Belə mülahizə olunur ki, quyruq və geri sözləri eyni kökə malikdir. Söz mənbələrdə keyruq şəklində də yazılıb. Mənası “geri tərəfdə olan” deməkdir. Dilimizdə quyruq doğdu ifadəsi var. Bu (Quyruq), Ülkər ulduzunun qədim adıdır. Həmin ulduz öz formasına görə quyruq kimi göründüyü üçün “quyruq ulduz” adlanmışdır. Avqust ayının 6-15-i arasında doğur. Bəzən “quyruq doğdu” cümləsinin “quyruq dondu” (yəni sındı, soyudu) kimi də yozurlar. İnandırıcı deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)