edir. Kişilərlə bir masa arxasında oturmasına icazə verilməyən bir qadını kölə və yük heyvanına bənzədir. Monteneqrolu qızların gözəlliyi arvad olduqları zaman əriyirdi. Antropoloq Zorka Miliçə görə bir qadına münasibət onun neçə oğul və qız övladına sahib olmasından da asılı idi: çox oğlu olan qadınlara hörmət edilirdi. Yuqoslaviya Xalq Qurtuluş müharibəsindən sonra qadınlara orta və ali təhsil almaq, ictimai və siyasi həyatda iştirak etmək və s. hüquqlar verildikdən sonra vəziyyət dəyişir.

Digər lüğətlərdə