QARADONLU

400-cü ildə Çiçinin (Günçinin oğlu olub) 9-cu nəslindən olan Balamir ölür və oğlu Ulduz imperator olur. O, 410-cu ildə vəfat edir və yerinə oğlu Qa­ra­don keçir. Qaradonlunun qədim mənası “qarapaltarlı” deməkdir. 415-ci ildə ölür, oğlu Bomçuq (Muncuq) –Atillanın dədəsi –hakimiyyətə keçir. Qaradonlu sözü tarixi baxımdan Ulduz xanın oğlu Qaradonun adı ilə bağlı olaraq yayılmışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QARADAN O YANA RƏNG YOXDUR
QARAGÜL
OBASTAN VİKİ
Qaradonlu
Qaradonlu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Qaradonlu 1938-ci ilə qədər İmişli rayon mərkəzi olmuşdur. Həmin il rayon mərkəzi İmişli qəsəbəsinə köçürülmüşdür.
Qaradonlu bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.