Radiolyari lili
İsti dənizlərdə yaşayan plankton orqanizmlərindən - radiolyarilərin silisiumlu skeletlərindən əmələ gəlmiş lil radiolyari lili dənizlərin 4– 6 km dərinliyində yayılmışdır. Sakit və Hind okeanlarının dibində təqribən 12 milyon kv km sahə radiolyari lili ilə örtülüdür.