Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir.
Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.