Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəlifə Həftar
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر‎‎; 7 noyabr 1943, Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal. == Həyatı == Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib. Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib.
Həftvan
Həftvan (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Həftəvantəpə yaşayış yeri — Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Şapur (salmas) şəhərindən cənubda yerləşir.
Həşdad
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Həftə
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Həddad xalçaları
Həddad xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.). Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli).
Həftabad (Urmiya)
Həftabad (fars. ‎‎‎هفت اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (81 ailə).
Həftvan (Səlmas)
Həftvan (fars. هفتوان‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının şimal sahilində yerləşir. Dəniz səviyyəsindən 1 392 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.313 nəfər yaşayır.
Rəftar İmanov
Rəftar Cəlil oğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. == Həyatı == Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
Əbdülməsih Həddad
Əbdülməsih Həddad (ərəb. عبد المسيح حداد‎; 1888, Homs – 1963, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçısı və jurnalist.
Ədalətli rəftar
Ədalətli rəftar (ing. Fair Dealing) — termini əsasən müəllif hüquqları qanunlarında istifadə olunur və əsərin müəllif hüquqları ilə qorunan hissələrindən məhdud, ədalətli şəkildə istifadəni tənzimləyir. Termin, müəllif hüquqlarının pozulmadan əsərin müəyyən hissələrinin istifadə olunmasına imkan yaradır. Ədalətli rəftar xüsusilə təhsil, tədqiqat, xəbər yayımı və tənqid məqsədləri ilə bağlıdır. Müəyyən bir istifadə "ədalətli" hesab edilə bilmək üçün bir neçə əsas meyar nəzərə alınır: İstifadənin məqsədi — əgər istifadə tədqiqat, təhlil, xəbər yayımı və ya tədris məqsədi daşıyırsa, bu, ədalətli rəftar hesab oluna bilər. Əsərin məzmunu — məhsul ictimaiyyət üçün geniş şəkildə əlçatan olan materiallar üzərində ədalətli rəftar prinsipi daha geniş tətbiq edilə bilər. İstifadənin miqyası — əsərin çox kiçik bir hissəsinin istifadəsi ədalətli sayıla bilər, lakin əsərin tam surətinin çıxarılması adətən bu prinsiplə uyğun gəlmir. İstifadənin təsiri — əsərin kommersiya dəyərinə və ya müəllifin gəlirlərinə mənfi təsir etməməsi də vacib şərtdir. Əgər istifadə əsərin bazardakı satışlarına və ya müəllifin gəlirlərinə zərər verirsə, bu, ədalətli rəftar sayılmaya bilər. Beləliklə, "ədalətli rəftar" müəllif hüquqları qanununda balans yaradan bir vasitədir və istifadəçilərə, müəllifin icazəsi olmadan da müəyyən şərtlər daxilində əsərdən yararlanmağa imkan verir.
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həmmad ibn Buluqqin
Həmmad ibn Buluqqin Ziri əs-Sanhaci əl-Bərbəri (?-1028) — Həmmadilər sülaləsi və dövlətinin qurucusu. == Həyatı == Fatimi xəlifəsi Muiz-Lidinillaha tabi olaraq Mərkəzi Məğribdə Zirilər dövlətini quran Bərbəri Sanhacə qəbiləsinə mənsub Buluqqin b. Zirinin oğludur. Bir müddət Kayrəvanda fiqh təhsili gördü və cədəl kitablarını incələdi; ancaq cəsur və atılgan şəxsiylə daha çox əsgəri sahədə təmayüz etdi. Buluqqinin yerinə keçən Mənsurun dönəmində (984-996), Əbül-Bahar b. Zirinin Cəzayirdə istiqlalini elan etmə təşəbbüsünü əngəllədi; əsl şöhrətini isə Mənsurdan idarəni alan Badis b. Muiz dönəmində (996-1016) Sanhacə torpaqlarını təhdid edən Zənatəlilər qarşısındakı başarılarıyla qazandı. Badis tərəfindən “naibül-əmir” ünvanıyla ölkənin qərb kəsimində əmin-amanlığı qorumaqla vəzifələndirildi və ona Əşir bölgəsiylə zəbt edəcəyi yeni torpaqlar iqta olaraq verildi. Həmmad, xanədan mənsubu Maksin və Zavi qardaşların üsyanlarını yatıraraq (1000) və Zənatəlilər qarşısında üst-üstə uğur qazanaraq Zab, Məsilə və civarını itaət altına aldı (1005). Ayrıca Badisin izniylə, ələ keçirdiyi torpaqlarda qurulub valiliyinə gətirildiyi yeni vilayətin idari mərkəzi olmaq üzrə Məsilə yaxınında torpağı əkin-biçinə əlverişli bir yerdə Kalatü-Bəni Həmmad deyilən müstahkəm və mükəmməl müdafiə və xəbərləşmə imkanlarına sahib şəhəri inşa etdi.
