RƏF¹

[ər.] сущ. кьацӀ, рефт (къапар, улубар ва мс. эцигдай).
RƏDİFLİ
RƏF²
OBASTAN VİKİ
Rəf (kompüter)
Rəf (ing. rack)– kompüter və (və ya) şəbəkə avadanlıqlarını quraşdırmaq üçün metal konstruksiyadır. Taxçaların eni, adətən, 19 və ya 23 düym olur (19 düym = 48.26 sm, 23 düym = 58.42 sm). Rəfə quraşdırılmış (en. rack-mounted) – standar enli metal karkasa, yaxud bölməyə quraşdırılmaq üçün düzəldilmiş avadanlıq elementidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hacı Həsən Rəfiyev
Hacı Həsən Rəfiyev (Gəncə – may 1920, Gəncə) — maarifçi ziyalı, xeyriyyəçi. Mikayıl Rəfiliin atası və Gəncə üsyanının (1920) iştirakçısı. == Həyatı == Hacı Həsən Rəfiyev Gəncə şəhərində doğulmuşdur. == Fəaliyyəti == Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyəcan doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhər idarəsinin başçısı, III Dumanın üzvü Xəlil bəy Xasməmmədov bu hadislərlə bağlı şəhər ictiamiyyətinin toplantısını keçirdi. Qısa giriş nitiqində o, dedi: X. Xasməmmədovun bu çıxışından sonra Gəncənin tanınmış ziyalı və tacirlərindən Ələkbər bəy Rəfibəyov, İsmayıl xan Ziyadxanov, Ələkbər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Hacı Mirqasım Həmzəyev, Hacı İsa bəy Şeyxzamanov, Mirzə bəy Qazıyev, Mir Cəlil Məmmədov və Hacı Həsən Rəfiyev Yardım Komitəsinə üzv seçildilər. Hacı Həsən Rəfiyev 1920-ci ildə AXC hərbçilərinin bolşevik işğalına qarşı başlatdığı Gəncə üsyanının iştirakçılarından biri olmuşdur. O, üsyanın gedişində düşmən tərəfindən qətlə yetirilmişdir.
Hacı Məmmədhüseyn Rəfiyev
Hacı Məmmədhüseyn Rəfiyev (1860, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — maarifçi, xeyriyyəçi, 1-ci gildiya taciri, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və Gəncə Şəhər Dumasının üzvü olub. Məşədi Əli Rəfiyev və Musa bəy Rəfiyevin atasıdır. == Həyatı == Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev 1846-cı ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncədə Şah Abbas məscidində yerləşən mədrəsədə alıb. Ərəb, fars və rus dillərini öyrənib. Sonradan ticarətçi və sənayeçi olan o, 1-ci gildiya taciri olub. Xalça toxuculuğu və satışı sahəsində tanınıb. Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Rəssamlıq qabiliyyəti olduğu üçün çəkdiyi milli naxışlarla da xalçalar toxutdurub. 1900-cü ildə Parisdə keçirilən Beynəxalq Sərgisidə çəkdiyi naxışlar əsasında toxunmuş gəbələrə görə sərginin “Grand Prix” yüksək mükafatı və medalı ilə təltif olunub.
Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d]) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Mikayıl Rəfili
Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905 və ya 1905, Borsunlu, Yelizavetpol qəzası – 25 aprel 1958 və ya 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945). == Həyatı == Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir.
Mirzə Rəfiyev
Mirzə Rəfiyev — Azərbaycan rejissoru. == Həyatı == Mirzə Rəfiyev 29 dekabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. Böyük Vətən Müharibəsi iştirakçısı olaraq "Almaniya üzərində qələbə" medalı ilə təltif edilmişdir. Cəfər Cabbarlı ad. "Azərbaycanfilm" kinostudiyasında quraşdırılma çəkilişlərinin rəssamı kimi çalışmışdır. "Bakının işıqları", "O olmasın, bu olsun", "Qara daşlar", "Ögey ana", "Şah Sənəm və Qərib" (Türkmənfilm), "Böyük dayaq", "İstintaq davam edir", "İnsan məskən salır" və s. bədii filmlərin quraşdırılma çəkilişləri rəssamı, "Çaqqal oğlu, çaqqal" cizgi filminin rejissoru və rəssamıdır. == Filmoqrafiya == Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - quraşdırılmış səhnələrin rəssamı Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) - quraşdırma səhnələrin rəssamı Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - quraşdırılmış səhnələrin rəssamı Bakının işıqları (film, 1950) Bayquş gələndə... (film, 1978) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Bir ailəlik bağ evi (film, 1978) Bizi bağışlayın (film, 1979) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Cin mikrorayonda (film, 1985) Çaqqal oğlu çaqqal (film, 1972) Dağlarda döyüş (film, 1967) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Dörd bazar günü (film, 1975) Əhməd haradadır? (film, 1963) Əmək və qızılgül (film, 1962) Əsl dost (film, 1959) Gün keçdi (film, 1971) İnsan məskən salır (film, 1967) İstintaq davam edir (film, 1966) İşgüzar səfər (film, 1982) Kişi sözü (film, 1987) Qanlı zəmi (film, 1985) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qərib cinlər diyarında (film, 1977) Qızıl uçurum (film, 1980) Qızıl qaz (film, 1972) Qoca palıdın nağılı (film, 1984) Qocalar, qocalar...
