QOBURLU
QOBUZ
OBASTAN VİKİ
Qobustan
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Qobustan bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərəkənd (Qobustan)
Dərəkənd — Azərbaycan Respublikasının Qobustan rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Keçmiş adı Mərəzəli Dərəkənd olmuşdur. Yaşayış məntəqəsi keçmiş Mərəzə (indiki Nəriman kəndi) kəndindən köçmüş ailələrin Zəngidərə çayının (Pirsaat çayının qolu) dərəsində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. == Tarixi == Kəndin XIX əsrdə salınması haqqında məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 426 nəfər əhali yaşayır.
Göydərə (Qobustan)
Göydərə — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tatixi == == Coğrafiyası və iqlimi == Kənd coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Kəndin dəmyə torpaqlara və geniş otlaq sahələri var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === İlqar Məmmədov — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri. Telman Güləliyev — biologiya elmləri namizədi. Ağaseyid Camalov — cərrah. Vəli Vəliyev — iqtisad elmləri namizədi. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Nardaran (Qobustan)
Nardaran — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. Burada olan köhnə qəbiristanlıq isə XV-XIX əsrdən qalıb. Kənd dağətəyi ərazidədir. Əhali maldarlıq, heyvandarlıqla məşğul olur. Nardaran kəndində elektrik enerjisi olsa da, yanacaq kimi kənd əhalisi gərmədən (heyvanların peyinin qurudulmuş forması) istifadə edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır.
Nərimankənd (Qobustan)
Nərimankənd (tarixi adları: Mərəzə və Molokan Mərəzəsi) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Kənd Dağətəyi ərazidədir. Nərimankənd kəndinin keçmiş adı ilk öncə Mərəzə, sonra isə Molokan Mərəzəsi olmuşdur. Kəndin əsası XIX əsrdə əraziyə köçən rus (konkret olaraq molokan) ailələri tərəfindən "Mərəzə" adıyla qoyulmuşdu. Lakin qonşuluqdakı müsəlman azərbaycanlıların yaşadığı digər Mərəzə kəndi (indiki Qobustan şəhəri) ilə səhv salınmaması üçün, bu iki kənd Molokan Mərəzəsi və Müsəlman Mərəzəsi adları ilə fərqləndirilmişdilər. İndiki Nərimankənd ərazisi də məhz Molokan Mərəzəsi idi. Sovet dövründə, kollektivləşmə illərində Molokan Mərəzəsi kəndinin adı dövlət xadimi Nəriman Nərimanovun şərəfinə Nərimankənd olaraq dəyişdirilmişdi. Memorial toponimdir. Eyni zamanda, Müsəlman Mərəzəsi kəndi böyüyərək şəhər statusu alıb, Qobustan rayonunun inzibati mərkəzi statusunu qazanmışdı.
Poladlı (Qobustan)
Poladlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax r-nunun ərazisinə köçməsi haqqında da məlumat var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.
Qobustan (1991)
Film Azərbaycanın qədim daş abidəsi Qobustan haqqındadır.
Qobustan (Abşeron)
Qobustan — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Qobustan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Pirəkəşkül kənd Sovetinin tərkibinə verilmişdir. Qobustan kəndinin ərazisində 2024-cü il iyun ayının 13-də rəsmi açılışı olan Palçıq Vulkanları Turizm Kompleksi yerləşir.
Qobustan (Qaradağ)
Qobustan — Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. Qobustan qəsəbəsində 195 saylı orta məktəb fəaliyyət göstəririr. Məktəb Milli qəhrəman Yusif Əliyevin adını daşıyır. Məktəbdə Yusif Əliyevin büstü qoyulmuşdur. Qobustan qəsəbəsində Aşıq Rza adına Mədəniyyət evi var.
Qobustan (dəqiqləşdirmə)
Qobustan rayonu — Azərbaycan Respublikasında rayon. Qobustan — Qobustan rayonunun inzibati mərkəzi. Qobustan (Abşeron) — Abşeron rayonunda kənd. Qobustan (Qaradağ) — Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Bakı şəhərinin Qaradağ rayonundakı Qobustan qəsəbəsində dövlət tarixi-bədii qoruğu. Qobustan — silsilə televiziya verilişi. Qobustan radiosu — Krım vilayətinin Sevastopol şəhərində Azərbaycan dilində yayımlanan radio. Qobustan jurnalı — Azərbaycanda nəşr edilən rüblük incəsənət toplusu. Qəbristan / Gəbristan mahalı — Şirvan xanlığının tarixi mahallarından biri (hazırda Qobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazilərini əhatə edir). Qobustan (film, 1967) — sənədli film.