Həşdad Cüt (Bicar)
Səksən (az.-əski. سکسن‎, fars. هشتادجفت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. == Tarixi == Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Mənim Merilinlə həftəm
Mənim Merilinlə həftəm filmi rejissor Saymon Körtis tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Mişel Vilyams, Kennet Brana və Eddi Redmeyn ifa edirlər. == Məzmun == Kolin Klark adlı gənc oğlan kinematoqrafiya ilə maraqlanır və bu sektorda iş tapmağa çalışır. Bu məqsədlə Londona, Lourens Olivyenin studiyasına gələn gənc burada rejissorun 3-cü assistenti olaraq işə götürülür. İşə başlayan Klark həm Lourensin, həm də Hollivuddan çəkilişlər üçün gəlmiş məşhur aktrisa Merilin Monronun müxtəlif xırda tapşırıqlarını yerinə yetirməli olur. Bu müddət ərzində Merilinlə ünsiyyət quran Kolin onun gözəllyinə heyran olur və aktrisanın streslə mücadiləsinə yardımçı olur.
Həftrud döyüşü (1382)
Həftrud döyüşü — Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir. == Döyüşdən əvvəl == Əhməd Cəlayır Sultan Hüseyn Cəlayıra ani bir basqın edərək öldürdü və özünü hökmdar elan etsədə,onun Hakimiyyətini heçbir əmir tanımadı. Hətta Əhməd Cəlayıra qarşı çıxışlar oldu. Bununla Əhməd Cəlayırın Bağdad şəhərindəki qardaşı Əhməd Cəlayır üzərinə Azərbaycana gəldi və Əhməd Cəlayırda ona qarşı Təbriz yaxınlığında saf qurdu. Lakin, döyüş başlamadan Əhməd Cəlayırın ordudundan bir çox əmir Şeyx Əli'nin ordusuna qatılması ilə Əhməd Cəlayır öncə Xoy şəhərinə sonra isə Qara Məhəmmədin olduğu Naxçıvan şəhərinə gəldi və ona sığındı. == Əhməd Cəlayır ilə anlaşma == Əhməd Cəlayır qaçaraq Naxçıvan şəhərində olan Qara Məhəmmədin hüzuruna gedib ondan yardım istədi.Qara Məhəmməd isə ona : "Biz sizin üçün bu məsələ üzərində işləyəcəyik və Biz mübarizə aparacağıq. Bir şərtlə ki, siz, əsgərləriniz və əmirləriniz ilə yerindən tərpənməyin. Qoy ordun yerində dursun və heç tərpənməsin ki, biz qərar verək Onlarla necə vuruşacığımıza, biz də onlarla vuruşaq, ancaq bir şərt ilə, düşməndən əldə etdiyimiz Qənimət bizim olacaq, sizin və onların bunda gözləri olmayacaq və ona tamah qoymayacaqlar. Əgər qənimət əlinizə düşsə Belə etsələr, aramızda münaqişə və mübahisə yaranacaq". Çarəsiz qalan Əhməd Cəlayır bunu qəbul etdi.
