radiometriya

radiometriya
radiometrist
radioməlumat
OBASTAN VİKİ
Radiometriya
— Azərbaycanda radiometriyanın əsası XX əsrin 1-ci yarısında qoyulmuşdur. 1914 ildə Bibiheybət sahəsində ilk neft-mədən laboratoriyası yaradılmış və Bakı neft mədənlərində neft-lay sularınm radioloji tərkibinin öyrənilməsi üzrə müşahidələr aparılmışdır. XX əsrin 30-cu illərində radium yataqlarının axtarışı məqsədilə Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Pirallahı neft yataqlarının lay suları, Qaraçuxur və Xırdalanda qazılan kəşfiyyat quyularından çıxarılan süxur nümunələri analiz edilmiş, buruq sularında radiumun miqdarı öyrənilmişdir. “Bibiheybət” yatağında Məhsuldar qatın iki horizontunun sularında radium aşkar olunmuş və onun konsentrasiyasının dərinlikdən asılı olaraq azaldığı müəyyən edilmişdir. Müxtəlif üzv Heydər Əfəndiyev Kiçik Qafqazın İstisu ərazisindəki mineral bulaqların sularını tədqiq etmiş və radiumlu suların həm də turş maqmatik süxurların inkişaf etdiyi ərazilərdə yayıldığını müəyyənləşdirmişdir. XX əsrin 40-cı illərindən radioaktiv filizlərin sistemli axtarışına başlanılmış və bütün geoloji-geofiziki işlər radioaktivliyin ölçülməsi ilə müşayiət olunmaqla radioaktiv xammalın paralel və kütləvi axtarışı həyata keçirilmişdir. Respublikanın ayrı-ayrı regionlarının uranlılıq səciyyəsi öyrənilmiş, geoloji məsələlərin həllində radiometrik üsulların perspektivliliyi əsaslandırılmış və neft mədənlərində, yod zavodlarının ətrafında radioaktivliyi yüksək olan sahələr müəyyən edilmişdir. 1960-1970 illərdə müxtəlif üzv İlyas Həsənov və başqaları tərəfindən neft-qaz geologiyası sahəsində radiometrik üsulların tətbiqi həyata keçirilmiş və bəzi rayonlar aeroqamma planaalma üsulu ilə tədqiq olunmuşdur. Alınmış nəticələr yerüstü radiometrik üsullarla dəqiqləşdirilmiş və neftli-qazlı strukturların qaınma sahələrində mənfi anomaliyalarla əks olunması müəyyən edilmişdir. Neftli strukturlar üzərində radiogeokimyəvi anomaliyaların təbiətinin öyrənilməsi məqsədilə aparılmış tədqiqatlar nəticəsində Kaynozoyun çökmə süxurlarında radioaktiv elementlərin pavlanma qanunauyğunluqları miiəyyən edilmişdir.

Digər lüğətlərdə