QAPMAQ
QARA
OBASTAN VİKİ
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Kadenak-Qar
Kadenak-Qar (fr. Capdenac-Gare, oks. Capdenac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12052. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 4553 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 2631 nəfər (15-64 yaş arasında) arasında 1879 nəfər iqtisadi fəal, 752 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə 67.5%) olmuşdur.
Qar (departament)
Gar (fr. Gard) — Fransanın cənubundakı Oksitaniya bölgəsinin departamentlərindən biri. Adını öz ərazisindən keçən Qar çayından götürmüşdür. Sıra nömrəsi — 30. İnzibati mərkəzi — Nim. Əhalisi — 726.285 nəfər (departamentlər arasında 33-cü yer, məlumatlar 2010-cu il). Sahəsi — 5853 km². Departamentə 3 rayon, 46 kanton və 353 kommun daxildir. Orta əsrlərdə ərazi romalılar tərəfindən məskunlaşmışdı. Hətta buradan Via Domitsia yolu da keçirdi.
Qar (dəqiqləşdirmə)
Qar
Qar (roman)
Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...." Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır.
Qar adamı
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Qar adası
Qar adası (ərəb. جزيرة قارو‎) — Küveytə məxsus olan 9 adadan ən kiçiyi. Adanın sahəsi 3.5 ha, uzunluğu 275 m, eni isə 175 m təşkil edir. Sahildən 37,5 km, Umm-əl-Maradim adasından isə 17,5 km aralıda yerləşir. Hər iki adanı 1977-ci ildə Səudiyyə Ərəbistanı işğal etmişdir. Onlar yerli əhalini və Küveyt ordusunu çıxartmağa müvəffəq olmuşlar. Körfəz müharibəsi zamanı İraqdan azad olunan ilk Küveyt torpağı olmuşdur (21 yanvar 1991).
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qar bemeriyası
Qar bemeriyası (lat. Boehmeria nivea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin bemeriya cinsinə aid bitki növü.
Qar bəbiri
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferi'ə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Qar keçisi
Qar Keçiləri (lat. Oreamnos) — Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan. Qar keçiləri yalnız Şimali Amerikanın Qayalıq dağlarında yaşayır. Bu keçilərin uzun çox six ağ rəngli yunları olur. Əvvəllər bu keçilər insanların ən sevdikləri ov olmuşdular. Hal hazırda Qar keçilərini yalnız ABŞ-nin və Kanadanın qoruqlarında, Alyaskanın bir neçə adasında yaşayırlar. Alyaskanın adalarına kənardan gətirilmişdir. Ömürlərinin çox hissəsini qayalı dağlarda meşə ilə zirvənin sərhəddində keçirirlər. Yayın əvvəllərində çox qısa müddətə şoranlıqlara enirlər. Dirnaqlı heyvanlardan yeganə Qar keçiləri soyuq qışda da dağların daşlı zirvəsini tərk etmirlər.
Qar koramazı
Qar koramazı — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki Qara qoyunu sağaraq elə həmin an onun südünə köhnə, qurd düşməmiş qar əlavə edib qarışdıraraq alınan məhsulu sərinləşdirici içki kimi istifadə edərdilər. Yaylaqlara çıxmış bütün elatların çoxu tarixən bu üsuldan istifadə etmişdir. Qatıq əvəzinə qar qatılması səbəbindəndə bu içkiyə qar koramazı deyərlər. Çobanlar isə qar koramazını əsasən örüşdə edir və qabı qarda basdırarlar. Südlə qarın qarışığı bir xeyli bərkiyərək dondurma halına düşdükdən sonra istifadə edilərdi.Bunu adətən günün isti vaxtlarında edərdilər. Müasir dondurmadan da dadlı olan bu süd məhsuluna şəkər qatılmırdı. Az-az hallarda zövqə uyğun müəyyən qədər bal əlavə edilir. Qar koramazını ən çox çobanlar və ya yayı yaylaqda keçirən ailələr hazırlayırdılar. Qara qoyun südü ilə qarın qarışığı əslində türk dünyasında çox-çox qədimdən istifadə edilən təmiz və sərinləşdirici içkidir.
