RAMİ

ram edən, tabe etdirən; atıcı, mərmiatan.
RAMƏDDİN
RAMİD
OBASTAN VİKİ
Rami Miron
Rami Miron (ivr. ‏רמי מירון‏‎; 17 yanvar 1957, Bakı) - olimpiya güləşçisi. == Həyatının erkən dövrü == Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində dünyaya gəlmişdir. Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür. == Karyerası == 1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür.. Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir. Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur.
Rami Qaripov
Rami Qaripov (başq. Рәми Йәғәфәр улы Ғарипов 12 fevral 1932, Arkaul[d], Başqırd MSSR – 20 fevral 1977, Arkaul[d], Başqırd MSSR) — Başqırd şairi. == Bioqrafiyası == Başqırdıstanın xalq şairi Rami Qaripov 12 fevral 1932-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Salavat rayonunun Arkaul kəndində kolxozçu ailəsində anadan olmuşdur. Doğma kəndindəki yeddi illik məktəbi bitirib, sonra 9 nömrəli Ufa orta məktəbində oxumuşdur. 1950–1955-ci illərdə A. M. Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsi olur. Oranı bitirdikdən sonra "Başqırdıstan Şurası" qəzetinin redaksiyalarında, "Ağidel" jurnalında və Başqırd kitab nəşriyyatının bədii redaktoru işləmişdir. 1959–1964-cü illərdə Rami Qaripov doğma yurdunda yaşayır, Yuryuzan kolxozu və Salavat rayonunun Sarqamış sovxoz komsomol təşkilatının katibi, Salavat regional qəzetinin şöbə müdiri vəzifələrində çalışır. 1964–1966-cı illərdə "Başqırdıstan Şurası" qəzetində ədəbi işçi, 1968–1972-ci illərdə "Başqırdıstan Qızı" jurnalının icraçı katibi işləyir. Rami Qaripovun əsərləri 1950-ci ildən çap olunmağa başlayır. İlk şeiri 1950-ci ildə "Ədəbi Başqırdıstan" jurnalında çap olunur.
Rami (film, 2007)
Rami — İran kinorejissoru Babək Şirinsifətin bədii filmi. == Məzmun == Erməni təcavüzü zamanı özünü xilas edən kənd sakinləri ilə birlikdə Arazın o tayına keçib itkin düşmüş arvadını axtaran qəhrəmanın İranda başına gələn əhvalat filmin əsas süjet xəttini təşkil edir. Film “Yanıq Kərəmi” havasından istifadə olunmuşdur. Çəkilişlər Azərbaycanda və İranda aparılıb. == Əsas rollarda == Kamran Yunis Günay Mikayılova Mehriban Xanlarova Qurban İsmayılov İlqar Cahangirov == Təqdimatı == 2008-ci ildə "Nizami" kinoteatrında "Rami" bədii filminin premyerası keçirilib.
Rami Mehmed Paşa
Rami Mehmed Paşa (1645, İstanbul – 1706, Rodos) — II Mustafa dönəmində 6 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda dövrünün məşhur şairlərindən olması və şeirlərində dövlət adamlarını kəskin tənqid etməsi səbəbilə ərəbcə "atıcı, iynələyici" mənası verən Rami təxəllüsü almışdır. == Həyatı == 1655-ci ildə İstanbulun Əyyubsultan ilçəsinin Nişançı məhəlləsində dünyaya gəlmişdir. Atasının adının Həsən ağa olduğu bilinir. Gənclik illərində bir müddət atasının yanında çalışmış, İstanbulun su yollarının təmiriylə məşğul olmuşdur. Sonralar yazı qabiliyyətinin yaxşı olması səbəbilə divan-i hümayuna alınmış, zamanla katibliyə qədər yüksəlmişdir. Qısa zamanda dönəmin məşhur şairləri arasında tanınmış, bununla yanaşı ikinci vəzir müsahib Mustafa Paşanın məsrəf katibi kimi fəaliyyət göstərmişdir. 1678-ci ildə yaxın dostu şair Nəbiylə birlikdə həcc ziyarətinə getmiş, ziyarətdən döndükdən sonra Mustafa Paşa tərəfindən divan əfəndiliyinə yüksəldilmişdir. 1685-ci ilə qədər şair Nəbiylə birlikdə paşanın xidmətində qaldı. Mustafa Paşanın vəfatından sonra yenidən divan xidmətinə dönən Mehmed Əfəndi 16 noyabr 1694-cü ildə rəisülküttablığa gətirildi.