Qobustan (jurnal)
"Qobustan" — 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu. İncəsənət almanaxının davamıdır. İlk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. İldə dörd dəfə çıxan toplunun indiyəcən 132 sayı işıq üzü görmüşdür. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır. 2 İyul 2021-ci ildə jurnalın baş redaktorluğu yazıçı Pərvin Nurəliyevaya həvalə olunmuşdur. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. "Qobustan" öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.
Qobustan bələdiyyələri
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobustan bələdiyyəsi
Qobustan bələdiyyəsi (Qaradağ) — Bakının Qaradağ rayonunda bələdiyyə
Qobustan həbsxanası
Qobustan həbsxanası — Ədliyyə nazirliyinin nəzdində fəaliyyət göstərən qapalı cəza çəkmə mərkəzi. AZ-1080, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Qobustan jurnalı
"Qobustan" — 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu. İncəsənət almanaxının davamıdır. İlk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. İldə dörd dəfə çıxan toplunun indiyəcən 132 sayı işıq üzü görmüşdür. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır. 2 İyul 2021-ci ildə jurnalın baş redaktorluğu yazıçı Pərvin Nurəliyevaya həvalə olunmuşdur. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. "Qobustan" öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.
Qobustan kurqanları
Qobustan kurqanları — Qobustanda Böyükdaş və Kiçikdaş dağları ətəyində kurqanlar. Daş və torpaq örtüklüdür. Qobustan kurqanları üçün örtük halında bir cərgə düzülmüş dairəvi daş səciyyəvidir. Qobustan kurqanları həmçinin tikinti xüsusuyyətinə malikdir. Ölülər sağ və ya sol böyrü üstə, bükülü, xəndəkli və ya xəndəksiz qutu qəburlərdə dəfn olunub. Yalnız bir qəbirdə ana ilə işağın burgə dəfni müşahidə edilib. Bəzi kurqanlarda ölü qırmızı rənglə boyanıb. Qobustan kurqanları Tunc dövrünə aiddir.
Qobustan kölgələri
"Qobustan kölgələri" — Bəstəkar Fərəc Qarayevin yazdığı və xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş verdiyi dördpərdəli balet. Libretto Vyaçeslav Yesman və Maqsud Məmmədovundur. Premyera 1969-cu ilin may ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub: rəssam Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev idi. Əsərin xaricdə ilk nümayişi Parisdə olub. Bu baletin əsas ideyası alt-bilincdəki qarmaqarışıqlığa təbiətlə ünsiyyət, əmək yoluyla qalib gəlmək mümkünlüyünü göstərməkdir.
Qobustan malloziyası
Qobustan malloziyası (lat. Mallosia galinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinin malloziya cinsinə aid heyvan növü. Erkək fərdlərdə bədənin uzunluğu 21.0-31.5 mm, eni 5.5-9.5 mm, dişilərdə bədənin uzunluğu 24.8-31.8 mm, eni 7.0-9.8 mm-dir. Qanadüstlükləri iri punktirlidir. Punktirlər qalxancığın yanında daha kobud, qırışıqlı və birləşmişdir. Qalxancıq üzərində medial çökük aydın görünür. İranın şimalında və Türkiyədə rast gəlinir. Azərbaycanda yarımnövünə Qobustan rayonunun şərqində, Ceyrankeçməz vadisində və Giləzi ərazisində rast gəlinir. Böcəklər may və iyunda nadir hallarda ferula cinsindən olan iri (çətirçiçəklilər fəsiləsi) bitkilərin gövdə və köklərində görünür. Sürfələr bu bitkinin köklərində qidalanır.
Qobustan petroqlifləri
Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər. Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4–5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır. Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur. Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir.
Qobustan radiosu
Qobustan radiosu — Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində yayımlanan radio. Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində “Qobustan" radiosu on iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan milli adət-ənənələrinin, tanınmış ziyalılarının, mədəniyyətinin, incəsənətinin, həmçinin erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri vandal aktları barəsində yerli əhaliyə ətraflı məlumatlar verilir, klassik musiqilərimiz səsləndirilir. “Qobustan” radiosu getdikcə öz proqramlarını zənginləşdirmiş və rəngarəng verlişləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. 2010-cu ilin əvvəllərində radionun 150-ci verilişi dinləyicilərə təqdim olunmuşdur. "Qobustan" bu radionun yaradılmasında və yerli əhali arasında böyük nüfuz qazanmasında onun redaktoru Həbib Əliyevin xüsusi əməyi olmuşdur.
