QƏMƏR
QƏRMƏTİLƏR
OBASTAN VİKİ
Elşən Qəni
Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü. Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945). 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur. 1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Qəni Məmmədovun evi
Qəni Məmmədovun evi — Bakıda, İçərişəhərdə Asəf Zeynallı 45 ünvanında 1908-ci ildə tikilmiş 3 mərtəbəli yaşayış evi. Tacir Qəni Məmmədova məxsus olan bina Qasımov qardaşları tərəfindən tikilib. Aprel işğalından sonra isə baxımsız qalıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina 1908-ci ildə İçərişəhərdə Asəf Zeynallı 45 ünvanında sahibkar Qəni Məmmədov üçün tikilib. Bina 1646-cı ilə aid bir mədrəsənin yerində tikilib. Hazırda həmin mədrəsədən yalnız binaya bitişik şəkildə salamat qalmış bir girişli kiçik hissə qalıb. Memarı Nikolay Bayev olan bina "Qasımov qardaşları və K" şirkəti tərəfindən cəmi 1 ilə tikilib. Binanın ölçüsünü və bədii detalların sayını nəzərə alsaq bu çox qısa müddətdir. Binanın xarici divarları 90 sm qalınlığa malikdir.
Əşrəf Qəni
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Əşrəf Qəni Əhmədzay
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Şeyx Qəni Axund Badkubeyi
Ayətullah Şeyx Qəni Axund Badkubeyi (1881, Bakı – 1931, Bakı) — alim. 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu bir ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni Içəri Şəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur. Dərin istedada və zəkaya maik olan Şeyx Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Bir müddət doğma şəhərində təhsil alan şeyx Qəni Axund, Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir. Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur.
Elxan Qəniyev
Elyor Qəniyev
Elyor Qəniyev (7 yanvar 1960) — Özbəkistanın xarici işlər naziri. 7 yanvar 1960-cı ildə Özbəkistan SSR-in Sırdərya vilayətində anadan olmuşdur. 1981-ci ildə Daşkənd Politexnik İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Elyor Qəniyev 1990-cı ildə Xarici iqtisadi və ticarət əlaqələri üzrə dövlət komitəsinin rəhbərliyi yanında böyük referent, daha sonra Xarici iqtisadi əlaqələr nazirliyinin idarə rəisi təyin olunmuşdur. Özbəkistan prezidenti yanında strateji və regionlararası tədqiqatlar İnstitutunda şöbə müdiri olmuşdur. 1994–2002-ci illərdə nazir müavini, nazirin birinci müavini, 1998-ci ildən xarici iqtisadi əlaqələr naziri olmuşdur.
Hərbi Qənimətlər Parkı
Hərbi Qənimətlər Parkı — Azərbaycanın Bakı şəhərində yerləşən park. Park Dənizkənarı Milli Parkında yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Park Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir. Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3–4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.
Luiza Qəniyeva
Luiza Qəniyeva (d. 11 noyabr 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Luiza Qəniyeva, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Luiza Qəniyeva, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Mahmud ağa Qənizadə
Mahmud ağa Qənizadə (iyun 1879 və ya 1878, Salmas, Qərbi Azərbaycan ostanı – 19 fevral 1935 və ya 1934, Təbriz) — Azərbaycan jurnalisti, naşir, tarixçi, inqilab xadimi. Cənubi Azərbaycanın Salmas şəhərində doğulmuş, Təbrizdə vəfat etmişdir. Dini – dünyəvi təhsilini valideynlərindən, görkəmli üləmalardan və məktəbdarlardan almış, ərəb, ingilis, fars, fransız, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı, Səttar xanın şəxsi katibi, Təbriz əncüməninin üzvü, azəri dili və ədəbiyyatının təbliğatçısı idi. 1907-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, ömrünün sonlarınadək bu sahədə çalışmışdır. "Fəryad" (Urmiyə, 1907), "Əncümən" (Təbriz, 1908–09), "Mühakimat" (Avropada, 1909), "Gavə" (Berlin), "Səhənd" (Təbriz, 1925-ci ildən) qəzetlərinin redaktoru, müdiri və naşiri olmuşdur.