Qar kraliçası
Qar kraliçası (nağıl) — Hans Xristian Andersenin nağılı Qar kraliçası (roman) — Coan Vincin romanı Qar kraliçası (cizgi filmi, 1957) — rejissor Lev Atamanovun cizgi filmi Qar kraliçası (film, 1966) — rejissor Gennadi Kazanskinin filmi. Qar kraliçası (film, 2002) — amerikan filmi.
Qar kürəciyi
Qar kürəciyi — əsasən şüşədən düzəldilmiş və çox vaxt landşaft modeli ilə birlikdə bir növ kiçildilmiş səhnəni əhatə edən şəffaf kürə. Həmçinin kürəciyin içini su əhatə edir. Suyun vasitəsilə kürəni tərpədəndə ağ zərrəciklər qar lopası kimi yağır.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır. Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir. Tutacaqlar düz və ya əyri ola bilər.
Qar qoyunu
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
Qar ramisi
Qar bemeriyası (lat. Boehmeria nivea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin bemeriya cinsinə aid bitki növü.
Qar topu
Qartopu döyüşü — oyundur, bir-birinə qartopu ataraq hansında ki, adətən iki komanda iştirak edir. Oyun olur, bir qayda olaraq, qışda, o vaxt, haçan ki, qar yaxşı yapışır (adətən mülayim hava vaxtı). Alovlu döyüşün oxşatmasını təşkil edir. İştirakçıların sayı üzrə dünya rekordu 10 fevral 2006-cı ildə Miçiqan texnologiya universitetində təyin edilmişdi, oyunda 3745 tələbə və uşaq iştirak edirdi.
Qar uçqunları
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun sürəti isə 10-20 m/san olur. Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir.Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər. Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur.
Qar uçqunu
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun sürəti isə 10-20 m/san olur. Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir.Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər. Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur.
Qar xədicəgülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Qar xətti
Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt. Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasında və Cənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur. Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir.
Qar yağışı
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qar örtüyü
Qar örtüyü — Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir. Mənfi temperaturda yer səthinə yağan qar qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9–10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3 — dan (təzə yağan qar) 0,60q/sm3 — a (yerdə qalaraq əriməyə başlayan)qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır.
Azad Qaradərəli
Azad Qaradərəli — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru. Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də — radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Azad Qaraqoyunlu
Azad Qaraqoyunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823-cü ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Azad Qaraqoyunlu kəndi Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. Əsəd bəyin rəiyyətləri olan Qaraqoyunlu kəndinin kəndxudası Rəhim ağa olmuşdur. Bu tarixi sənəddə Qaraqoyunlu kəndinin 29 tüstüdən ibarət olması yazılmış, vergi ödəyənlərin, ödəməyənlərin sayı göstərilmişdir. Kəndin 15 vergi ödəyəni ilə yanaşı, 14 vergi ödəməyəni də olmuşdur. Kəndxuda Rəhim ağanın, onun iki rəncbərinin, Kəndxuda Rəhim ağanın yaxın qohumu Mənsur ağanın, onun iki rəncbərinin, bir mollanın, üç maafın, 1 çayçının, üç yoxsul və dul adamın adı vergi ödəməyənlərin siyahısında idi. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848, 1863-cü illərin siyahıya alınması sənədlərinə istinadən Azad Qaraqoyunlu kəndi III Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. III Qaraqoyunlu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. 1848-ci ilə aid siyahıya alınmada III Qaraqoyunlu kəndinin əhalisi Əsəd bəy Rüstəm bəy oğlunun rəiyyətləri kimi siyahıya alınmışlar. III Qaraqoyunlu 1873-cü ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886-cı ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi qeydə alınmışdır.
