QAR

buludlardan buz kristalları formasında düşən yağıntı. Q. çoxbucaqlı, adətən altıbucaqlı ulduz formasında olur. Q. kristallarının diametri bir neçə mm-dən 8-10 sm-ə qədər ola bilər. Q. rütubətli havanın temp-ru 0°-dən aşağı düşdükdə əmələ gəlir.
QANLI YAĞIŞ
QAR ÖRTÜYÜ
OBASTAN VİKİ
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Kadenak-Qar
Kadenak-Qar (fr. Capdenac-Gare, oks. Capdenac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12052. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 4553 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 2631 nəfər (15-64 yaş arasında) arasında 1879 nəfər iqtisadi fəal, 752 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə 67.5%) olmuşdur.
Qar (departament)
Gar (fr. Gard) — Fransanın cənubundakı Oksitaniya bölgəsinin departamentlərindən biri. Adını öz ərazisindən keçən Qar çayından götürmüşdür. Sıra nömrəsi — 30. İnzibati mərkəzi — Nim. Əhalisi — 726.285 nəfər (departamentlər arasında 33-cü yer, məlumatlar 2010-cu il). Sahəsi — 5853 km². Departamentə 3 rayon, 46 kanton və 353 kommun daxildir. Orta əsrlərdə ərazi romalılar tərəfindən məskunlaşmışdı. Hətta buradan Via Domitsia yolu da keçirdi.
Qar (dəqiqləşdirmə)
Qar
Qar (roman)
Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...." Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır.
Qar adamı
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Qar adası
Qar adası (ərəb. جزيرة قارو‎) — Küveytə məxsus olan 9 adadan ən kiçiyi. Adanın sahəsi 3.5 ha, uzunluğu 275 m, eni isə 175 m təşkil edir. Sahildən 37,5 km, Umm-əl-Maradim adasından isə 17,5 km aralıda yerləşir. Hər iki adanı 1977-ci ildə Səudiyyə Ərəbistanı işğal etmişdir. Onlar yerli əhalini və Küveyt ordusunu çıxartmağa müvəffəq olmuşlar. Körfəz müharibəsi zamanı İraqdan azad olunan ilk Küveyt torpağı olmuşdur (21 yanvar 1991).
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qar bemeriyası
Qar bemeriyası (lat. Boehmeria nivea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin bemeriya cinsinə aid bitki növü.
Qar bəbiri
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferi'ə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Qar keçisi
Qar Keçiləri (lat. Oreamnos) — Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan. Qar keçiləri yalnız Şimali Amerikanın Qayalıq dağlarında yaşayır. Bu keçilərin uzun çox six ağ rəngli yunları olur. Əvvəllər bu keçilər insanların ən sevdikləri ov olmuşdular. Hal hazırda Qar keçilərini yalnız ABŞ-nin və Kanadanın qoruqlarında, Alyaskanın bir neçə adasında yaşayırlar. Alyaskanın adalarına kənardan gətirilmişdir. Ömürlərinin çox hissəsini qayalı dağlarda meşə ilə zirvənin sərhəddində keçirirlər. Yayın əvvəllərində çox qısa müddətə şoranlıqlara enirlər. Dirnaqlı heyvanlardan yeganə Qar keçiləri soyuq qışda da dağların daşlı zirvəsini tərk etmirlər.
Qar koramazı
Qar koramazı — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki Qara qoyunu sağaraq elə həmin an onun südünə köhnə, qurd düşməmiş qar əlavə edib qarışdıraraq alınan məhsulu sərinləşdirici içki kimi istifadə edərdilər. Yaylaqlara çıxmış bütün elatların çoxu tarixən bu üsuldan istifadə etmişdir. Qatıq əvəzinə qar qatılması səbəbindəndə bu içkiyə qar koramazı deyərlər. Çobanlar isə qar koramazını əsasən örüşdə edir və qabı qarda basdırarlar. Südlə qarın qarışığı bir xeyli bərkiyərək dondurma halına düşdükdən sonra istifadə edilərdi.Bunu adətən günün isti vaxtlarında edərdilər. Müasir dondurmadan da dadlı olan bu süd məhsuluna şəkər qatılmırdı. Az-az hallarda zövqə uyğun müəyyən qədər bal əlavə edilir. Qar koramazını ən çox çobanlar və ya yayı yaylaqda keçirən ailələr hazırlayırdılar. Qara qoyun südü ilə qarın qarışığı əslində türk dünyasında çox-çox qədimdən istifadə edilən təmiz və sərinləşdirici içkidir.
