Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lənbəran
Lənbəran — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati-ərazi vahidində kənd. Kənd qədimliyi ilə tanınır. == Tarixi == Azərbaycanın Bərdə rayonunun böyük yaşayış məntəqələrindən biri olan bu kəndin qədim tarixi var. Kəndin adı Ləmbəran variantında da qeydə alınmışdır.Yaşayış məntəqəsinin adı ilk dəfə XII əsrdə Xaqaninin əsərlərində çəkilir. Bir qism tədqiqatçılar oykonimi fars dilindəki ləmbir (çay vadisi) sözü ilə əlaqələndirirlər.Lənbəran kəndi Azərbaycanın ən qədim tarixə malik olan kəndlərindən biridir. Tarixi mənbələrin verdiyi məlumata görə, Lənbəran kəndi 1174-cü ildə slavyanların hücumuna məruz qalmış və üç il slavyanların əsarəti altında olmuşdur. 1177-ci ildə I Şirvanşah Axsitan tərəfindən kəndimiz slavyan əsarətindən xilas edilmişdir. Lənbəran kəndi Qarabağın ən qədim şənliklərindən biridir. Bu kənd səfəvilər dönəmində Bərdə qəzasına bağlı idi. Xanlıq dönəmində isə Kəbirli mahalının inzibati-ərazi vahidələrindən hesab olunurdu.
Lənkəran
Lənkəran — Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Veravul, Qumbaşı, Boladi, çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır. Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır.
Alekseyevka (Lənkəran)
Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır. Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur.
Cil (Lənkəran)
Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd. Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir. == Coğrafiyası == Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin] == Əhalisi == Əhalisi 2454 nəfərdir. == Toponimiyası == Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır. Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür. == İqtisadiyyatı == Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur.
Cəvahirnameyi-Lənkəran
Cəvahirnameyi-Lənkəran - Talış xanlığının iqtisadi, coğrafi və tarixi həyatından bəhs edən, həmçinin ərazinin Rusiya tərəfindən zəbt olunması məsələsinə toxunan əsərlərdən biridir. Əsər Seyidəli Kazım bəy oğluna məxsusdur. Bu əsər cəmi 43 vərəqdən ibarət olub,1869-cu ildə fars dilində yazılmışdır. Əsər müqəddimə, altı fəsil və son sözdən ibarətdir. Əsərin müqəddiməsi onun yazılma məqsədini aydınlaşdırır. Əsərin birinci fəslində müəllif Lənkəran sözünü, ikinci fəslində isə sözün mənşəyini izah etməyə çalışır. "Cəvahirnameyi-Lənkəran"ın üçüncü fəsli Lənkəran xanlığının sərhədlərinə və təbii sərvətlərinə həsr edilmişdir. Dördüncü fəsildə Lənkəran xanlığının iqlimindən bəhs olunur. Əsərin beşinci fəsli ərazidə yaşamış bir sıra müqəddəs adamların həyatından və məqbərə abidələrindən bəhs edir. "Cəvahirnameyi-Lənkəran"ın altıncı fəsli Talış xanlığınının qısa tarixindən bəhs edir.
Digah (Lənkəran)
Digah — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimiyası == Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. == Əhalisi == Əhalisi 2445 nəfərdir. == Din == Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.
Haftoni (Lənkəran)
Haftoni — Azərbaycan Respublikasının Lənkəran rayonundan 12 km şimal-qərbdə yerləşən şəhər tipli qəsəbə. Dağətəyi ərazidədir. == Etimologiya == Haftoni sözü, talış dilindən "Yeddi bulaq" (haft-yeddi, honi-bulaq) kimi tərcümə olunur.[mənbə göstərin] == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir./ Tədqiqatçı-tarixçi Aqşin Əliyev özünün Haftoni adlı kitabında qəsəbənin tarixi və etnoqrafiyası haqda geniş məlumat vermişdir. == Coğrafiyası və iqlimi == Talış dağlarının ətəyində yerləşir.
Kosalar (Lənkəran)
Kosalar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 271 nəfər əhali yaşayırdı. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Liman (Lənkəran)
Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == 1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir. == Əhalisi == 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Lənbəran bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lənkəran qəzası
Lənkəran qəzası (rus. Ленкоранский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lənkəran şəhəri idi. == Tarixi == Hələ çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran şəhəri idi. Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi.
