Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quymaq
Qusma
Qusma(vomitus) — ağız vasitəsilə mədə məzmunu püskürmə prosesi. İnsanlar, meymunlar, itlər, pişiklər, donuzlar, balıqlar və quşlar qusa bilir. Ancaq siçanlar, siçovullar, dovşanlar və atlar qusa bilmir. Çünki onların uzun və dar qida boruları var. Bundan başqa onlarda qusma bacarığı olan sinirlər çatırmır. Bu akt tənəffüs əzələləri və abdominals əlaqəli mədə əzələlərin daralma, eləcə də hərəkət əlaqələndirir xüsusi qusma mərkəzi ilə tənzimlənir. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız yuxu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin. "Qusma" — ən yaxşı qusma ilə mədə və ağız vasitəsilə yayılan məzmunu və xüsusiyyətləri müəyyən etmək üçün istifadə bir dövr. Qusma səbəbiylə kompleks refleks aktıdır Vol. ötürülür müxtəlif orqanların (dil kökü, yumşaq damaq, mədə mukoza, öd kisəsi, balans və digər bir orqan.) reseptorları qıcıqlanma.
Mixail Qusman
Mixail Qusman (Mixail Solomonoviç Qusman; 23 yanvar 1950, Bakı) — SSRİ və Rusiya jurnalisti, tərcüməçi. Yuli Qusmanın kiçik qardaşı, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018). Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olmuşdur. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuşdur. 1970 - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. 1973 - Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1973-1986-cı illərdə - Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini (Bakı); 1986-1991-ci illərdə - SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri; 1991-1995 - "Infomol" İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru; 1995-1998-ci illərdə - ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti; 1998-1999-cu illərdə - İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi; 1999-cu ilin yanvar-noyabr aylarında - İTAR-TASS-ın baş direktor müavini; 1999-cu ilin noyabrından - TASS xəbər agentliyinin baş direktorunun birinci müavini (1 oktyabr 2014-cü ilədək - İTAR-TASS). "Dostluq" ordeni — 22.01.2010 "Qızıl çinar" beynəlxalq mükafatı laureatı — 11.05.2018 "Şərəf" ordeni — 23.01.2020 Qorxma, mən səninləyəm!
Moisey Qusman
Qusman Moisey Timofeyeviç - texnika elmləri doktoru, professor Qusman Moisey Timofeyeviç Bakı şəhərində anadan olmuşdur. Erkən əmək fəaliyyətinə başlayaraq, 1931-1034-cü illərdə o "AzİNMAŞ"da texnik, mühəndis-konstruktor işləyib. 1934-1942-ci illərdə eksperimental turbin qazıması kontorunda mühəndis, baş mühəndisin müavini işləmişdir. 1937-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1942-1948-ci illərdə Narkomneftin turbin qazıması şöbəsinin müdiri təyin edilib. 1949-1953-cü illərdə SSRİ Neft sənayesi nazirliyi XKB-2-də baş konstruktor, rəis müavini işləyib. 1953-1983-cü illərdə Ümumittifaq qazıma texnikası elmi-tədqiqat institutunda "Turbin qazıması" şöbəsinin rəhbəri olub. 1963-cü ildə "Neft və qaz quyularının turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1983-1992-ci illərdə Ümumittifaq qazıma texnikası elmi tədqiqat institutunda böyük elmi işçi işləyib. Qusman M.T. tanınmış alim, turbin qazıması sahəsində mütəxəssisdir.
Yuli Qusman
Yuli Solomonoviç Qusman (rus. Юлий Соломонович Гусман; 8 avqust 1943, Bakı) — Sovet və Rusiya teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim. Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı "Nika" mükafatının təsisçisi və bədii rəhbəri, KVN münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresi Rəyasət Heyətinin üzvü, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi (1993), Azərbaycan Respublikasının xalq artisti (2002). Lamançili insan Müəllimlə rəqs Əjdaha Üç muşketyor Qulaqcıqlı papaq "Yuli Qusman "Orkestr-adam"" ("Pervıy kanal", 2013) Azərbaycan SSR əməkdar incəsənət xadimi (31 dekabr 1987) - Azərbaycan-Sovet kinosu sahəsində xidmətlərinə görə. Rusiya Federasiyasının əməkdar artisti (27 sentyabr 1993) - kinematoqrafiya sahəsində xidmətlərinə görə. Rusiya Federasiyası Prezidentinin təşəkkürü (11 iyul 1996-cı il) - 1996-cı ildə Rusiya Federasiyası Prezidentinin seçki kampaniyasının təşkilində və keçirilməsində fəal iştirakına görə. Azərbaycanın xalq artisti (9 mart 2002) - Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə. "Dostluq" ordeni (20 may 2004, Rusiya) - mədəniyyət və incəsənət sahəsində uzun illər səmərəli fəaliyyətinə görə. "Şöhrət" ordeni (15 noyabr 2013-cü il, Azərbaycan) - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə. Dostluq ordeni (1 avqust 2018-ci il, Azərbaycan) - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzun illər səmərəli fəaliyyətinə görə.
Qundaq-qundaq
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qumlaq
Qumlaq (Ağdaş) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Cəbrayıl) Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Qundaq-qundaq oyunu
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Quama
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Usman
Usman — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
III Qustav
III Qustav (24 yanvar 1746[…] – 29 mart 1792[…]) — XVIII əsrdə (1771-ci ildən ölümünə qədər) İsveç kralı. == Həyatı == III Qustav kral Adolf Fredriklə Prussiya şahzadəsi Luiza Ulrikinin ailəsində dünyaya gəlmişdir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Qumdağ
Qumdağ — Türkmənistan Respublikasının Balkan vilayətində etrap hüquqlu şəhər.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Qışlaq
Qışlaq (yataq) — sığırxana, yataq və yaşayış məskəni. Yaşayış məntəqələri Azərbaycanda Qışlaq (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qışlaq (Xocalı) — Xocalı rayonunda kənd. Qışlaq (Laçın) — Laçın rayonunda kənd. Qışlaq (Kələxan, Lerik) — Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd. Oxşar toponimlər Aşağı Qışlaq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Aydınqışlaq — Qəbələ rayonunda kənd. Böyük Qışlaq — Tovuz rayonunda kənd.
Qoşma
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.