QARATƏPƏ

сущ. щирица, амарант (род растений сем. амарантовых, однолетняя трава)
QARATELLİ
QARATƏPMƏCƏ
OBASTAN VİKİ
Qaratəpə
Azərbaycanda Qaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Gürcüstanda Qaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi. İranda Qara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Qaratəpə (Borçalı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qaratəpə (Bərdə)
Qaratəpə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qaratəpə (Miyanə)
Qaratəpə (fars. قره تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (35 ailə).
Qaratəpə (Mərənd)
Qaratəpə (fars. قره تپه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (42 ailə).
Qaratəpə (Nir)
Qaratəpə (fars. قره تپه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (26 ailə).
Qaratəpə (Nəmin)
Qaratəpə (fars. قره تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 667 nəfər yaşayır (138 ailə).
Qaratəpə (Osmaniyyə)
Qaratəpə (türk. Karatəpə; het Azatiwataya) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi. Obyekt Ceyhan çayının sağ sahilindəki Tavr dağlarında yerləşir. Ərazi Qaratəpə-Aslandaş Milli Parkı daxilindədir. Bura Şərqi Anadoludan şimali Suriya düzənliyinə qədərki keçidi idarə edən qədim Kilikiya şəhəri idi. Şəhər ramızdan əvvəl 12-ci əsrin sonlarında Hett imperiyasının süqutundan sonra mühüm Neo-Hett mərkəzi olmuşdur. Ərazidə aşkarlanan tapıtılar arasında nəhəng tarixi lövhələr, heykəllər, ovçuluq və döyüş səhnələri təsvir olunmuş relyefi olan iki abidə qapısı və avarlı qayıq var. Finikiya və Luvi dilində yazılmış e.ə. səkkizinci əsrə aid iki dilli kitabədə Adana krallarının Luvi dilində mu-ka-sa- (tez-tez "Moxos" olaraq göstərilmişdir), finikiya dilində isə mpš - Mopsos olaraq qeyd edilmiş "Mopsos evi"ndəki fəaliyyətləri əks olunmuşdur. Kitabə əvvəlcə finikiya dilində yazılmış, daha sonra isə luvi hiyeroqlifinə tərcümə edilmişdir.
Qaratəpə (Qarayazı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qaratəpə (Qoşaçay)
Qaratəpə (fars. قره تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 864 nəfər yaşayır (202 ailə).
Qaratəpə (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Qaratəpə (Sayınqala)
Qaratəpə (fars. قره تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (137 ailə).
Qaratəpə (Təbriz)
Qaratəpə (fars. قره تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 436 nəfər yaşayır (120 ailə).
Qaratəpə (Çaypara)
Qaratəpə (fars. قره تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (19 ailə).
Qaratəpə (Şəbüstər)
Qaratəpə (fars. قره تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,768 nəfər yaşayır (496 ailə).
Qaratəpə (Əbhər)
Qaratəpə (fars. قره تپه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Qaratəpə bələdiyyəsi
Qaratəpə bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Sabirabad rayonunda bələdiyyə.
Qaratəpə dağı
Qaratəpə dağı — Şərur rayonu ərazisində dağ (hünd. 1000,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Arpaçayın sağ sahilində, Oğlanqala kəndinin şimal-şərqindədir. Üst Permin Kuberqandı regiomərtəbəsinə aid Qızılqaya lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuşdur. Ətraf düzən relyef fonunda erozion-denudasion mənşəli təcrid olunmuş (qalıq) günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsinə aid Qabaqdağ antiklinalının gömülmüş şimal-şərq qanadının cavan çöküntülər altından yer səthinə çıxışına cavab verir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir. Həmçinin cənub yamacında Orta-Üst Karbon yaşlı qabbro-dolerit tərkibli dayka açılır.
Qaratəpə bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaratəpə bələdiyyəsi (Sabirabad)
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaratəpə yaşayış yeri
Qaratəpə yaşayış yeri (Ağcabədi) —
Hisar-i Qaratəpə (Xoy)
Hisar-i Qaratəpə (fars. حصارقره تپه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (27 ailə).