Lənkəran qəzeti
"Lənkəran" ictimai-siyasi qəzeti Azərbaycan Respublikasının Lənkəran rayonunda fəaliyyət göstərir. “Lənkəran” qəzeti 1931-ci ildən nəşrə başlayıb. “Sıə Tolış” (“Qızıl Talış”) adı ilə nəşrə başlayan qəzet müxtəlif illərdə “Sosialist subtropikası”, “Leninçi (qəzet)”, 1990-cı il sentyabrın 22-dən isə “Lənkəran” adı ilə fəaliyyət göstərib. Qəzetin baş redaktoru İltifat Əhmədovdur. 2011-ci il 21 iyul tarixində qəzetin 80 illik yubileyi geniş təntənə ilə qeyd edilib.
Lənkəran rayonu
Lənkəran rayonu — Azərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 153.940 hektardır. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir . == Tarixi == XVIII əsrdə Talış xanlığı yaradıldı. Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi.
Lənkəran soğanı
Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır.
Lənkəran xanlığı
Talış xanlığı (talış:Tolışə xanəti) (fars:خانات تالش)— Şimali Azərbaycan xanlıqlarından biridir. Ərazisi təxminən 8000 kv. verst idi. Talış xanlıq 6 mahala bölünürdü. Bunlar, Ərkivan, Dərin, Alar, Məringül, Zuvand və Sepidac idi. 235 kəndi birləşdirən xanlıqda təxminən 40 minə yaxın əhali yaşayırdı. == Tarixi == 1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi. Xanlığın ərazisi demək olar ki, Azərbaycan Respulikasının indiki Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan ostanının Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edirdi. Sərhədləri təxminən şimaldan Bolqarçayın, şərqdən Kür çayının mənsəbinədək Xəzər dənizinə, cənubdan və qərbdən İran sərhədlərinə qədər bir ərazini əhatə edirdi.
Lənkəran çökəkliyi
Lənkəran çökəkliyi - Xəzər dənizinin cənubunda yerləşən çökəklik. Xəzər dənizinin «Cənubi Xəzər» adlanan hissəsində yerləşir. Çökəkliyin maksimal dərinliyi 1025 metrdir. Öz adını Azərbaycanın Lənkəran şəhərindən almışdır.
Lənkəran çılpaqçası
Lənkəran çılpaqçası (lat. Oxynoemacheilus lenkoranensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bel üzgəcində bəzən 9 şaxəli şüanın olması, bir qədər uzun başı və üzgəcləri, ölçüsünün kiçikliyi ilə tipik növdən fərqlənir. == Yayılması == Onun yayılması Lənkəran vilayətindəki bir neçə çayla (Lənkəran, Viləş, Qumbaşı, Təngəru, Astara) məhdudlaşır. == Yaşayış yeri və həyat tərzi == Daşlı və ya daşılı-qumlu dibi olan kiçik çaylardayaşayan şirinsu balığıdır. Xironomid, gündəcə sürfələri, bəzən diatom su bitkiləri ilə qidalanır. Nadir hallarda taxtabitiləri yeyir. == Çoxalması == Çoxalması və böyüməsi öyrənilməmişdir. Y.Ə.Əbdürrəhmanova (1962) görə uzunluğu 39-60, ortalam 38,5 mm-dir. == Təsərrüfat əhəmiyyəti == Lənkəran çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.
Lənkəran şəhəri
Lənkəran — Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Veravul, Qumbaşı, Boladi, çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır. Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır.
Lənkəran Əliyev
Əliyev Lənkəran Əbülfət oğlu (Azərbaycan Respublikası) — Azərbaycanlı general-mayor; Qarabağ müharibəsi iştirakçısı, Müdafiə Nazirliyi Hərbi təhsil idarəsinin bölmə rəisi, Təlim Tədris Mərkəzinin rəisi (?–2009); Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi (2009–?). == Həyatı == Lənkəran Əliyev 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi olmuşdur. 2009-cu ilin noyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi təyin olunmuşdur. == Qarabağ müharibəsində iştirakı == Lənkəran Əliyev 1990-cı illərdə demək olar ki, ordunu çiyinlərində quran, ən şərəfli döyüş yolu keçmiş və konkret olaraq ordu quruculuğu sahəsində mübaliğəsiz olaraq tayı-bərabəri olmayan əsil Azərbaycan zabiti olmuşdur. O, Gəncəbasar-Qarabağda Azərbaycanın Mustafa Kamal Paşası kimi tanınır. Lənkəran Əliyev briqada yaradıb qurduğu hərbi-hissə heyəti ilə əvvəldən sona qədər ön cəbhədə, döyüş xətdində dayanan yeganə döyüş komandirlərindəndir. == Ailəsi == Lənkəran Əliyevin qardaşı oğlu Emin Əliyev 2011-ci ildə cəbhə xəttində şəhid olmuşdur.
