İzobar proses
İzobar proses (yun. "baros" – ağırlıq, çəki) – makroskopik sistemin halının sabit təzyiqdə dəyişməsi prosesi (p = const). Qazı qızdırdıqda onun hərəkət edən porşenli silindrdə genişlənməsini izobar proses hesab etmək olar. İzobar prosesi aşağıdakı nisbətlərə bərabərdir:
Sistemə ötürülən istilik enerjisi iş görülməsinə və sistemin daxili enerjisinin (U) dəyişməsinə sərf olunur. Termodinamikanın birinci qanununa əsasən
Q
=
Δ
U
+
W
{\displaystyle Q=\Delta U+W\,}
burada W qaz tərəfindən görülən iş, U qazın daxili enerji və Q verilən istilik enerjisidir. Qapalı sistemdə təzyiq-həcm işi aşağıdakı kimi müəyyən edilir:
W
=
∫
p
d
V
{\displaystyle W=\int \!p\,dV}
burada Δ bütün proses üzrə dəyişiklik deməkdir, d isə diferensialı bildirir. Təzyiq sabit olduğundan, bu o deməkdir ki
W
=
p
Δ
V
{\displaystyle W=p\Delta V}
İdeal qaz qanununu tətbiq etməklə, alırıq ki
W
=
n
R
Δ
T
{\displaystyle W=n\,R\,\Delta T}
R qaz sabitini, n isə sabit qaldığını qəbul etdiyimiz maddənin miqdarını ifadə edir (məsələn, kimyəvi reaksiya zamanı faza keçidi yoxdur).Daxili enerjinin dəyişməsi sistemin temperaturundan asılıdır.
Δ
U
=
n
c
V
,
m
Δ
T
{\displaystyle \Delta U=n\,c_{V,m}\,\Delta T}
burada cV,m sabit həcmdə molar istilik tutumudur.
Son iki tənliyi birinci tənliylə əvəz etməklə izobar qazlar üçün verilən istiliyin təsiri altında qazın temperatur dəyişməsini təyin edə bilərik.
Q
=
n
c
V
,
m
Δ
T
+
n
R
Δ
T
Q
=
n
Δ
T
(
c
V
,
m
+
R
)
Q
=
n
Δ
T
c
P
,
m
{\displaystyle {\begin{aligned}Q&=n\,c_{V,m}\,\Delta T+n\,R\,\Delta T\\Q&=n\Delta T(c_{V,m}+R)\\Q&=n\Delta Tc_{P,m}\end{aligned}}}
burada cP sabit təzyiqdə molar istilik tutumudur.