Qar kraliçası
Qar kraliçası (nağıl) — Hans Xristian Andersenin nağılı Qar kraliçası (roman) — Coan Vincin romanı Qar kraliçası (cizgi filmi, 1957) — rejissor Lev Atamanovun cizgi filmi Qar kraliçası (film, 1966) — rejissor Gennadi Kazanskinin filmi. Qar kraliçası (film, 2002) — amerikan filmi.
Qar kürəciyi
Qar kürəciyi — əsasən şüşədən düzəldilmiş və çox vaxt landşaft modeli ilə birlikdə bir növ kiçildilmiş səhnəni əhatə edən şəffaf kürə. Həmçinin kürəciyin içini su əhatə edir. Suyun vasitəsilə kürəni tərpədəndə ağ zərrəciklər qar lopası kimi yağır.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır. Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir. Tutacaqlar düz və ya əyri ola bilər.
Qar qoyunu
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
Qar ramisi
Qar bemeriyası (lat. Boehmeria nivea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin bemeriya cinsinə aid bitki növü.
Qar topu
Qartopu döyüşü — oyundur, bir-birinə qartopu ataraq hansında ki, adətən iki komanda iştirak edir. Oyun olur, bir qayda olaraq, qışda, o vaxt, haçan ki, qar yaxşı yapışır (adətən mülayim hava vaxtı). Alovlu döyüşün oxşatmasını təşkil edir. İştirakçıların sayı üzrə dünya rekordu 10 fevral 2006-cı ildə Miçiqan texnologiya universitetində təyin edilmişdi, oyunda 3745 tələbə və uşaq iştirak edirdi.
Qar uçqunları
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80–100 m/san, yaş qar uçqununun sürəti isə 10–20 m/san olur. Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40–50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər.
Qar uçqunu
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80–100 m/san, yaş qar uçqununun sürəti isə 10–20 m/san olur. Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40–50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər.
Qar xədicəgülü
Qar xədicəgülü (lat. Galanthus nivalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü.
Qar xətti
Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt. Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasında və Cənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur. Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir.
Qar yağışı
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qar örtüyü
Qar örtüyü — Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir. Mənfi temperaturda yer səthinə yağan qar qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9–10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3 — dan (təzə yağan qar) 0,60q/sm3 — a (yerdə qalaraq əriməyə başlayan)qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
Cəlal Qaryağdı
Cəlal Məhərrəm oğlu Qaryağdı (2 iyun 1914, Şuşa – 1 yanvar 2001, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1960). Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir.
Cənub-şərqi Qaraqum
Cənub-şərqi Qaraqum (türkm. Günorta-Gündogar Garagum) — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum səhrasının tərkibinə daxildir. Səhra Amudərya və Tecen çayları arasənda qərarlaşır. Cənub-şərqi Qaraqum ilə Mərkəzi Qaraqumun sərhədindən Tecen Çarcou dəmir yolu keçir. Cənub-şərqi Qaraqum kifayət qədər düzəngahdır. Hündürlük 50–200 m arasında dəyişir. Qum silsilələri 3–30 m hündürlüyə, 150-200 metr uzunluğa malik olur. Burada barxanlara, şoranlıqlara və takırlara rast gəlmək olur. Cənub-şərqi Qaraqum səhrasında qədim çayın yadağı yerləşir ki, hazırda Qaraqum kanalı axarlar hərəkət edir.
Cənub qaramurdaçası
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Devid Qarrett
Devid Qarrett (alman dili: David Christian Bongartz; 4 sentyabr 1980[…], Aaxen, Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya) — alman-amerikalı skripka ifaçısı-virtuoz, musiqi istiqamətində, caz və rok ilə klassik musiqi sintezinin ifaçısı. David Qarrett 4 sentyabr 1980-ci ildə Almaniyanın Aaxen şəhərində, amerikalı prima-rəqqasə Dove Garreett və alman vəkil və hüquqşünas Georg Peter Bongartzın ailəsində anadan olmuşdur. O bir təxəllüs kimi anasının qızlıq soyadını qəbul etdi, "daha gur və rahat tələffüs olunduğuna görə". Devid Qarrett subaydır. Davidin 4 yaşı olduqda atası böyük qardaşı üçün skripka aldı və beləliklə David musiqiyə maraq göstərdi, tezliklə skripkada ifa etməyə başladı. Bir il sonra, o, müsabiqədə iştirak etdi və ilk mükafatını qazandı. 7 yaşında o, professor Zakhar Bron ilə Lübek Konservatoriyasında skripka çalmağı öyrəndi. 12 yaşından isə o Polşa mənşəli Britaniyalı skripkaçı İda Qendelnən işləməyə başlayır. Onunla görüşmək üçün Devid tez-tez Londona və digər Avropa şəhərlərinə səyahət edir. 17 yaşında o evi tərk edir və Londondakı Kral musiqi kollecinə (Royal College of Music) daxil olur, lakin birinci semestri bitirib onu tərk edir.
