Mahmud ağa Qənizadə
Mahmud ağa Qənizadə (iyun 1879 və ya 1878, Salmas, Qərbi Azərbaycan ostanı – 19 fevral 1935 və ya 1934, Təbriz) — Azərbaycan jurnalisti, naşir, tarixçi, inqilab xadimi.
== Həyatı ==
Cənubi Azərbaycanın Salmas şəhərində doğulmuş, Təbrizdə vəfat etmişdir.
Dini – dünyəvi təhsilini valideynlərindən, görkəmli üləmalardan və məktəbdarlardan almış, ərəb, ingilis, fars, fransız, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı, Səttar xanın şəxsi katibi, Təbriz əncüməninin üzvü, azəri dili və ədəbiyyatının təbliğatçısı idi. 1907-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, ömrünün sonlarınadək bu sahədə çalışmışdır. "Fəryad" (Urmiyə, 1907), "Əncümən" (Təbriz, 1908–09), "Mühakimat" (Avropada, 1909), "Gavə" (Berlin), "Səhənd" (Təbriz, 1925-ci ildən) qəzetlərinin redaktoru, müdiri və naşiri olmuşdur.