Azad Vətən Partiyası (Dağlıq Qarabağ)
"Azad Vətən" (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası. "Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur. 2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur. 2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyası
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya (bundan sonra "Komissiya") "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
Azərbaycan derbisi (Neftçi - Qarabağ)
Neftçi–Qarabağ rəqabəti — "Neftçi" Bakı və "Qarabağ" arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Derbidə ən çox qol vuran futbolçu Reynaldodur. Bu klubların AFFA-nın təşkil etdiyi butun çempionatlarda iştirak etməyi və çox zamanda çempionluq üçun yarışmaları bu iki klubun öz aralarında keçirdikləri oyunları çox prinsipial edir. Bu iki komandanın oyunlarında olan prinsipiallıq bu oyunun "Azərbaycan derbisi" adlanmasına səbəb oldu. Bu klublar SSRİ zamanında heç bir oyunda qarşılaşmayıblar. Səbəbi isə yəqinki hər birinizə məlumdur , futbol dövlət nəzarətində idi və Neftçi Azərbaycan xalqının yığma komandası kimi idi. Bir növ bugünkü Azərbaycan Milli komandasını əvəz edirdi. Zaman gəldi və sovetlər ittifaqı dağıldı. Bütun keçmiş sovet ölkələri kimi Azərbaycanda mustəqil oldu.
Azərbaycan dilinin Qarabağ dialekti
Qarabağ dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Gəncə və Qazax dialektləri, həmçinin ayrım ləhçəsi ilə yanaşı Azərbaycan dilinin qərb dialekt qrupuna daxildir. Azərbaycanın Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli və Tərtər rayonlarında və Xankəndi şəhərində geniş yayılmışdır. Qarabağ dialekti Qarabağ ərazisində yaşayan və geniş əraziyə yayılmış müxtəlif türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Əsrlər boyu inkişaf nəticəsində tayfaların linqvistik xüsusiyyətləri bir-birinə qarışmış, bəzi oğuz və qıpçaq elementləri canlı danışıq dilində öz arxaizmini saxlamışdır. Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir. Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə söykənirdi. Azərbaycan dilində Azərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. 2008.
Azərbaycan qaraçıları
Azərbaycan qaraçıları (özünüadlandırma rom. Dom, pars, kürd domlar, koul) — Azərbaycanda yaşayan azsaylı xalqlardan biri, qaraçıların Azərbaycandakı icması. 1999-cu il və 2009-cu ilin əhali siyahıyaalması prosesində onlar hesaba alınmamışdır, lakin 2010-cu illərə aid edilən müxtəlif mənbələrdə Azərbaycanda yaşayan qaraçıların ümumi sayı təqribi olaraq 1,000, 2,000, 10,000 və 20,000 kimi göstərilmişdir. Qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur. Azərbaycan qaraçıları İrandan çıxan "dom" boyundandırlar. Onlar ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. XIX əsrin sonlarında hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüşti məbədləri ziyarət etməyə gəlmişdilər. Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmiş, lakin deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir. Beləliklə, 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar.
Azərbaycan və Nobel Qardaşları (1992)
Azərbaycan və Nobel qardaşları qısametrajlı sənədli filmi rejissorlar Miri Rzayev və Cəmil Fərəcov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Alis-film" yaradıcılıq birliyində istehsal edilmişdir. Kinolent Nobel qardaşları şirkətinin Azərbaycan fəaliyyətindən danışır. Kinolent Nobel qardaşları şirkətinin Azərbaycan fəaliyyətindən danışır.
Azərbaycan və Nobel qardaşları (film, 1991)
Azərbaycan və Nobel qardaşları qısametrajlı sənədli filmi rejissorlar Miri Rzayev və Cəmil Fərəcov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Alis-film" yaradıcılıq birliyində istehsal edilmişdir. Kinolent Nobel qardaşları şirkətinin Azərbaycan fəaliyyətindən danışır. Kinolent Nobel qardaşları şirkətinin Azərbaycan fəaliyyətindən danışır.