Qobustan rayonu
Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir. Qədim yaşayış mərkəzlərindən biri olan Qobustan qəsəbəsi Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer, ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıqda "qobu", quru və ya müvəqqəti su axan dərə, yarğan landşaftlarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, ərəb dilində "qabustan" - müqqəddəs yer sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın, "stan" isə məkan mənasını verir. "Qabus - can" və ya "Qabistan" Allaha yaxın məkan deməkdir.
Qobustan xalçaları
Qobustan xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qədirli (Qobustan)
Qədirli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır.
Qobustan FK
Qobustan FK və ya digər adı ilə Qobustan Futbol Klubu. 1995-ci ildə Bakının Qaradağ Rayonunun Qobustan qəsəbəsini təmsil edən klub, hazırda Region Liqasında çıxış edir. İnstegram — qobustan_fk Təməli 1995-ci ildə qoyulmuşdur "Qobustan" futbol klubu Anatoli Banişevski adına keçirilən yarışın qalibi, həvəskar klublar arasında keçirilən Republika Çempionatının 3-cüsüdür. 2017-ci ildə klub "Region Liqası"nda çıxış etməyə başlayıb. "Bakı Zonasında" iştirak edib, 2 mövsümün ardından, 2019-cü illərdə stadionunun təmir edilməsi səbəbilə "Cənub Zonasına" köçdü. 2023-cü ildə Samir İsayev ilə müqavilə imzalayıb. Belə ki, 10 oyunda 20 xal toplayan klub, sadəcə 2 oyununda məğlubiyyətlə üzləşib. Emblemin üzərində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda yer alan oyma təsvirinə yer verilib. Bu klubun təmsil etdiyi ərazi ilə bağlıdır. Klubun emblemində qaya üstü təsvirin bənzərinə yer verilməsi o qədər də təəccüblü deyil.
Pirəkəşkül-Qobustan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poladlı bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobustan-Abşeron fiziki-coğrafi rayonu
Qobustan-Abşeron fiziki-coğrafi rayonu — Şamaxı-Qobustan sinklinorisini və Abşeron yarımadasını əhatə edir. Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alçaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır. Bölgə paleogenin, neogenin və dördüncü dövrün əhəngdaşlarından, qum və gillərindən təşkil olunmuşdur. Alçaq dağlıqdan və dağətəklərindən ibarət olan bu ərazidə dağ tirələri, yastanlar, dağarası çökəkliklər, düzəlmə səthləri, dəniz terrası düzənlikləri əsas yer tutur. Burada əsasən ariddenudasiya, eroziya-denudasiya, abraziya və akkumulyasiya relyefəmələgətirici proseslər üstünlük təşkil edir. Azərbacanın ərazisində inkişaf etmiş palçıq vulkanlarının iri, sıx və aktiv olanları bu rayon daxilindədir. (Torağay, Axtarma Paşalı, Otman Bozdağ və s) Qonustan-Abşeron fiziki-coğrafi rayonunun ərazisi yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi zonasına daxildir.
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı — Qobustan-Cəngiçay alçaq dağlıq vadisində yaradılan yasaqlıq. 2010-cu ilin dekabr ayında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığından yasaqlığa ilk ceyran sürüsü buraxılmışdır. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır.
Qobustan (film, 1967)
Çəkiliş baxımından eksperimental xarakter daşıyan bu filmdə həm elmi-kütləvi, həm də kinooçerk janrlarından elementlər vardır. Filmdə Azərbaycan xalqının həyatının müxtəlif dövrlərinə aid olan Qobustan qayaüstü təsvirlərinin tarixi tədqiqinə xüsusi diqqət yetirilmişdir. Filmdə Qobustanla bərabər Bakının müxtəlif güşələrini-memarlıq abidələrini, neft mədənlərini, Bakı limanını, neftçıxarma qurğularını, mehmanxananın inşasını, rəssam Toğrul Nərimanbəyovun emalatxanasını əks etdirən səhnələrə də yer ayrılmışdır. 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Ən yaxşı operator işinə görə operator Zaur Məhərrəmova Diplom verilmişdir. Rejissor: Oqtay Mirqasımov Ssenari müəllifi: Anar Rzayev, Oqtay Mirqasımov Operator: Zaur Məhərrəmov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Şamil Kərimov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Qobustan (film, 1991)
Film Azərbaycanın qədim daş abidəsi Qobustan haqqındadır.
Qobustan (film, 1997)
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qobustan adının minimal Jegkeheen və anlamı barədə müxtəlif tedqiqatçılar ferqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir.
Qobustan bələdiyyəsi (Qaradağ)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə