Bu söz həm də ölçü vahidi kimi (funt) işlədilib. Yaylı əl tərəzisində şkala olmayan vaxt onun yerinə xırda mıxlar vururlarmış. Qadaq sözü də bununla bağlı işlədilib. Əsl mənası elə “mıx” deməkdir. Заклепка sözünün dilimizdəki qarşılığı qadaqlama kəlməsindən ibarətdir. Mıx fars sözüdür, görünür, onun yerinə bizdə qadaq sözü işlədilib; qıpçaq dillərində kada feili var və ruscaya “вбивать” kimi tərcümə edilib. Qadaq ismi həmin feildən daraq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)