Lənkəran (dəqiqləşdirmə)
Lənkəran (qəzet) — Lənkəranda çap olunan qəzet. Lənkəran (şəhər) — Azərbaycanda şəhər. Lənkəran rayonu — Azərbaycanda rayon. Lənkəran qəzası — mövcud olmuş inzibati–ərazi vahidi.
Lənkəran (qəzet)
"Lənkəran" ictimai-siyasi qəzeti Azərbaycan Respublikasının Lənkəran rayonunda fəaliyyət göstərir. “Lənkəran” qəzeti 1931-ci ildən nəşrə başlayıb. “Sıə Tolış” (“Qızıl Talış”) adı ilə nəşrə başlayan qəzet müxtəlif illərdə “Sosialist subtropikası”, “Leninçi (qəzet)”, 1990-cı il sentyabrın 22-dən isə “Lənkəran” adı ilə fəaliyyət göstərib. Qəzetin baş redaktoru İltifat Əhmədovdur. 2011-ci il 21 iyul tarixində qəzetin 80 illik yubileyi geniş təntənə ilə qeyd edilib.
Lənkəran (şəhər)
Lənkəran — Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Veravul, Qumbaşı, Boladi, çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır. Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır.
Lənkəran Gülxətmisi
Lənkəran abidələri
== Bala-Şürük məscidi == Lənkəran rayonu Bala-Şürük kəndində yerləşən bu abidə XIX əsrdə tikilmişdir. Məscid yerli ağsaqqalların təşəbbüsü ilə Yuxarı Nüvədili zadəgan və mesenat Hacı Hacıbala tərəfindən verilən vəsait hesabına tikilmişdir. Sonralar Hacı ermənilər tərəfindən qətlə yetirilmişdir. Abidənin uzunluğu 14 m, eni 6 m, hündürlüyü 6 m, divarın qalınlığı 90 sm. Tədqiqatçı — tarixçi Aqşin Əliyev özünün Cənub bölgəsinin abidələr ensiklopediyası kitabında geniş məlumat vermişdir. Abidə dövlət qeydiyyatına alınıb, mühafizə olunur. == Seyid Xəlifə türbəsi == Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışlar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən, Lənkəranın ərazisində də məskunlaşmışdır. Bu yerlərdən biri də Lənkəran rayonu ərazisində olan qədim kəndlərdən biri Cil kəndidir. El arasında Se Xəlifə, yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən şəxslərin məzarlarıdır.
Lənkəran aeroportu
Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib. Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır. == Tarixi == 1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport şəhərin qərb hissəsində, Narbağı adlanan ərazidə, Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.
Ləmbəran
Ləmbəran (Kəlbəcər)
Zəngəran
Hamarkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Hamarkənd Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim hamar (düzən) və kənd sözlərindən düzəlib, "düzənlikdə yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də düzənlikdə salınmışdır. == Tarixi == "Azərbaycan toponimlərinin ensklopedik lüğəti"ndə Hamarkənd oykonimi hamar (düzən) və kənd şəklində, yəni, "düzəndə yerləşən kənd" mənasında izah edilmişdir. Kəndin son dəfə salınma tarixi Səfəvilər dövrünə təsadüf edir. Kəndin əsasını Bəylərli tayfası qoymuşdur. Ətraf kəndlərə nisbətən düzənlikdə və hamar yerdə yerləşdiyi üçün 19-ci əsrin əvvəllərindən kəndin adı dəyişilərək, Hamarkənd adlanır. Kəndin əsasını qoymuş "Bəylərli" tayfasının, Bəy Yurdunun tarixini araşdırmaq üçün qəbristanlığındakı, məzarüstü abidələrin, baş daşlarının, sinə daşlarının üzərindəki yazı və naxışlarının araşdırılıb öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademyasının arxeologiya institunun əməkdaşı tərəfindən tədqiq edilərək bildirilmişdiki bu tayfa 13-15 ci əsrin nümunələrinə təsadüf edir, daha doğrusu 1500-cü ildə Şah İsmayıl Xətainin qurub-yaratdığı qüdrətli Azərbaycan Dövlətinin, Səfəvilərin "Şiəlik" məzhəbinin kökündən gəlir.Bu tayfa sırf Bəylərbəyi tayfalarının bir qoludur.
Latəran
Latəran (fars. لاطران‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (35 ailə).
Ənbəran
Ənbəran— İranın Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində şəhər və bəxşin paytaxtı. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6.161 nəfər və 1.532 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti sünni şafi inanclı talışlardan ibarətdir və talış dilində danışırlar.
Luteran
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.