Radiocərrahiyyə
Radiocərrahiyyə şüalanma istifadə olunan cərrahi əməliyyatdır, yəni bıçaqla kəsilmək əvəzinə ionlaşdırıcı şüalanmadan istifadə edərək toxumanın dəqiq seçilmiş sahələrinin məhv edilməsidir. Digər radiasiya terapiyası növləri kimi (radioterapiya da adlanır), adətən xərçəngin müalicəsində istifadə olunur. Radiocərrahiyyə ilk dəfə isveçli neyrocərrah Lars Leksel tərəfindən "steretaktik olaraq maraq dairəsində olan intrakranial bölgəyə yönəldilmiş şüalanmanın tək yüksək dozalı hissəsi" olaraq təyin edilmişdir.