Həfte Tir terroru
Həfte Tir terroru — 28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən baş vermiş çox güclü bir partlayış. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladılmışdı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Həftə içi (qəzet)
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Həftə İçi qəzeti
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həft sin
Həft Sin (başqa cür Həft Sīn (Yeddi S)) (fars. هفت‌سین‎) yaxud yeddi s adlanan Novruzun ənənəvi süfrə bəzədilməsidir. "Yeddi S" süfrəsi hər biri fars əlifbasında sīn (س) ilə başlayan yeddi əşyanı özünə daxil edir. Yeddi S əşyaları bunlardır: Sabzeh (fars. سبزه‎) — qabda böyüdülən buğda, arpa, paxla yaxud mərci cücərtisi olan səməni. Yenidən doğuluşu simvolizə edir. Samanu (fars. سمنو‎) — şirin pudinq buğda dənindən hazırlanır. Rifahı simvolizə edir. Senjed (fars.
Həft övrəng
"Həft övrəng" (fars. هفت اورنگ‎, azərb. Yeddi taxt‎) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur. == Məsnəvilər == Həft övrəng toplusuna yeddi məsnəvi daxildir: Qızıl zəncir (fars. سلسلة الذهب‎) – didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Yusif və Züleyxa (fars. یوسف و زلیخا‎) – Yusif və Potifarın həyat yoldaşı Züleyxanın romantik münasibətlərini İslam ənənələri əsasında təsvir edən romantik poemadır. Peyğəmbərin ruzusu (fars. سبحة الابرار‎) - didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Salman və Absal (fars.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Abdullah ibn əl-Əftas
Abdullah ibn əl-Əftas (d.? - ö.1045) — Əftasilər dövlətinin qurucusu (1022-1045). == Həyatı == Bərbərilərdən Miknasə qəbiləsinə mənsubdur. Kurtubanın şimalındəkı Fahsülbəllutda doğulmuşdu. Atasının adı Məhəmməd ibn Məsləmə (İbn Əftas) idi. Kurtuba Əməvi xəlifələrindən II Hakəmin azad edilmiş qulu olub Batalyevsdə müstəqil bir əmirlik quran Sabur onu özünə xələf seçdi. Saburun 10 şaban 413-cü (8 noyabr 1022-ci) ildə ölümünə görə əl-Mənsur ləqəbiylə başa keçən Abdullah, Batalyevsdə Əftasilər xanədanını qurdu. Hökmdarlığının ilk illəri barış içində keçdi. Ancaq Abbadilərin qurucusu Qadi Məhəmmədin Bəcanı ələ kəçirərək torpaqlarını genişlətmək istəməsi, Abdullah ibn əl-Əftas ilə aralarının açılmasına səbəb oldu. Kadi Məhəmmədin oğlu İsmail ilə Karmunə (Carmona) əmiri Məhəmməd əl-Birzalinin birləşik qüvvələri Abdullahın oğlunun komanda etdiyi Əftasi ordusunu məğlub edincə, oğlu Məhəmməd əl-Əftas əsir alınaraq Karmunəyə göndərildi.
Herta FK
"Herta FK" (alm. Hertha, Berliner Sport-Club e.V.‎) — Bundesliqada mübarizə aparan, Berlin şəhərindən olan alman futbol klubu. 1892-ci ildə qurulub və ölkədəki ən köklü futbol klublarından biridir. 2 qat Almaniya çempionudur. Ev oyunlarını 74,475 tamaşaçı yerləşən "Berlin Olimpiya Stadionu"nda keçirir. == Tarixi == === Yaradılması (1892-1901) === "Herta" futbol klubu bir qrup gənc tərəfindən 25 iyul 1892-də təsis edilib: Fritz və Maks Lindner, Otto və Villi Lorenz. Fritz Lindner "Herta" gəmisində ata ilə səfərini xatırlayana qədər klubu quran şirkət uzun müddət klubun heç bir adı yox idi. Dostları bu ada sevindilər və qısa müzakirədən sonra bir klub - "BFK Hertha 92" ortaya çıxdı. Klub rəngləri üçün dostlar bu günə qədər mövcud buxarlayıcı boru üzərində olan mavi və ağ zolaqlar almaq qərarına gəliblər. "Herta" sözü "Nertus" (alman mifologiyasında məhsuldarlıq ilahəsidir (Ana Yer).
