Əli və Nino (kitab mağazası)
"Əli və Nino" – Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərən ən böyük kitab şəbəkəsi. Hazırda "Əli və Nino" kitab şəbəkəsi 10 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. Şirkətin sahibi və icraçı direktoru Nigar Köçərlidir. O, 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. "Əli və Nino" mağazalar şəbəkəsi Bakının bütün böyük ticarət mərkəzlərində, həmçinin Sumqayıt şəhərində toplam 10 mağaza ilə fəaliyyət göstərir.
"Əli və Nino" Mağazalar Şəbəkəsi 40 mindən çox adda Azərbaycan, türk, rus, ingilis, alman və fransız dillərində klassik və müasir kitablar, uşaq kitabları, biznes və psixologiya kitabları, dərsliklər və elmi nəşrlər, bədii kitablar təklif edir. Şəbəkədə həmçinin, incəsənət və dizaynla bağlı kitablar, səyahət bələdçiləri, dəftərxana ləvazimatları, məktəb bazarı, pazllar, stolüstü oyunlar, əlfəcinlər, interaktiv və əyləncəli oyuncaqlar və digər məhsullar var. Şəbəkə 50-dən çox Azərbaycan, türk, rus və xarici nəşriyyatlarla əməkdaşlıqedir: İngiltərənin Penguin, Machmillan, Usborne, DK, Rusiyanın Eksmo, AST, Alpina, Türkiyənin İş Bankası, Epsilon, Pegasus və s. "Əli və Nino" Azərbaycanda Lego, Ravensburger, Clementoni, Trefl, Tactik Games, Hasbro, Mattel və Fujifilm Instax Kameralarınının ən böyük satış təmsilçisidir.
Alinino.az ölkənin ən böyük kitab satış platformasıdır.