Don Kixot (balet, Q. Qarayev)
Don Kixot — Qara Qarayevin 1960-cı ildə yazdığı eyniadlı simfonik qravürlər əsasında bəstəkarın ölümündən sonra 2000-ci ildə ukraynalı baletmeyster Georgi Kovtun tərəfindən səhnəyə qoyulmuş birpərdəli balet-fantaziya. Quruluşçu rəssamları Tahir Tahirov və Ağarəhim Əliyev olmuşdur. Balet tarixində avstriyalı musiqiçi Lüdviq Minkusun yazdığı "Don Kixot" baleti də məlumdur. 1957-ci ildə Qara Qarayev rejissor Qriqori Kozintsevin "Don Kixot" filminə musiqi yazır. Daha sonra, 1960-cı ildə, həmin kino musiqisi əsasında o, çoxhissəli Simfonik qravürlər silsiləsi yaradır.
Drakula: Qaranlıqlar knyazı (film, 1966)
Drakula: Qaranlıqlar knyazı (ing. Dracula: Prince of Darkness) — 1966-cı ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Drakula: Qaranlıqlar knyazı — Internet Movie Database saytında.
Drakula Frankenşteynə qarşı (film, 1971)
Drakula Frankenşteynə qarşı (ing. Dracula vs. Frankenstein) — 1971-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula Frankenşteynə qarşı — Internet Movie Database saytında.
Dred Skot Sanforda qarşı
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Dunay-Qara dəniz kanalı (Rumıniya)
Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır. Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir.
Dəspinə xatun (Qara Yuluq Osman)
Despina xatun (yun. Δέσποινα)— Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Əsl adı bilinmir. Mənbələrdə Despina kimi qeyd olunur. Yunan dilində Despina xatun və ya kraliça mənasına gəlir. Haqqında çox məlumat yoxdur. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir.
Ellipsvari qarağac
Ellipsvari qarağac (lat. Ulmus elliptica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir. Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həm də Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Elnar Qarayev
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru. Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur. Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr.
Elnur Qarayev
Elnur Qalib oğlu Qarayev (13 noyabr 1996, Əli-Bayramlı – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Qarayev 13 noyabr 1996-cı ildə Şirvanda anadan olmuşdur. Orta təhsilini S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Evli olub, övladlı idi. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il noyabrın 13-də qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Elxan Qarayev (polkovnik-leytenant)
Elxanilərin Qarabağ dirhəmi
Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövlətində Qarabağda zərb edilən gümüş dirhəm. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxanilər (1256–1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur. 1,18 q çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: "sultan", ikinci sətirdə uyğurca: "Ənuşirvan", 3-cü sətirdə: "hakimiyyəti davamlı olsun"; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə"; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur", ətrafında 4 xəlifə adları: "Əbubəkr / Ömər / Osman / Əli" sözləri zərb edilmişdir. Ənuşirvanın (745–756 = 1344–1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər. Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildən etibarən Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etmiş, elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir. Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə həm də tarixi Azərbaycanın digər şəhərlərində (Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər istehsal də edilmişdir.
Elyaz Qarayev
Elyaz Vəli oğlu Qarayev (20 oktyabr 1998, Dəymədağlı, Bərdə, Azərbaycan — 28 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elyaz Qarayev 20 oktyabr 1998-ci ildə Bərdə rayon Dəymədağlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar… Atası Elyaz 13 yaşında olarkən vəfat etmişdir. 2005–2016 illərdə orta məktəbdə oxuyub. 2016–2018-ci illlərdə hərbi xidmətini çəkmisdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 28-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Bərdədə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Qarayev
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elçin Qarayev (hərbçi)
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elşən Qarayev
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır. Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır. Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı

Значение слова в других словарях