Herta Müller
Herta Müller (alm. Herta Müller‎; 17 avqust 1953[…])) — alman şairə və yazıçı, ictimai xadim, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2009). == Həyatı == Herta Müller 1953-cü ildə Rumıniyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Timişoara Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Federativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Herta Vorell
Herta Vorell (20 Sentyabr 1908 – 5 Aprel 1996) — Almaniyalı film aktrisası. O, 1934-cü il ilə 1995-ci il arasında 75-dən çox film və televiziya şousunda rol oynamışdır. == Filmoqrafiyası == Əgər musiqi üçün olmasaydı (1935) Qırmızı səhləb (1938) Əhsən Akrobat!
Simen Heqstad Krüger
Simen Heqstad Krüger (13 mart 1993) — Norveçli xizək yürüşçüsü. O, FİS Xizək Dünya Kubokunda iştirak etmişdir. Krüger Lin klubunun üzvüdür. O, Norveçi 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etmiş və qızıl medal əldə etmişdir.
4 ay, 3 həftə və 2 gün
4 ay 3 həftə 2 gün (rum. 4 luni, 3 săptămâni și 2 zile) — 2007-ci il Rumıniya istehsalı olan film. Rejissoru Christian Mungiu olan film 2007-ci il Kann kinofestivalında Qızıl Palma Budağı mükafatını qazanmışdır. == Məzmun == Kommunizmin son nəfəslərini verdiyi 1980-ci illərin Rumıniyasında keçən film Otilia və Gabita adındakı iki universitet tələbəsi gənc qızın çətin keçən bir gününü bəs etməkdədir. Evlilik xarici cinsi əlaqədən hamilə qalan Gabita abort olmaq istəməkdədir, lakin Çavuşesku, ölkənin iş gücünə ehtiyac duyduğu üçün o illərdə abortu qadağan etmişdir. Buna görə Gabita körpəsini yox etmək üçün qeyri-qanuni yola müraciət edir. Gabita, bu müddətdə Otilianın dəstəyinə də ehtiyac duyur və bu mövzularda onu tək buraxmamasını istəyir. Gabitanın utancaqlığından ötəri bütün işləri Otilia edir. Bebe deyilən adamla görüşür və onu otel otağına gətirir. Dostlarından aldıqları məlumatlarla müəyyən miqdarda pul ilə nəticələndirəcəklərini düşündükləri abort işini, Bebenin istəkləriylə gözləmədikləri nəticəyə gətirirlər.
4 ay 3 həftə 2 gün (film, 2007)
4 Ay, 3 Həftə, 2 Gün (film, 2007)
4 ay 3 həftə 2 gün (rum. 4 luni, 3 săptămâni și 2 zile) — 2007-ci il Rumıniya istehsalı olan film. Rejissoru Christian Mungiu olan film 2007-ci il Kann kinofestivalında Qızıl Palma Budağı mükafatını qazanmışdır. == Məzmun == Kommunizmin son nəfəslərini verdiyi 1980-ci illərin Rumıniyasında keçən film Otilia və Gabita adındakı iki universitet tələbəsi gənc qızın çətin keçən bir gününü bəs etməkdədir. Evlilik xarici cinsi əlaqədən hamilə qalan Gabita abort olmaq istəməkdədir, lakin Çavuşesku, ölkənin iş gücünə ehtiyac duyduğu üçün o illərdə abortu qadağan etmişdir. Buna görə Gabita körpəsini yox etmək üçün qeyri-qanuni yola müraciət edir. Gabita, bu müddətdə Otilianın dəstəyinə də ehtiyac duyur və bu mövzularda onu tək buraxmamasını istəyir. Gabitanın utancaqlığından ötəri bütün işləri Otilia edir. Bebe deyilən adamla görüşür və onu otel otağına gətirir. Dostlarından aldıqları məlumatlarla müəyyən miqdarda pul ilə nəticələndirəcəklərini düşündükləri abort işini, Bebenin istəkləriylə gözləmədikləri nəticəyə gətirirlər.