Qaratəpə-Aslandaş Milli Parkı
Qaratəpə-Aslandaş Milli Parkı (türk. Qaratəpə-Aslandaş Milli Parkı) ― Türkiyənin cənubunda yerləşən, 1958-ci ildə qurulmuş milli park. Su anbarının sahilində yerləşən bu ərazidə arxeoloji açıq hava muzeyi var. Milli park ərazidəki əhəmiyyətli arxeoloji tapıntıların aşkarlanmasından sonra ölkənin bu tipli ikinci qorunan ərazisi olaraq 28 sentyabr 1958-ci ildə qurulmuşdur. Qaratəpə-Aslandaş Milli Parkı Osmaniyyə ilinin Kadirli və Düziçi bölgələrindədir. Qorunan ərazi Osmaniyyənin 30 kilometr (19 mil) şimalında və Kadirlinin 22 kilometr (14 mil) cənub-şərqində yerləşir. Ən yaxın hava limanı 125 kilometr (78 mil) məsafədə yeləşən Adana Şakirpaşa Hava Limanıdır. Milli park Tavr dağlarının ətəkləri ilə Ceyhan çayının keçdiyi Çukurova düzənliyi arasındakı ərazidə yerləşir. Park bit hissəsi Aslantaş bəndinin yaratdığı su anbarının sahilindədir. Ceyhan çayının qolları olan və Aslantaş su anbarına tökülən Hillik, Kırağı, Kışla və Kaplan çayları qorunan ərazinin sərhədlərıni təşkil edir.
Qaratəpə yaşayış yeri (Ağcabədi)
Qaratəpə yaşayış yeri — Azərbaycanın Ağcabədi rayonunun Kəbirli kəndi yaxınlığında e.ə. I minillikdən orta əsrlərə qədərki dövrə aid yaşayış yeri. Sahəsi 2 ha-a yaxındır. qazıntılar zamanı üç mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş,qara rəngli şüyrələnmiş gil qablar, nehrə, ipəyirən, dən daşları və s. tapılmışdır. Ikinci təbəqədən e.ə. V-I əsrlərə aid tikinti qalıqları ilə yanaşı antropomorf və zoomorf qablar da əldə edilmişdir.Təbəqənin üst qatlarından tapılmış gil qabların bir qismi Yaloylutəpə mədəniyyəti üçün xarakterikdir.Hər iki təbəqənin materialları e.ə. I minillikdə Mil düzündə oturaq əkinçiliklə yarımköçəri maldarlığın eyni vaxtda mövcud olmasına baxmayaraq, maldarlığın üstünlük təşkil etdiyini göstərir.Yaxınlıqdakı (4 km) Beyləqan qalasının tərəqqi etdiyi dövrdə Qaratəpə də kiçik yaşayış yeri olub.Bu XI-XIII əsrlərə aid olan III təbəqənin materiallarından da (Örnəqala tipli şirli və şirsiz qablar) aydın görünür.
Qaratəpə (İraq)
Qaratəpə (ərəb. قرة تبة‎, türk. Karatepe) İraqın Diyalə mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kifridən cənubda yerləşir. Şəhərin adı Türk mənşəlidir. == Tarix == 1820-ci ildə Klaudi Riç Qara Təpəyə baş çəkərək onu türkmənlərin məskunlaşdığı bir kənd kimi təsvir edir. 1805-ci ildə 700 evi var idi amma kəndin əhalisi hökumət zülmündən buranı tərk etdiyi üçün, buradakı evlərin sayı 75-ə düşmüşdür. Ceyms Bukingem 1820-ci illərdə Qaratəpəyə baş çəkmiş və onu türkmənlərin məskunlaşdığı kənd kimi təsvir etmişdir. O, kəndin əhalisini 1000 nəfər və sahəsini Kifrinin yarısı qədər qiymətləndirmişdir.
Qaratəpə yaşayış yeri (Beyləqan)
Qaratəpə yaşayış yeri — Beyləqan rayonunun Örənqala kəndi yaxınlığında yerləşən arxeoloji abidə. Abidə e.ə. I minillikdən orta əsrlərə qədərki dövrə aid yaşayış yeridir. Hündürlüyü 4 m, diametri 140 m, sahəsi 2 ha-ya yaxındır. Qazıntılar zamanı qalınlığı 4,6 m olan 3 mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş, qara rəngli şirlənmiş gil qablar, nehrə, ipəyirən, dən, dən daşları və s. tapılmışdır. II təbəqədən (e.ə. V-I əsrlər) dördkünc binanın qalıqları üzə çıxarılmış, antropomorf və zoomorf qablar əldə edilmişdir.