Elnur Qalib oğlu Qarayev (13 noyabr 1996, Əli-Bayramlı – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elnur Qarayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirvan, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Qalib Qarayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Vikianbarda əlaqəli mediafayllar |
Elnur Qarayev 13 noyabr 1996-cı ildə Şirvanda anadan olmuşdur. Orta təhsilini S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Evli olub, övladlı idi.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il noyabrın 13-də qəhrəmancasına şəhid olmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.