Mirzə bəy Rəfibəyli
Rəfibəyli Mirzə bəy Mirzə Kərim bəy Rəfibəyov oğlu - görkəmli ictimai və siyasi xadim. Mirzə Kərim bəy Rəfibəyovun oğlu, == Həyatı == Mirzə bəy Rəfibəyli 1874-cü ildə Sankt-Peterburqda ali təhsil almışdı. Mirzə Kərim bəy isə rus ordusunun zabiti idi. Mirzə Kərim bəyin təşəbbüsü ilə, Bala Bağbanlı Hacı Habil, Məşədi Səfər oğlu Həsənin təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi vəsaiti hesabına 1883-cü ildə Bala Bağban məscidi tikildi. Məscidin ilk axundu gözəl avaza malik, Abidlilər nəslindən olan Molla Möhsüm olmuşdur. Qızı qızı Cəvahir xanım Xudadat bəy Rəfibəyliylə evlənmişdir. == Mənbə == 1. Hüsaməddin Tuğac. “Bir ailənin dramı”. İstanbul, 1968.
Mirəziz Rəfiyev
Molla Rəfiəddin Məhəmməd
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Musa bəy Rəfiyev
Musa bəy Rəfiyev (tam adı: Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev; 1888, Yelizavetpol – 1938, Təbriz) — azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub. Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb. Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib. == Həyatı == Musa Rəfiyev 1888-ci ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncənin Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə, daha sonra isə Gəncə Kişi Gimnaziyasında alıb. Gəncə Kişi Gimnaziyasını gümüş medalla bitirdikdən sonra Kiyev İmperator Universitetinə daxil olub. 1908-ci ildə Kiyev İmperator Universtitetinin tibb fakültəsini bitirdikdən sonra universitetin nəzdində olan klinikada ordinator kimi fəaliyyət göstərib. Həmin ilin noyabr ayında Gəncəyə qayıdaraq Yelizavetpol şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərməyə başlayıb.
Məzahir Rəfiyev
Məzahir Rəfiyev (1937, Tərtər rayonu – 2012) — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990–1995). == Həyatı == Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb. Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb. Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib. Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb. 1990–1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib. Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.
Məşədi Əli Rəfiyev
Məşədi Əli Rəfiyev və ya Əli Rəfioğlu (11 mart 1889, Yelizavetpol – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib. == Həyatı == Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 11 mart 1889-cu ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib. 1906-cı ildə qurulmuş "Difai" partiyasının Gəncə Komitəsinin üzvü olub. 1910-cu ildəki seçkilərdə "Nəşri-Maarif" cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909–1913-cü illər arasında isə Gəncə Şəhər Dumasına üzv seçilib.
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). == Həyatı == Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998)
Nigar Rəfibəylinin heykəli — heykəltaraşları Münəvvər Rzayeva ilə Fəxrəddin Əliyev olan və 1998-ci ildə Gəncə şəhərində qoyulmuş heykəl. Nigar Rəfibəylinin monumentində heykəlin əlləri ətraf mühitlə, tamaşaçı ilə psixoloji təmas yaradır. Heykəl Gəncədə Xan bağında yerləşir.
Nəcəfqulu Rəfiyev
Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev (22 mart 1915 və ya 1912, Ordubad, Naxçıvan qəzası – 24 dekabr 1970 və ya 1970, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955–1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir. == İrsi == N. R. Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilmişdir.
Nəcəfqulu Rəfiyev küçəsi (Bakı)
Nəcəfqulu Rəfiyev küçəsi - Bakı şəhəri Xətai rayonunda uzunluğu 1 050 m, eni 16 m olan küçə. Küçə Nobel və Babək prospektlərini birləşdirir. Küçə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyır.
Oqtay Rəfili
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. == Həyatı == Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Ouşenin 8 rəfiqəsi (film, 2018)
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Rəfi (İran)
Rəfi — İranın Xuzistan ostanının Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,810 nəfər və 631 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Rəfi ibn Leys
Rəfi ibn Leys (VIII əsr – IX əsr) — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. == Həyatı == Rəfi ibn Leys Əməvilər dövlətinin Xorasan valisinin törəməsi idi. Böyük mülkədar idi və Soqdianada yaşayırdı. O, Abbasilərə qarşı üsyan başlatdı və bu qiyam 4 il sürdü. Orta Asiyanın böyük şəhərlərini, Səmərqəndi, Buxaranı, Şaşı və digər yaşayış məskənlərini əhatə etdi. Xəlifə Harun ər-Rəşid (786–808) Rəfi ibn Leysin Xorasandakı üsyanını yatırmaq üçün hazırladığı səfərdə Qəzvin xalqı ilə də görüşərək onların deyləmilərlə olan mübarizələrindən qaynaqlı dilə gətirdikləri sıxıntılar qarşısında şəhər üzərindəki vergi miqdarında endirim etdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar.
Rəfibəylilər
Rəfibəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyov soyadını qəbul etdilər. Türkiyədə 3 fərqli soyadla yaşayıblar. Sayqın, Arran və Əskəran. == Soyun tanınmış nümayəndələri == Hacı Həsən Rəfiyev (– may 1920, Gəncə) — Gəncə Şəhər Dumasının üzvü, maarifçi, xeyriyyəçi. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və döyüşdə həlak olub. Şair, yazıçı Mikayıl Rəfilinin atasıdır. Hacı Məmmədhüseyn Rəfiyev (1860, Gəncə, Tiflis quberniyası – 1920, Gəncə) — sənayeçi və 1-ci gildiya taciri. Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Difai Partiyasının Gəncə təşkilatının üzvü, Gəncə Şəhər Dumasının qlasnısı olub.
Rəfil Əhmədov
Rəfiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. == Həyatı == Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır. Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür.
Rəfiq Turan
Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti. == Həyatı == Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir. Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi Türkiyə və Ermənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı. Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi. Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi.
Rəfiq Zəka
Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı – 7 yanvar 1999, Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Rəfiq Zəka Xəndan
Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı – 7 yanvar 1999, Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.

Значение слова в других словарях