QUŞLUQ

Dialektlərdə “acım vaxtı”, “istiçıxımı”, “tuş (чешт) vaxtı” ifadələri var. Təx­minən, gündüz saat 12 radələrinə işarədir. Bu vaxt işdəkilər günorta yeməyinə başlayırlar (acım vaxtı), hava, qızdığından kölgəliyə yığışırlar (istiçıxımı), tuş isə farsca çeşt sözünün dəyişmiş formasıdır. Həmin vaxta qədimdə həm də quşluq deyiblər: gün çıxandan bir quş uçub gözdən itənə qədər olan məsafəni bildirib (gün bir çatı boyu qalxmış ifadəsi də olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QUŞQUNU DÜŞKÜN AT
QUTAN

Digər lüğətlərdə