Mirzə Qəniyev
Musa Qəniyev
Musa Qəniyev (2 dekabr 1954, Salyan, Salyan rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1985), tibb elmləri doktoru (1994), professor (1997), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü (2005), Respublikanın əməkdar müəllimi (2010), ATU-nun farmakologiya kafedrasının müdiri (2000), Yeni Azərbaycan Partiyasının üzvü (1995). 1954-cü il dekabr ayının 2-də Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Xalac kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1971–77-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1981-ci ilə qədər təyinatla Əli-Bayramlı (Şirvan) mərkəzi şəhər xəstəxanası sistemində həkim işləmiş, eləcə də MŞX azad komsomol təşkilatının katibi olmuşdur. 1981-ci ilin dekabr ayının 31-də Azərbaycan Dövlət Tibb İnstitutu farmakologiya kafedrasına əyani aspiranturaya daxil olmuş və 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi almışdır. Həmin ildən farmakologiya kafedrasında əvvəlcə baş laborant, sonra assistent və dosent vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetinin partiya-təsərrüfat aktivi fakültəsinin ideoloji iş şöbəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1988–1992-ci illərdə əczaçılıq fakültəsində dekan müavini və bir müddət fakültə dekanı vəzifələrində işləmişdir. 1992-ci ildə Rusiya Federasiyası ТЕА-nın V. V. Zakusov adına ЕТ Farmakologiya institutuna doktoranturaya göndərilmişdir.
Məmmədtağı Qəniyev
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962). Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır. Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.
Qənibadam
Kanibadam(tac. Конибодом) — Tacikistanın Sogd vilayətində şəhər. Kanibadam - qədim soğdca "Badamla zəngin yer" anlamındadır. Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, İsfərah, Şorab və Kanibadam. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Kanibadam şəhəri IX əsr mənbələrində xatırlanır. 1 yanvar 2015-ci il məlumatına görə şəhərin əhalisi 49 700 nəfərdən ibarətdir.
Qənidərə
Qənidərə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Qənidərə oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndin adı Qəni (ş.a.) və dərə komponentlərinin birləşməsindən ibarətdir. Yaşayış məntəqəsi həmin r-ndakı Çiçi kəndindən çıxmış ailələrin son illərdə Qənidərə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 107 nəfər əhali yaşayır.
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
Sultan Məcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Sultanməcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Tamara Qəniyeva
Tamara Qəniyeva (başq. Тамара (Тимербикә) Әхмәтшәриф ҡыҙы Ғәниева 25 yanvar 1951, Kinzyabay[d], Başqırd MSSR) — Başqırd şairəsi, tərcüməçi və dramaturq. Başqırdıstanın xalq şairi (2019). Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (1993). Rusiya Yazıçılar Birliyinin, BMSSR Yazıçılar Birliyinin üzvü (1986). R.Qaripov (1998), F. Kərim (2004), B. Bikbay (2013) adına mükafatı laureatı. Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin (2014) laureatı. Başqırd dilinə ən yaxşı bədii tərcüməyə görə "Şöz bağlayan ip" Ümumrusiya ədəbi mükafatı laureatı (2016). Başqırdıstan Respublikasının 100 illiyinə həsr olunmuş "Şanlı Başqırdıstanım!" Şeir müsabiqəsinin laureatı (2018). Tamara Qəniyeva 25 yanvar 1951-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialis Rerspublikasının Kumertau rayonunun Kinzyabay kəndində (indiki Başqırdıstan Respublikasının Kuyargazinski rayonu) anadan olmuşdur.
Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir. 1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib. Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.
Çingiz Qənizadə
Çingiz Aşralı oğlu Qənizadə (1 avqust 1957, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi. Çingiz Aşralı oğlu Qənizadə 1 avqust 1957-ci ildə Ağdaş şəhərində anadan olub. 1964–1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1975–1977-ci illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1984-cü ildə BDU-nun Hüquq fakültəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib.Ailəlidir, iki övladı, 4 nəvəsi var 1989–1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992–1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə AR Vəkillər Kollegiyasının üzvü, 1992–1993-cü illərdə Bakı şəhər Prokuroru olmuşdur 1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə IV və V ÇağırışAzərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2021-ci ildə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunması üçün YAP sədri, prezident İlham Əliyevə məktubla müraciət etmişdir. Bundan sonra prosedura uyğun olaraq Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 9 fevral 2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edilmişdir. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyü təsdiq edilmişdir.

Значение слова в других словарях