RƏHM

i. mercy, charity, pity, compassion; ~ etmək to feel* sorry (for), to pity (d.), to compassionate (d.); to be* sorry; rəhmə / rəhmi gəlmək to take* pity / compassion (on, upon, for)

RƏHBƏRLİKEDİCİ
RƏHMDİL
OBASTAN VİKİ
Hafiz Rəhmət xan Bəriç
Kuta Baba Hafız Rəhmət xan ibn Şah Aləm bin Mahmud xan Bəriç (d.1708 - ö. 1774) — Hindistanda hökm sürən kiçik Rohilla əfqan dövlətinin nəvvabı. == Həyatı == 1708-ci ildə doğuldu; atası, Qərbi Pakistanın Pişin bölgəsindəki Şurabəkdən Çeç Həzarəyə köç edən Əfqan Bəriç tayfasının rəisi Şah Aləm xandır. Şah Aləm xan, əski qulamlarından Davud xanın Hindistanın Kətir (indiki Rohilkənd) bölgəsində özlərinə xidmət etdiyi racə və zəmindarlar nəzdində nüfuz qazanıb yavaş yavaş yəni bir prənslik oluşturması üzərinə onun bu başarısına ortaq olmağı umarak Kətəhirə yönəldi; ancak Davud xanı qısqanması üzündən aralarında çıxan ixtilaf sonucu öldürüldü. Çox keçmədən Davud xanın da öldürülməsi üzərinə yərinə cəsur bir əsgər olan övladlığı Əli Məhəmməd xan keçdi və ona dəvrin Baburlu hökmdarı tərəfindən “nəvvab” ünvanı verildi. Əli Məhəmməd xandan cəsarət alan bölgədəki Əfqan əşirətləri (Rohillalar) Barəilly bölgəsində talana başladılar. Şikayətlər üzərinə Baburlu hökmdarı Nasırəddin Məhəmməd şah (1719-1748) onları cəzalandırmaq üçün hərəkətə keçdi. Ancaq Rohillalar Baburlulara qarşı umulmadıq bir zəfər qazandılar və daha fazla yer ələ keçirmək üçün cəsarətləndilər. Əskidən bəri yayılma siyasəti takib edən Əvəd nəvvabı Səfdər Cəng şiə olduğundan sünni Rohillalardan xoşlanmırdı. Bundan dolayı Baburlu hökmdarını Əli Məhəmmədə qarşı kışkırttı və düzənlənən səfər sonunda Əli Məhəmməd əsir alınıb Dehliyə götürüldü.
Hüseyn Rəhmanov
Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi. == Həyatı == H. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur. H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir. == Siyasi fəaliyyəti == 1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Həsən Rəhmanov
Həsən Əlipaşa oğlu Rəhmanov (dekabr 1900, Bakı – 1 oktyabr 1940, Azərbaycan SSR) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1936-1937). == Həyatı == Hüseyn Rəhmanovun qardaşı, Aza Rəhmanovanın atasıdır.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). == Həyatı == Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. == Yaradıcılığı == 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. == Həyatı == Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Mirzə Məhəmmədəli xan Rəhmətabadi
Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Rəhmətabadi (?-?)—Məşrutə hərəkatının fəal üzvü, İranın ictimai xadimi. == Həyatı == Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Gilan ostanının Rəhmətabad şəhərində anadan olmuşdu. Məşhur Səmia tayfası tayfasındandır. Mülkədar idi. Əyalətin müxtəlif yerlərində mülkləri vardı. Mirzə Məhəmmədəli xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Parlaman vəkilliyinə namizədlər: Ağayi [Seyid Həsən] Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri. Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir. Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər". Mirzə Məhəmmədəli xan Rəhmətabadi sonadək mübarizəni davam etdirdi.
Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; 17 mart 1920[…], Tonqiparə əyaləti[d], Benqal prezidentliyi[d], Britaniya Hindistanı – 15 avqust 1975[…], Dəkkə) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi. == Həyatı == Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur. Kəlküttə və Dakka Universitetlərində hüquq və siyasi elmlər ixtisaslarında təhsil aldı. Gənc yaşlarından İngilislərə qarşı azadlıq hərəkatına qoşulur və həbs edilir.
Nilufər Rəhmani
Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu. == Həyatı == Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb. Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır. == Mükafatları == ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing.
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. == Həyat və yaradıcılığı == Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan "İrəmlə uşaqdan böyüyə" verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi "Bu Mənəm" musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın "Yeni Gün" səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir. 2015-ci ildə "Bu Mənəm 2" layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, "Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış "Oyuq" studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında "Azərbaycanın Səsi Bala" yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında "Türkvision Bala" yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür. 2016-cı ilin aprel ayında "Xüsusi Təyinatlı İbad" filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan "İgid Əsgər" mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur.
Qoşaqışlaq-i Mansur və Rəhman (Biləsuvar)
Qoşaqışlaq-i Mansur və Rəhman (fars. قوشاقشلاق منصورورحمان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (23 ailə).
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (Pərsabad)
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (fars. قشلاق اميرخانلوپل رحمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (31 ailə).
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). == Həyat yolu == 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Ramiz Rəhmanov
Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı – 15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi. == Həyatı və xidməti fəaliyyəti == 1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur. 1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb. 1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir. 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir.
Rəhman Abdullayev
Rəhman Vahid oğlu Abdullayev (27 oktyabr 1998, Bakı) — Azərbaycanlı tarzən. Müxtəlif yerli, beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı. == Həyatı == Rəhman Abdullayev 1998-ci il oktyabrın 27-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini 2008-ci ildə 28 №-li musiqi məktəbində alıb. Sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibində İncəsənət Gimnaziyasında davam edib. 2015–2019-cu illərdə AMK-nin İfaçılıq fakültəsinin Tar ixtisasına daxil olub və bakalavr təhsilini fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə isə Konservatoriyanın magistr pilləsini bitirib. 2010–2015-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Uşaq orkestrinin konsertmesteri olub. (Drijor: Ağaverdi Paşayev) Hal-hazırda AMK-nin tərkibindəki İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışır. == Nailiyyətlər == 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində II yer olub.
Rəhman Atakişiyev
Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi. == Həyatı == Atakişiyev R.M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakultəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R.M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur.
Rəhman Baba
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. == Həyatı == Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Rəhman Bayramov
Rəhman Bəşirov
Rəhman Hacıyev
Rəhman Hacıyev (jurnalist)
Rəhman Hacıyev (futbolçu)
Rəhman Xudayət oğlu Hacıyev — azərbaycanlı futbolçu. Hazırda Neftçi klubunda 17 nömrə ilə çıxış edir.
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, 7-ci dan qara kəmər sahibi == Həyatı == Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. == Karyerası == 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həm də komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.
Rəhman Musayev
Rəhman Mustafayev
Rəhman Mustafayev (polkovnik) — polkovnik Rəhman Mustafayev (diplomat) — Azərbaycan diplomatı.

Значение слова в других словарях