Rami Malek
Rami Malek (İngiliscə /ˈrɑːmi ˈmælɪk/ ərəb. رامي سعيد مالك‎; 12 may 1981, Los-Anceles, Kaliforniya) — ABȘ aktyoru. O, vaxtilə USA Network-də yayımlanmıș "Cənab Robot" psixoloji-dram serialında canlandırdığı xakker Elliot Alderson obrazı və Böyük Britaniyanın məșhur rok qrupu "Queen"dən bəhs edən "Bohemiya Rapsodiyası" filmində canlandırdığı qrupun solisti Freddi Merkyuri rollarına görə tanınır. O fəaliyyəti ərzində bir çox təriflər almıș və ən yaxşı aktyor üçün "Akademiya" mükafatına layiq görülmüș ilk Misir əsilli aktyordur. "Taym" jurnalı Malekin adını 2019-cu ilin "100 ən nüfuzlu adamı" siyahısına daxil edib. Rami Malek ilk aktyorluq fəaliyyətinə Nyu-York şəhərindəki kinoteatrlarda başlamışdır. Bu müddət ərzində o, "Evdəki müharibə", "Sakit okean cəbhəsi", "Muzeydə gecə" kimi film və seriallarda çıxış etmișdir. 2021-ci ildə, "Kiçik șeylər" adlı kriminal-bədii filmində baş rolu canlandırmış, Ceyms Bondun "Ölmək üçün vaxt yoxdur" filminin əsas antaqonisti olmuşdur. Malek, həmçinin bir sıra televiziya və videooyunlarındakı personajları səsləndirmișdir. == Erkən həyatı == Rami Saed Malek 12 may 1981-ci ildə Kaliforniyanın Torrens şəhərində anadan olmuşdur.
Rami kazarması
Rami kazarması (türk. Rami Kışlası) — İstanbulun Avropa hissəsindəki Əyyubsultan rayonunda yerləşən keçmiş Osmanlı ordusu və Türkiyə Silahlı Qüvvələri kazarmaları. Kazarma binaları 1770-ci illərdə tikilib və hazırda kitabxana kimi istifadə edilmək üçün yenidən bərpa olunub. 2023-cü ildə burada müasir Rami kitabxanası açılıb.. == Tarixi == === Osmanlı dövrü === Rami kazarması 1757–1774-cü illər arasında Osmanlı sultanı III Mustafanın dövründə tikilib. Onlar sonradan 1828-ci və 1829-cu illərdə II Mahmudun hakimiyyəti dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələrinin yerləşdirilməsi üçün təmir olunub və genişləndirilmişdir. Kazarma binaları Əyyubsultan səmtindəki Rami məhəlləsində yerləşirlər. O, vaxtlar bu ərazi İstanbulun kənarları sayılırdı. Tarixən bu kompleks Rami məhəlləsində "Topçu Kışlası" (kazarması) kimi tanınırdı. Onlar Osmanlı hərbi islahatının bir hissəsi olaraq Yeni Nizam Ordusu (Nizami-Cədid ordusu, hərfi mənada "yeni nizam") əsgərləri üçün tikilmiş mühüm hərbi kazarma idi.
Rami kitabxanası
Rami kitabxanası (türk. Rami Kütüphanesi) — Kitabxana 2023-cü ildə İstanbulda bərpa olunan Rami kazarmalarında istifadəyə verilib. 2023-cü ildən İstanbulun ən böyük kitabxanası sayılır. 220 min kvadratmetr sahədə inşa edilən kitabxana 4200 nəfərlik istifadəçi yeri və 2,5 milyon kitaba malikdir. Kitabxanada şəhər muzeyi, kitab mağazaları, suvenir mağazaları, banklar, kafelər, restoranlar, kinoteatrlar və s. kimi 120-yə yaxın kommersiya müəssisəsi fəaliyyət göstərir, həmçinin 1200 avtomobilin yerləşə biləcəyi dayanacaq tikilib. Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası xidmət bölmələri, Tərtib Müdirliyinin xidmət sahələri, Atatürk Araşdırma İxtisas Kitabxanası və əlyazma təmiri şöbələri daxil edilib. Kitabxananın həyəti ictimai bağ kimi nəzərdə tutulub. == Tarixi == Rami kazarmaları Osmanlı imperiyası dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələri üçün tikilib və 1828-ci ildə istifadəyə verilib. Kazarma binaları 1871-ci ilə qədər hərbi məqsədlər üçün istifadə edilib.
Melicytus ramiflorus
Melicytus ramiflorus (lat. Melicytus ramiflorus) — bənövşəkimilər fəsiləsinin melicytus cinsinə aid bitki növü.
