rambutan

rambutan
ramburslama
rami
OBASTAN VİKİ
Rambutan
Rambutan (lat. Nephelium lappaceum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin nephelium cinsinə aid bitki növü. Cənubi-şərqi Asiyada yetişir. Vətəni Tailanddır. Üst qabığı soyularaq tumu ilə birgə yeyilə bilir. Rambutanı kosmik meyvə adlandırırlar. Rəngi qırmızı içi ağ, tumu isə qara rəngdədir. Meyvəsi qırmızı rənglidir və uzun saçaqları var. Ölçüsü böyük deyil: əsasən 3 sm, nadir hallarda 6 sm ölçüsündə olur. Çəyirdəyi isə meyvənin 1/3 hissəsini təşkil edir.