quş bişirmək

to play the coward / Cf. to be in a pretty funk / to show the white feather / to get (have) cold feet / to turn white-livered / to cry craven труса праздновать (сильно бояться, беспокоиться)
quruyub mat qalmaq
Quş dimdiyi ilə, insan biliyi ilə tanınar.
OBASTAN VİKİ
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Bülbül (quş)
Kardinal (quş)
Kivi (quş)
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Quş (Maku)
Quş (fars. قوش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (70 ailə).
Quş adası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. Quş adası (Slovakiya) — Slovakiyanın qərbində yerləşən ada.
Quş alimi
Quş koloniyası
Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür. Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80–120 nm-dir, bəzən sapkimi şəkildə 400–800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
Quş quşüzümü
Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Vətəni Avstraliya və Yeni Zellandiyadır. Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır. Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir.
Quş qırxbuğumu
Quş qırxbuğumu (lat. Polygonum aviculare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Quş şəlaləsi
Quş (rus. Птичий) — Rusiyanın Saxalin vilayətində, Kunaşir adasında yerləşən şəlalə. Quş şəlaləsi Kusirodan 254,5 km şimal-şərqdə yerləşir. Şəlalə Kuril qoruğunun əsas görməli yerlərindən biri hesab olunur. Şəlalə Quş (Ptiçaya) çayının Oxot dənizinə töküldüyü yerdə formalaşmış. Şəlalə Kunaşir adasının ən böyük və ən enli şəlaləsidir: Hündürlüyü 12 metr, eni isə 20 metr olan şəlalə yağışlı mövsümdə ən enli səviyyəsinə çatır. Şəlalədən yuxarıda bir çox mineral bulaqlar yerləşir. Bulaqların suyu çayın rəngini parlaq mavi rəngdən şəffaf rəngə qədər dəyişir. Şəlalə və çay öz adını yaz aylarında ərazidə çoxlu quşların toplanmasına görə almış. Quş çayı yetərincə bol suludur (Kunaşir adasında ikinci böyük çay).
Siçanaoxşar quş
Laçın (quş)
Laçın (lat. Falco peregrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. "Bığları" parlaq qara, ayaqları sarıdır. Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.
Qaz (quş)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Curong Quş Parkı
Curong Quş Parkı (çin. 裕廊飞禽公园; malay Taman Burung Jurong; tam. ஜுரோங் பறவை பூங்கா) — dünyada olan ən böyük quş parklardan biri, Asiyanın isə ən böyüyü. Curong təpəsinin qərb yamacında yerləşir. Sinqapurun mərkəzindən yarım saatlıq yoldur. Parkın yaradılması təklifi maliyyə naziri Goh Keng Sviyə məxsusdur. O istəyirdi ki, şəhər əhalisi təbiət qoynunda istirahət etsinlər. Plana görə bu parkda bütün quşlara : pinqvinlərdən tutmuş tropik quşlara ideal şərait yaradılmalı. Parkda quşlar sərbəst dolaşıb uçmalı idi. Ərazinin qiymətini çıxmaq şərti ilə park 3,5 milyon dollara başa gəldi.
Hirkan quş südü
Pont quş südü
Qumluca (quş cinsi)
Quş Qoruğu (1934)
Quş adası (Slovakiya)
Quş adası (slovak. Vtáčí ostrov) — Slovakiyanın qərbində yerləşən ada. Adanın sahəsi 6,86 ha təşkil edir. Ada Qruşov su anbarının ərazisində yerləşir. Su anbarının sahəsi 2518 hektar təşkil edir. Qabçikov kaskadına daxildir. Ada isə Slovakiyanın Şamiron şəhərindən cənub-qərbdə qərar tutur. Suni şəkildə meydana gəlmişdir. Belə ki, Dunay çayıda dambanın inşası ilə ortaya çıxmışdır. Qabçikov-Nadmaroş bəndinin inşasının əsas səbəbi Dunyarın ətraf əraziləri basmasınln qarşısını almaqdlr.
Quş bazarı burnu
Quş bazarı burnu — Şərqi Sibir dənizi sahillərində Vrangel adasının qərb sahilində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. Burunda çoxlu sayda quşlar yuva qurur. Onları sayə 50 min olaraq qiymətləndirilir. Burun yaxınlığında Vrangel Adası qoruğunun stasionar mərkəzi yerləşir.