Nina Ramişvili
Nina Şalovna Ramişvili (gürc. ნინო შალვას ასული რამიშვილი;6 (19) yanvar 1910, Tiflis – 6 sentyabr 2000, Tbilisi) — Sovet, gürcü rəqqasəsi (balet artisti), xoreoqraf, baletmeyster. Sosialist Əməyi Qəhrəmanı (1990), SSRİ xalq artisti (1963), Birinci dərəcəli Stalin mükafatı (1949) və Gürcüstan SSR Dövlət mükafatı (1974) laureatı. == Həyatı == 1910-cu il yanvarın 6-da (19) Tiflisdə (digər məlumatlara görə Bakıda) anadan olmuşdur. 1922-1927-ci illərdə Tbilisi Opera və Balet Teatrının (indiki Tbilisi Xoreoqrafiya Məktəbi) nəzdində Dövlət Balet Məktəbində təhsil almışdır (müəllimi Mariya Perini olub). Məktəbi bitirdikdən sonra teatrın truppasına qəbul olunmuşdur. Əvvəlcə kordebaletdə, sonra solo rəqs hissələrini ifa etmişdir. 1937-ci ildə Opera və Balet Teatrını tərk etməli oldu. Səbəb aparıcı balerinalardan birinin Ninonu onu zəhərləməyə cəhddə ittiham etməsi olub. Bu epizod haqqında Gürcü qadınlarının tarixindən kitab yazan yazıçı və jurnalist İ.Obolenski yazmışdır.
Qar ramisi
Qar bemeriyası (lat. Boehmeria nivea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin bemeriya cinsinə aid bitki növü.
Ramid Hacıyev
Ramid Nəriman oğlu Hacıyev (11 fevral 1987, Cəbrayıl rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramid Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramid Hacıyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramid Tağıyev
Ramid Əliyev
Ramil
Ramil — kişi adı.
Ramil (arxangel)
Ramil (arami. רעמאנל‎, ivr. ‏רעמיאל‏‎, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir. == Düşmüş keşikçi == Enox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır: 1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur. == Mələk == Onun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil Abbasov
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı və karyerası == Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.
Ramil Ağayev
Ramil Ağayev (mayor)
Ramil Ağayev (şəhid)
Ramil Ağayev (əsgər)
Ramil Babayev
Ramil Babayev (13 sentyabr 1978, Bakı) — aktyor. == Həyatı == == Fəaliyyəti == Ramil Babayev hərbi xidmətdən qayıdanda artıq qardaşı Emin Hadıyev ATV kanalında, radioda işləyirdi. Emin onu 2001-ci ildə ATV kanalına gətirdi. Sonra radioda "İnternet klub" verlişində işləyib. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrənib. ATV kanalinda Reklam direktoru vəzifəsində çalışıb. Bir neçə layihənin Rəhbəridir və Hal hazırda Azad Azərbaycan kanalında çalışır. === Bildiyi dillər === Ramil Babayev Azərbaycan dili ilə yanaşı 6 dil bilir: Azərbaycan dili, türk dili, rus dili, hind dili, ingilis dili, fransız dili. Sitat: Mənim bu dilləri öyrənməyim özü bir tarixdir. Bazarda çalışdığım dönəmlərdə bir müştərim var idi, pakistanlı.
Ramil Babayev (aktyor)
Ramil Babayev (13 sentyabr 1978, Bakı) — aktyor. == Həyatı == == Fəaliyyəti == Ramil Babayev hərbi xidmətdən qayıdanda artıq qardaşı Emin Hadıyev ATV kanalında, radioda işləyirdi. Emin onu 2001-ci ildə ATV kanalına gətirdi. Sonra radioda "İnternet klub" verlişində işləyib. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrənib. ATV kanalinda Reklam direktoru vəzifəsində çalışıb. Bir neçə layihənin Rəhbəridir və Hal hazırda Azad Azərbaycan kanalında çalışır. === Bildiyi dillər === Ramil Babayev Azərbaycan dili ilə yanaşı 6 dil bilir: Azərbaycan dili, türk dili, rus dili, hind dili, ingilis dili, fransız dili. Sitat: Mənim bu dilləri öyrənməyim özü bir tarixdir. Bazarda çalışdığım dönəmlərdə bir müştərim var idi, pakistanlı.
Ramil Babayev (baş leytenant)
Ramil Balabəyov
Ramil Həsən
Ramil Sahib oğlu Həsən (Həsənov) (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həsənov
Ramil Sahib oğlu Həsən (Həsənov) (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həşimli
Ramil Həşimli (3 may 1978) — Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir. == Həyatı == Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001–2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003–2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.

Значение слова в других словарях