Ağ-Qara Dünya (1991)
Ağ-qara dünya (film, 1991)
Ağ-qara gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Ağ-qara notlar (film, 2010)
Ağ-qara notlar qısametrajlı sənədli televiziya filmi rejissor Elşən Məmmədov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film EL televiziyasında istehsal edilmişdir. Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. Onun indi sayseçmə yetirmələri vardır. Filmdə pedaqoqun özü həyatını və sənət yolunda atdığı addımları nəql edir.
Ağ qargiləmeyvə
Ağ qargiləmeyvə (lat. Symphoricarpos albus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. Şimаli Аmеrikаnın mеşə zоnаsındа yаyılmışdır. Hündürlüyü 1,5-2 m оlаn аlçаqbоy budаqlı kоldur. Оduncаğı yаşımtıl-аğdır. Zоğlаrı nаzik, bоz-qоnur və yа qоnur rənglidir. Tumurcuqlаrı kоnusvаri, хırdа, 1-2 mm, uzunluğundа, qırmızı-qоnur çаlаrlıdır. Yаrpаqlаrı yumurtаşəkilli və yа оvаl fоrmаlı оlub, uzunluğu 2-6 sm-dir. Ucu küt və yа biz, bünövrəsi yumru, sаplаğı qısаdır. Yаrpаq аyаlаrının üstü tünd yаşıl, аlt hissəsi isə аçıq yаşıldır, çılpаq və yа аz tüklü, kənаrlаrı bütöv və yа zəif görünən çıхıntılıdır.
Ağ qargülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Ağ və Qara Şəhər (1908)
Ağ və qara şəhər qısametrajlı sənədli filmi Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. Kinosüjet Bakı həyatından bəhs edir. Rejissor: Miron Qrossman Operator: Miron Qrossman Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ağ və qara (film, 1998)
Ağ və qara şəhər (film, 1908)
Ağ və qara şəhər qısametrajlı sənədli filmi Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. Kinosüjet Bakı həyatından bəhs edir. Rejissor: Miron Qrossman Operator: Miron Qrossman Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ağbaş Qazaxıstan qaramalı
Ağbaş Qazaxıstan qaramalı — ətlik qaramal cinsi. Qazax və kalmık inəklərinin Hereford buğa cinsi ilə cütləşdirilməsindən alınmışdır. Konstitusiyası möhkəm, ətlik keyfiyyəti yüksəkdir; otlaq şəraitində yaxşı kökəlir. Ağbaş Qazaxıstan qaramalının rəngi, əsasən, qırmızı, başı, döşü, qarnı, ayaqlarının aşağı hissəsi və quyruğunun ucu ağ olur. İnəklərin diri çəkisi 540–560 kq, buğalarınkı 850–1000 kiloqramdır. İnəkləri ildə 1300–1700 kq süd verir; Rusiyanın Orenburq, Volqoqrad və Saratov vilayətlərində də yetişdirilir. Бугримов Е. И., Казахская белоголовая порода крупного рогатого скота, М., 1952. Акопян К., Казахский белоголовый скот на Юго-Востоке СССР, Чкалов, 1956. Скотоводство. Крупный рогатый скот, т.
Ağbaş Ukrayna qaramalı
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir. Рабоче-мясной скот // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Ağboğaz qaratoyuq
Ağboğaz qaratoyuq (lat. Turdus albocinctus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağdaş (Qaraqoyunlu)
Ağdaş — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. Kənd 1928-ci il məlumatına görə Bəri və ya Bari olaraq adlandırılmışdır. İğdır ilçə mərkəzinə 28 km, Qaraqoyunlu ilçə mərkəzinə 13 km uzaqlıqdadır.

Digər lüğətlərdə